beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏHLİ-BEYT (ə) MƏKTƏBİNİN HƏQİQƏTİ NƏDİR?

Son illər ərzində insanların ən çox soruşduğu sual, xüsusilə də həcc mərasimində odur ki, Əhli-Beyt (ə) məktəbinin həqiqəti nədir?

Bizim əqidəmizə görə İmamlarımız (ə) elə bir elmə malik idilər ki, davamçıları onların yolunu davam etdirməlidirlər. Bu məsələ bu gün Əhli-Beyt (ə) davamçıları üçün başqa zamanlardan daha çox əhəmiyyət kəsb edir. Bu gün Əhli-Beyt (ə) davamçıları başqa zamanlardan daha çox bu məktəbin həqiqəti ilə tanış olmalıdırlar. Bu, həm də onun üçündür ki, hər gün müxtəlif mətbuat vasitələri tərəfindən edilən şübhələrə cavab verə bilsinlər.

Bəzən Məsum İmamlara (ə) hiss etdiyimiz əlaqə qədər bu məktəbə qəflət edirik. Yaxşı olar ki, bu qəflət aradan qaldırılsın. O yerə qədər ki, bu məktəbə olan baxışımız daha dərin və geniş olmalıdır ki, şübhələrə cavabımız da güclü olsun.

Əgər biz İmam Hüseynə (ə) sevgi bəsləyiriksə, onları özümüz üçün nümunə qərar veririksə, ona görədir ki, bu dahi insanlar Peyğəmbəri-Əkrəmin (s) davamçıları idılər.

Bizim əqidəmizə görə, imamət - İlahi risalətin davamıdır. Bu risalət Həzrət Muhəmmədin (s) müqəddəs vücudunda son həddə çatmışdı. Nəticədə o, Xatəmi-Nəbiyindir (s). Ancaq Həzrətin (s) yolunu davam etdirən İmamlarda (ə) davamiyyət təcəlli tapmışdı. Bu elə bir məsələdir ki, daha dərindən diqqət edilməldir.

İmamət düşüncəsinin dərinliyinə varmaq üçün Qurana yenidən nəzər salmalıyıq. Bəzi mərifət əhlinin dediyinə görə, bütün İlahi elmlər Quranda təcəlli tapmışdır. Quran İlahi elmlərin elə təcəssümüdür ki, bütün insanların əldə edə biləcəyi bir kitabdır.

Quran zühur etməzdən, kəlmə və hərflərə çevrilməmişdən əvvəl kamil insan olan Həzrət Muhəmmədin (s) qəlbinə nazil olmuşdur. Quranın buyurduğu kimi, Məsum İmamların (ə) elmi vardı və onların bu elmi sözdən əvvəl olmuşdur. Onların Quranın mənşəyinə, məsdərinə, kökünə qarşı agahlıqları vardır. Halbuki, bizim Quran haqqındakı elmimiz sözdən sonra olmuşdur. Quran kəlmələri əsasında onun mənasını dərk edirik.

Qurani-Kərim müxtəlif prizmalardan İmamət mövzusunu bəyan etmişdir. Onların bəziləri daha çox diqqəti cəlb edir. Ancaq bəzi ayələr vardır ki, İmamət bəhsini zərif şəkildə şərh edir. Bu ayələrə daha az diqqət edilmişdir.

Qurani-Kərimin müxtəlif surə və ayələrində İlahi peyğəmbərlər haqqındakı mövzu təkrar edilir. Belə ki: “Ey mənim qövmüm! Mən buna görə sizdən bir əcr istəmirəm. Mənim əcrim təkcə məni Yaradanın öhdəsinədir. Heç başa düşmürsünüzmü?”. (“Hud”, 51).

“Allahın, iman gətirən və saleh əməl edən bəndələrinə verdiyi müjdə budur. (Ya Muhəmməd!) De: “Bunun əvəzində sizdən mənim qohumlarıma məhəbbətdən başqa bir əcr istəmirəm. Kim bir yaxşı iş görsə, Biz də onun savabını artırarıq. Şübhəsiz ki, Allah bağışlayandır; qədir biləndir”. (“Şura”, 23). Bu ayənin mənasına vardıqda görmək olur ki, Peyğəmbərin (s) dəyanət və xatəmiyyəti, bu yolda başqa peyğəmbərlərdən fərqli olduğuna gətirib çıxartmışdır. Əhli-Beyt (ə) davamçıları və başqa məzhəblərin təfsirçilərinin təfsir etdiyi bu ayənin mənası odur ki, Allah Təala Peyğəmbərdən (s) istəyir ki, insanlara göstərdiyi xidmət qarşılığında onlardan əcr və muzd istəsin. Həmin muzd isə - Əhli-beyti (ə) ilə dostluqdur. Bu təfsirdə bəzən Peyğəmbər (s) ailəsi o qədər geniş nəzərə alınır ki, bütün seyidləri əhatə edir. Bəzən Peyğəmbərin (s) yaxın qohumları olan həyat yoldaşları və övladları nəzərdə tutulur, bəzən də Əhli-Beyt (ə) davamçılarının verdiyi təfsirdə Peyğəmbərin (s) yaxınları dedikdə xüsusi insanlar şamil edilir.

Hər bir halda bu ayəyə bu cür baxmaq Əhli-Beyt (ə) davamçıları ilə əhli-təsənnün arasında fikir müxtəlifliyinə gətirib çıxarır. Əhli-təsənnün sual verir: “Sevmək və məhəbbət göstərməyin nümunə qərar vermək və ya tabe olmaqla nə əlaqəsi var?”.

Həzrət Məryəm (ə), Həzrət Musanın (ə) anası və bacısı Quranda adı çəkilən və mədh edilən qadınlardır. Ancaq elə bir ayə yoxdur ki, Allah Həzrət İsa (ə) və Həzrət Musadan (ə) insanlardan öz qohumlarına və yaxınlarına qarşı səmimi olmaqlarını tələb etsin.

Allah Təala mübarək “Səbə” surəsində Peyğəmbərə (s) xutab edir: “De:”Sizdən istədiyim (risalətin) əcri (yaxın adamlarına məhəbbət) də sizin üçündür. Mənim əcrim ancaq Allaha aiddir və O hər bir şeyə şahiddir”. (“Səbə”, 47).

Bu üç ayə üç müxtəlif surələrdə yerləşir. “Nüdbə” duasında bu ayələr bir-birinin ardınca gəlir. Bu şəkildə xüsusi mənanı bəyan edir.

Bu ayələrə əsasən və Qurana istinad edərək aydın olur ki, Allaha doğru gedən yolu tapmaq istəyən kəsin yolu - Peyğəmbər (s) ailəsi və yaxınlarına dostluq etməkdən keçir. Ona görə də Peyğəmbərin (s) tələb etdiyi əcr və muzd bizim özümüz üçün xeyir və mənfəətlidir. Bu Peyğəmbər (s) üçün əcr deyildir, çünki Peyğəmbərin (s) əcri Allah yanındadır.

Belə bir nəticəyə gəlmək olar ki, Peyğəmbər (s) ailəsinə dostluq və məhəbbət göstərmək - Allaha gedən yoldur. Ancaq Allaha gedən yolu keçmək lazımdır. İnsan gərək bu yolu əməl və rəftarı ilə keçsin. Əqidəsində də ona tabe olmalıdır. Ona görə də məhəbbət və dostluq Allaha gedən yoldur ki, ona tabe olmaq və nümunə qərar vermək kimi nəticə çıxartmaq olar.

Əhli-Beytə (ə) eşq və məhəbbət dəyərlidir, ancaq bu mənada deyildir ki, bu eşq bizim bütün əqidəmizin, təkliflərimizin, vacibatlarımızın canişini olsun. Əksinə, bu eşq bütün bu amillərin məsdəri olmalıdır.

Bizim etiqadımıza görə iki növ tabeçilik vardır: Bəzi yerdə insan rəhbərdir, əmr edir. Məqamı böyük olduğu üçün ona tabe olmaq lazımdır. Bu növ tabeçilik həmişə bir növ təşrifatla bir yerdə olur. Məsələn, layiq dövlətlərin verdiyi qanunlar kimi. Onu həyata keçirtmək üçün polis, məhkəmə sistemindən və sairdən istifadə edirlər. Əlbəttə İslam dini bu növ tabeliyi görməməzliyə vura bilməz. Ancaq bəzən tabelik daxili eşq və əlaqə ilə olur. Ona görə də dostluq kimi yozulur.

Əhli-təsənnünün əksəriyyəti Əhli-Beytə (ə) sevgi bəsləyirlər. Ancaq bu məhəbbət sevgi üzərində olur. İmamlara (ə) nümunə və ülgü kimi baxmırlar. Bəzən bu nigarançılıq bizə də keçir ki, bəlkə biz Əhli-Beyt (ə) davamçıları da bu cür olmuşuq? Əhli-Beytə (ə) eşq bəsləyirik, ancaq onlara tabe olmuruq?

Ayədən aldığımız yeni təfsirə görə gərək “qurbaya” tabe olaq. Allah ixtiyarımıza qoyduğu meyarları əqli vicdanımıza həvalə etmişdir. Quranda iki qrupu bizə tanıtmışdır.

Birinci qrup: o kəslərdirlər ki, bizləri Haqqın həqiqətinə hidayət edir. Onlar məsumdurlar və səhv və günah etməzlər. Çünki o kəslər ki, səhv edirlər, o kəslər ki, qəsdən günah edirlər, bizləri də xəta və səhvə düçar edərlər.

İkinci qrup: özləri başqalarının hidayətinə ehtiyac duyurlar. Təkbaşına düz yolu seçə bilmirlər. Ona görə də hər bir vicdanlı insan birinci qrupun seçilməsini göstərər. Bu, onun göstəricisidir ki, “qurba” da məsum olmalıdır.

Deməli, Peyğəmbər (s) təyin olmaq kifayət deyildir. Gərək həmin şəxsin özündə bu xüsusiyyətlər olsun. Əli ibni Əbi Talib (ə) Peyğəmbərin (s) əmisi oğlu və kürəkəni olduğu üçün deyil, o, özünün səlahiyyətləri və xüsusiyyətlərinə görə Əmirəl-möminin (ə) olmuşdur.

Əhli-Beyt (ə) bu fikirdədir ki, Peyğəmbərin (s) ailəsində elə insanlar var ki, məsumdurlar və onlara tabe olmaq lazımdır. Peyğəmbər (s) “Təthir” ayəsi nazil olandan sonra özünü, Əli ibni Əbi Talibi, Həzrət Fatiməni (ə), İmam Həsəni (ə), İmam Hüseyni (ə) - Əhli-Beyt (ə) kimi tanıtmışdır.

Qurani-Kərimə əsasən İmam Hüseyn (ə) Peyğəmbər (s) “qurbasının” aydın dəlilidir ki, ona tabe olmalıyıq. Peyğəmbərdən (s) yarım əsr sonra həmin peyğəmbərin adı ilə onu məzlumcasına şəhid etdilər.

Əgər hər bir insan insanlıqdan məhrum olmayıbdırsa, İmam Hüseyn (ə) və Kərbəla hadisəsi ilə tanış olarsa, hisslərini hərəkətə gətirər. İmam Hüseynin (ə) məzlumiyyəti hər bir azad qəlbi dərdə salar.

Məhərrəm ayının ilk günü Məsum İmamın (ə) qəm gününün başlamasıdır. Günlər keçdikcə isə bu narahatlıq artar. Aşura günü isə öz kulminasiyasına çatar.


Hazırladı: Məşhədi Xanım,


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 126 Bölmə: Maraqlı melumatlar