Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KİÇİK GÜNAHLARDA İSRAR ETMƏYİN HÖKMÜ

Günahlarda israr etmək, onlara qapanmaq, davam etmək, onları tərk etməmək, onlardan tövbə etməmək və istiğfar diləməmək, qəlbən günaha bağlanmaq, və ya onları etməkdən sevinc duymaq məsələsinə gəlincə, bunun hökmü böyük günahları edən kimsənin hökmü kimidir. Belə bir kimsənin sonunun pis olmasından qorxulur. Çünki onlara görə günahlar küfrün dəhlizidir. Bunlar ondan qaynaqlanır və sonda ona səbəb olur. Buna görə də sadiq iman sahibi olan müsəlman bir qul həlak edici böyük günahdan da, əhəmiyyət vermədiyi kiçik günahdan da şiddətlə çəkinməsi lazımdır.

Kiçik günahları etməkdə cürətli olan kimsə gün gəlir böyük günahlar da edər. Lakin kiçik günahlardan uzaq duran kimsə isə böyük günahlardan da uzaqlaşmış olur. Eyni şəkildə şübhəli şeylərdən qaçan bir kimsə haramlardan da qorunmuş, lakin heç çəkinmədən şübhəli şeylərə gedən kimsə açıq olan bir günaha da düşməsi yaxındır. Günahlara, kiçik günahlara çox qapanmaq və etmək - Allah qorusun – küfrə və mürtədliyə düşməyə yol aça bilir. Çünki günahlarda israrlı olmaq, onları tərk etməmək bu günahlar sahibinin qəlbini işğal etməyə və ondan imandan heç bir şey qalmamasına qədər aparıb çıxarda bilər. «Bəli günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər Cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar». (əl-Bəqərə 81). «O, müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar gördükləri işin (pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar». (Ali İmran 135). İmam Buxari – rahmətullahi aleyhi – öz məşhur Səhih əsərində belə bir bab açmışdır: «Kiçik görülən günahları xəfif görməkdən çəkinmək». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kiçik günahlardan çəkinin. Kiçik günahların misalı bir vadiyə enmiş bir topluluğa bənzər ki, onlar yemək bişirmək üçün odun toplayırlar. Bunlardan biri bir odun, digəri isə bir odun gətirir və nəhayət yeməklərini hazırlayacaq qədər odun toplanır. Günahları kiçik görməkdən çəkinin. Çünki bunlar bir kimsədə olarsa onu həlaka sürükləyərlər»
(Əhməd «Musnəd» 1/402, 5/331, əl-Albani Səhih Hədislər» 389)
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qul bir günah etdiyi zaman qəlbinə qara bir nöqtə düşər. O, günahdan çəkinib tövbə edər və istiğfar diləyərsə o, nöqtə silinər və qəlbi yenə də parlayar. Eyni günahı təkrar etdiyi zaman o, qara nöqtə artar. Nəhayət bütün qəlbini tutar. Allahın ayəsində olan: «Xeyr, əslində onların qəlblərini qazandıqları günahlar qaplamışdır». (əl-Mutaffifin 14) budur»
(əl-Albani «Səhih Sünnən Tirmizi» 3/127)
İbn Abbas - radıyallahu anhu – deyir ki: «Tövbə-istiğfarla birlikdə böyük günah olmaz. İsrarla birlikdə kiçik günah olmaz»
(Camiul Bəyan Lit Təbari 8/24)
İbn Məsud - radıyallahu anhu – deyir ki: «Mömin günahlarını dağ boyda görər və sanki o, dağın üstünə düşəcəyindən qorxar. Günahı kiçik görən facir isə işlədiyi günahı burnun üzərinə qonan milçək kimi görər»
(Buxari)
Çünki günah qulun gözündə nə qədər böyüyərsə Allah qatında o, qədər də kiçilər və qul günahı nə qədər xəfif sayarsa Allah qatında da o, qədər böyüyər. Günahın qulun gözündə böyüməsi, qəlbində ondan xoşlanma-dığını göstərir. Möminin gözündə günahın böyüməsinin səbəbi Allahın ucalığını bilməsindən ötrüdür. Çünki o, insan üsyan etdiyi Allahın ucalığına baxdıqca kiçik bir günahı da belə böyük bir günah olaraq görər. Əbu Hureyrə, Abdurrahmən b. Saxr - radiyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - in belə buyurduğunu eşitdim: «Sizə nəyi qadağan edirəmsə ondan uzaq olun, nəyi sizə əmr etmişəmsə ondan bacardığınız qədər istifadə edin. Şübhə yox ki, sizdən əvvəlki ummətləri çox sual vermələri və peyğəmbərlərinə müxalif olmaları məhv etdi»
(Səhih Buxari 7288; Səhih Müslim 1337 – Bu hədisin əvvəli belədir: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey insanlar! Allah üzərinizə Həcc etməyi fərz qıldı, artıq siz də Həcc edin». Bir nəfər: «Ey Allahın Rəsulu, hər il Həcc edək?» Peyğəmbər – sallallahu aleyhi və səlləm – susdu. Həmin şəxs sualını bir neçə dəfə təkrarladı. Peyğəmbər: «Əgər mən hə desəm, sizə hər il Həcc etmək vacib olardı. Sizin də buna gücünüz çatmazdı…»)
Peyğəmbər – sallallahu aleyhi və səlləm - in belə buyurduğunu eşitdim: «Sizə nəyi qadağan edirəmsə ondan uzaq olun» deyə buyurmuş və burada kiçik günah, böyük günah deyə ayıraraq fərq qoymamışdır. Günahlardan çəkinməyi əmr etmişdir. Buna görə də pislik yalnız yaxşılıqla dəf edilir: «Sən pisliyi yaxşılıqla dəf et». (əl-Muminun 96). İbn Qudamə – rahmətullahi aleyhi – deyir ki: «Bir dəfə edilərək bitmiş və bir daha edilməyən böyük bir günahın əff edilmə ümüdü, davamlı surətdə edilən kiçik bir günahın əff edilmə ümüdündən daha çoxdur. Buna bir daşın üstünə damla-damla düşən su damcısını misal çəkmək olar. Bu damlalar o, daşda iz salar. Lakin o, damlalar bir dəfəsində onun üstünə düşsəydi heç bir zərəri olmazdı. Buna görə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahın ən çox sevdiyi əməl az da olsa davamlı olanıdır»
(Müslim 5/72, Əhməd 6/165. İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir ki: «Bu hədisdə əməlləri davamlı olaraq etməyə sövq edilir. Davamlı olaraq edilən əməl, davamlı olmayan çox əməldən üstün olduğu bildirilir. Davamlı olan az əməl, davamlı olmayan çox əməldən daha üstündür». Müslim 5/70.)
Peyğəmbər –sallallahu aleyhi və səlləm- buyurdu: «Ey Aişə! Kiçik görülən günahlardan çəkin! Çünki Allah tərəfindən onları yazmaqla əmr edilmiş (bir mələk) vardır»
(İbn Məcə, Nəsai, İbn Hibban)
Ənəs - radıyallahu anhu – deyir ki: «Sizlər bir çox əməllər (günahlar) edirsiniz ki, onlar sizin gözlərinizdə tükdən incədir. Lakin bizlər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in zamanında onları həlak edici günahlar sayırdıq»
(Fəthul Bəri 11/329, Əhməd 3/3)
» . Ənəs - radıyallahu anhu – nun söylədiyi tükdən incə sözü incə kəliməsindən törədilmiş İsmi tafdildir. Bu kəlimə əhəmiyyət verilməyə-rək xəfif görsənən əməlləri ifadə edir. Yəni sizlər xəfif düşündüyünüz elə əməllər edirsiniz ki, onlar əslində böyükdür, ya da nəticəsi ağırdır. İbn Battal – rahmətullahi aleyhi – deyir ki: «Kiçik günahlar davamlı etmək çoxaldıqda böyük günaha dönür. Əbu Əyyub əl-Ənsari - radıyallahu anhu – deyir ki: «Birisi etdiyi bir yaxşılığa görə sevinir, kiçik günahları da unudur. Beləcə Allahın hüzuruna kiçik günahlara batmıış bir şəkildə gəlir. Başqa birisi də pis bir əməl edər və ondan ötrü də qorxuya düşər və Allahın hüzuruna arxayın çıxar»
(Fəthul Bəri 11/329)


Tarix: 15.04.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 241 Bölmə: Maraqlı melumatlar
loading...