Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAH bağışlayar

Allahı lazımi kimi təqdir edə bilməyən bu insanların ya Allah qorxusu yoxdur, ya da çox məhduddur. Bu da insanın axirəti baxımından çox təhlükəli bir vəziyyətdir. Çünki Allah qorxusu olmayan, etdiklərinin qarşılığında cəza görəcəyinə inanmayan bir insan hər cür pisliyi, zülmü rahatlıqla edə bilər. Allahın qadağan və haram etdiyi hər cür günahı işləyib, sonra da "Allah bağışlayar" kimi reallıqdan uzaq düşüncəyə qapıla bilər. Buna görə şeytan insanlara həmişə bu cəhətdən yaxınlaşır və insanların özlərini "yəqin ki bağışlanaram" düşüncəsi ilə aldatmalarına səbəb olur.

Diqqət yetirilsə din əxlaqından uzaq cəmiyyətlərdə insanlar həmişə bu yanlış dünyagörüşlə hərəkət edir və davamlı Allahın əmr və qadağalarını pozurlar. Namazlarını qılmayanlar, oruc tutmayanlar, ehtiyac içində olan insanları qorumayanlar, xəsislik edərək mallarından zəkat verməyənlər, öz mənfəətləri üçün insanlara zülm edənlər, adam öldürənlər, oğurluq edənlər, başqalarının malını haqsızlıqla yeyənlər, yer üzündə fitnə-fəsad çıxaranlar, insanları əxlaqsızlığa sürükləyənlər həmişə "Allah bağışlayar" düşüncəsi ilə hərəkət edirlər. Halbuki bu düşüncəyə sahib olan insanlar böyük bir yanlışlıq içindədirlər. Çünki Allah tövbələri qəbul edən və bağışlayıcı olandır, ancaq eyni zamanda da sonsuz ədaləti ilə hər hərəkətin əvəzini əksiksiz olaraq verəndir. Əlbəttə yaxşılıq edənlərlə pislik edənlər bir tutulmayacaq, dünyada da, hesab günündə də hər kəs layiq olduğuna qarşılıq görəcək.

İnsanın bir səhvə yol verdiyində buna əhəmiyyət verməyib "bağışlanaram", "yəqin ki, bağışlanılaram" deyərək düşünməsi yox, dərhal səmimi bir şəkildə Rəbbimizə yönəlməsi və səhvini düzəltmək üçün qəti bir dayanıqlılıqla tövbə etməsi lazımdır. (Müəllif: Harun Yahya)


Tarix: 07.06.2013 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 98 Bölmə: Maraqlı melumatlar
loading...