Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAH üçün müsəlmanların bir birini sevməsi

Sevgi Uca Allah (c.c)- ın biz qullarına verdiyi ən önəmli xüsusiyyətlərdən biridir. İnsanoğlu sevgi sayəsində özündə olan mənfi xüsusiyyətlərin qarşısına keçərək, çirkin davranışlardan uzaqlaşır və beləcə daha hüzurlu və firavan həyata adım atmış olur. Xütbəmizdə sizə bəhs edəcəyimiz sevgi, bu gün aramızda ən böyük çatışmamazlıqlardan bir olan “Allah üçün müsəlmanların bir birilərinin sevməsi” haqqında olacaqdır. Bildiyimiz kimi Allah üçün bəslənən sevgi, sevgilərin ən üstünüdür. Sevgili Peyğəmbərimiz (s.ə.s) bu barədə belə buyurmuşdur: “Allaha and içirəm ki, iman etmədikçə cənnətə girə bilməzsiniz. Bir –birinizi sevmədikçə də iman etmiş olmazsınız. Sizə yerinə yetirəcəyiniz təqdirdə bir-birinizi sevəcəyiniz bir şey söyləyim mi?” Aranızda salamı yayın. (Riyazüs- Salihin C. 1. Hd. N:379)

Gördüyünüz kimi bu hədisi şərif, cənnətə girmənin yollarından birinin, müsəlmanların bir-birilərini heç bir mənfəət gözləmədən sırf Allah rızası üçün sevmələri olduğuna bağlamışdır. O halda biz müsəlmanlar aramızda Allah sevgisini nə qədər yayarıqsa, düşmənliyin, kinin və mənfi davranışların da qarşısına o qədər keçmiş olarıq.

Bu haqda Rəsulullah (s.ə.s) Əfəndimizin başqa bir hədisi şərifində də buyurulur:
“Bir gün bir adam , başka kənddə yaşayan din qardaşını ziyarət etmək üçün yola çıxır. Allah Təala o adama nəzarət etmək üçün onun gedəcəyi yola, bir mələyi vəzifələndirir. Adam mələyin yanına gəldikdə; Mələk: “Haraya gedirsən? deyə soruşur. Adam, bu yaxınlıqda bir din qardaşım var, onu ziyarətə gedirəm”-deyə cavab verir. Mələk;

O adamdan əldə etmək istədiyin bir mənfəətmi var? deyə soruşdu. “Xeyr, mən onu sırf Allah rızası üçün sevirəm, onun üçün ziyarətinə gedirəm” cavabını verdi. Mələk cavabında, “Sən onu necə sevirsənsə Allah da səni elə sevir. Mən, bu xeyirli xəbəri vermək üçün Allah Talanın sənə göndərdiyi elçiyəm” . (Müslim, Birr 38)

Heç şüphəsiz ki, hər mömin Allah üçün sevilməlidir. Möminlərin hər biri, rəngi və ətri müxtəlif gül baxcasına ait güllərdir. Möminlər, bir-birini tamamlayan bir ailənin üzvləri kimidirlər.

Peyğəmbərimiz (s.ə.s) “Allahın qulları arasında elə üstün kimsələr vardır ki, peyğəmbər deyillər, lakin peyğəmbərlər və şəhidlər onlara qibtə edəcəklər.” Bunu eşidən Əshab; “Ya Rəsulallah, onlar kimlərdir? Bərcə onlarla tanış olaraq onların duasını almış olarıq” dedilər. Peyğəmbərimiz (s.ə.s) “Onlar bir sülalədən qohum olmadıqları halda, sırf Allah üçün bir-birlərini sevənlərdir. Axirətdə nurdan minbərlər üzərində, üzləri də ay kimi parıldayacakdır. Hərkəsin qorxudan hüzün və kədərə boğulduğu o gündə, onlar nə qorxacaqlar nə də kədərlənəcəklər”- dedikdən sonra Allahın Rəsulu bu ayəti oxudu: “Biləsiniz ki , Allahın dostlarına heç bir qorxu yoxdur. Onlar hüzünlənməyəcəklər də.” (Yunus, 10/62)

Ənəs İbni Mâlik (r.a) dan rəvayət olunan bir hədisi şərifdə də belə buyrulur:
Peygəmbərimizin (s.ə.s) hüzürunda bir adam vardı. Başqa bir adam da onların yanından gəlib keçdi. Arxasından, Hz. Peygamberin (s.ə.s) huzurundaki kimsə:

– Ey Allahın Rəsûlü! Mən gedən bu adamı Allah üçün sevirəm, dedi. Peygəmbərimiz (s.ə.s):
– “Yaxşı bəs sən ona sevdiyini bildirdin mi?” buyurdu. Adam:
– Xeyr, Ya Rəsulullah (s.ə.s) dedi. Hz. Peygamber (s.ə.s):
– “O zaman ona sevdiyini bildir”, buyurdu.
Adam dərhal qalxıb o şəxsin arxasından yetişdi və:
– Mən səni Allah için sevirəm, dedi. O da:
– Məni rızası üçün sevdiyin Allah da səni sevsin, cavabını verdi.


Tarix: 03.06.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 140 Bölmə: Maraqlı melumatlar
loading...