beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbər (sav)-in Əxlaqı Ilə Əxlaqlanaq

Peyğəmbər (sav)-in əxlaqı ilə əxlaqlanaq

1. Çirkin və həyasızca söz və davranışları tərk etməli.
Bu da hər cür çirkin və pis olan söz və əməli əhatə edir.
2. Alçaq səslə danışmaq və səsi çox qaldırmamalı. Xüsusilə də bazarlarda, məscid və s.
yerlərdə - əgər xatib deyilsənsə - yüksək səslə danışmamaq.
3. Hər hansı bir kimsədən gələn pisliyə yaxşılıqla qarşılıq verərək onu qaldırmaq.
Pislik edəni bağışlamaq, sorğuya çəkməyib, cəzalandırmamaq.
4. Çox gülməyi tərk etmək. Güldükdə yalnız təbəssüm etmək.
5. Ən gözəl paltarları geyinmək (Bayram və s. Namazlarında).

6. Özünü yuxarı tutmadan yerdə yemək yemək, olan yeməyi yemək və az yeməklə kifayətlənmək.
7. Hədiyyə vermək, hədiyyəni qəbul etmək, qəbul olunan hədiyyəyə qarşılıq vermək.
8. Çox zarafat etməmək, zarafat etdikdə isə sadəcə doğru olanı söyləmək.
9. Nəsihət etmək və nəsihəti dinləmək. Dəvətə cavab vermək.
10. Miskin və zəif olanlarla gəzmək, ehtiyacları ilə maraqlanmaq.

11. İnsanlara və heyvanlara qarşı şəfqətli və mərhəmətli olmaq.
12. Simic olmaqdan uzaq olmaq. Çünki Allah da, insanlar da simici sevməzlər.
13. Dişlərini təmizləmək, oruclu ikən, oruclu olmadığı zamanda dişləri yumaq.
Yuxudan oyandıqda, namaza başladıqda, evə girdikdə misvaqla dişləri təmizləmək.
Çox ətirdən istifadə etmək, gözəl ətirdən imtina etməmək.
14. Quran oxumaq və Quranı dinləmək.
15. Namazları yaxtında qılmaq, cəmaat namazlarında iştirak etmək.

16. Bütün insanlarla ədalətli olmaq.
17. İnsanların əziyyətinə qatlanmaq və onları bağışlamaq.
18. Özümüz üçün arzuladığımızı müsəlmanlar üçün arzulamaq.
19. Salamı yaymaq.
20. Paltar geyindikdə, təmizləndikdə, saçlarını daradıqda, verərkən, alarkən, yemək və içməkdə sağ
əlindən istifadə etmək. Tualet və buna bənzər yerlərdə sol əldən istifadə etmək.

21. Saçı ya qısaltmaq, ya da uzatmaq. Bir qismini kəsib, bir qismini isə buraxmamaq.
Ağaran saçları qaradan başqa rənglərə boyamaq.
22. Müamələdə ən gözəl insan olmaq. Borc aldıqda və borcu istədikdə onu ən gözəl tərzdə etmək.
23. Yer üzündə təvəzökarlıqla yerimək.
YERİŞLƏR: 1. Ölü kimi yerimək.
2. Təvəzökar yerişi. «Rahmənin bəndələri o, kəslərdir ki,onlar yer üzündə
təmkinlə, təvəzökarlıqla gəzərlər...» (əl-Furqan 63).
3. Həyəcanla yerimək.
4. Səy yerişi. Səfa və Mərva arasında.
5. Ram yerişi. Kəbəni təvaf edərkən.
6. Qaçış.
7. Müəyyən bir tərəfə meyl edərək yerimək.
8. Arxa-arxaya yerimək.
9. Hoppana-hoppana yerimək.
10. Təkəbbürlü yerimək.

24. Peyğəmbər - sallallahu aleyhi və səlləm - xəstəni ziyarət edər, onlara dua oxuyar, dağlama edərdi,
yalnız özünə dağlama etməmişdir, başqalarına ruqiyyə etmiş, lakin özünə oxutdurmamışdır.
Xəstələrə pəhrizi öyrətmişdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - Xəstəni ziyarət etdiyi vaxt ona deyərdi:
“Allah şəfa versin, İnşəallah, (günahlardan) təmizlənmədir”

1. Heç hamama getməmişdi. Xına sürtüb sürtmədiyində ixtilaf vardır.
Ənəs - sürtmədi. Əbu Hureyrə - sürtmüşdür.
Ən sevdiyi ətir Miskdir. Fağiyə qoxusunu da sevərdi. Fağiyə xına bitkisinin çiçəyidir.
O şer dinləyər, bəxşiş verərdi. Ayaqqabı, paltarını tikər, ev əşyalarını təmir edər, qoyun sağar, özünə və
ailəsinə xidmət edərdi. Məscidin inşasında səhabələrlə bərabər kərpic daşıyırdı. Qonaq qəbul edər,
özü də qonaq olardı. Başından, ayağından və kürək sümüklərinin arasından və iki boyun damarından
qan aldırardı (Başqa rəvayətdə: Qan aldığı zaman onun haqqını da verərdi).
Peyğəmbər - sallallahu aleyhi və səlləm - ənsarı ziyarət edər, uşaqlara salam verər, başlarını sığallayardı.
Müsəlmanların zəiflərinin yanına gedər, xəstələri ziyarət edər, cənazələrində iştirak edərdi.
Yerdə oturur, yerdə yemək yeyər, bir qulun arpa çörəyi olsa da belə ziyafətini qəbul edər, ayaqqabısını,
paltarını tikər, sizdən hər hansı bir kimsə kimi o da evində çalışardı»

2. «Həqiqətən də Allah və Mələkləri Peyğəmbərə salavat göndərirlər.
Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın!» (əl-Əhzab 56).
Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Sizin ən fəzilətli günlərinizdən biri də cümə günüdür.
O, gün Adəm yaradıldı, o, gün sura üfürüləcək... Cümə günü mənə çox sayda salavat gətirin.
Çünki sizin salavatınız mənə çatır». Bir nəfər: «Ey Allahın Rəsulu! Bizim savlavatımız sən torpaq altında
çürümüşkən necə sənə çata bilər?» deyə soruşdu. Peyğəmbər: «Şübhəsiz ki,
Allah torpağa Peyğəmbərlərin cəsədlərini yeməyi haram etmişdir» deyə buyurdu

3. Peyğəmbər - sallallahu aleyhi və səlləm -in həyatından səhifələrə baş vurduq.
Bəlkə bundan sonra qəlblərimiz dirilər və həyat yolumuzu onun izindən gedərik.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 150 Bölmə: Maraqlı melumatlar