beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəriət Suallarına Cavablar 3

Heyvanın başını kəsməyin bir neçə şərti vardır:

1.Heyvanın başını kəsən istər kişi olsun, istərsə qadın, gərək müsəlman olsun. Müsəlman uşağı əgər müməyyiz olsa, yəni yaxşı ilə pisi ayıra bilirsə, heyvanın başını kəsə bilər. Amma kitab əhli olmayan kafir, ya kafir hökmündə olan firqələrdən bir kəs, məsələn, nəvasib firqəsindən, heyvanın başını kəssə, o heyvan halal olmaz, hətta kitab əhli olan kafir, əgər heyvanın başını kəssə, hərçənd «Bismillah» demiş olsa belə, vacib ehtiyata əsasən o heyvan halal olmur.

2. Heyvanın başını imkan daxilində dəmirdən olan şey ilə kəsməlidirlər. Vacib ehtiyata əsasən istil bıçaqla kəsmək kifayət deyil. Amma əgər dəmir tapılmasa, onun dörd damarını ayıra biləcək iti bir şey ilə, məsələn, şüşə və daş ilə də kəsmək olar, hərçənd onun başını kəsməyə münasib zəruriyyət olmasa belə.

3. Heyvan başı kəsilən vaxtı üzü qibləyə olmalıdır. Deməli, əgər ayaq üstə, ya oturan halda olsa, heyvanın üzü qibləyə olmağı insanın namazda üzü qibləyə olan halı kimidir. Əgər heyvan sağ, ya sol tərəfində uzadılmış olsa, gərək kəsilən yeri və qarnı üzü qibləyə olsun və onun ayaqlarının, əllərinin və üzünün qibləyə tərəf olmağı lazım deyil. O kəs ki, bilir heyvanın başı gərək üzü qibləyə kəsilsin və bilərəkdən onu qibləyə tərəf çevirməsə, heyvan haram olur, amma əgər yadından çıxarsa, ya məsələni bilməsə, ya qibləni səhv salsa eybi yoxdur. Əgər qiblənin hansı tərəfdə olduğunu bilməsə, ya başqasının köməyi ilə də olsa, heyvanı üzü qibləyə tərəf çevirə bilməsə, belə ki, heyvan ipə-sapa yatmayan olsa, ya bir çalaya düşmüş olsa və onu kəsməyə məcbur olsalar, hər istiqamətə zibh etsələr, eybi yoxdur. Əgər üzünü qibləyə çevirməkdə yubansalar, heyvan öləcəksə, hökm eynidir. Heyvanın üzü qibləyə kəsilməsinə e`tiqadı olmayan müsəlmanın zibh etməsi, üzü qibləyə kəsməsə də səhihdir. Heyvanın başını kəsənin də üzü qibləyə olması, ehtiyat müstəhəbbdir.

4. Heyvanın başını kəsən vaxt, ya bıçağı boğazına qoyduqda onu kəsən şəxsin özü baş kəsmək niyyəti ilə Allahın adını çəksin. Əgər kəsən şəxsdən başqası Allahın adını çəksə, kifayət deyil. «Bismillah» desə, hətta əgər yalnız «Allah» desə də, ehtiyatın xilafına olsa da, kifayətdir. Əgər baş kəsmək qəsdi olmadan Allahın adını çəksə, ya məsələni bilmədiyinə görə Allahın adını çəkməsə, o heyvan halal olmaz. Amma əgər yaddan çıxarıb Allahın adını çəkməsə, eybi yoxdur.

5. Heyvan başı kəsildikdən sonra gözünü, ya quyruğunu hərəkət etdirməklə, ya ayağı yerə vurmaqla olsa belə, çırpınmalıdır. Bu hökm heyvanın diri olmasına şübhə olduğu təqdirdədir. Əgər belə olmasa, heç bir lüzum yoxdur.

6. Heyvanın bədənindən adi miqdarda qan axmalıdır. Əgər qan onun damarlarında laxtalanarsa və ondan qan axmazsa və ya axan qan o növ heyvana nisbətdə az olarsa, o heyvan halal olmur, amma az qanın axması, heyvanın başını kəsməkdən əvvəl qan axması olduğuna görə olsa, o halda eybi yoxdur.

7. Boğazın kəsilməsi zibh etmək qəsdi ilə olmalıdır. Deməli, əgər bıçaq birinin əlindən düşsə və ixtiyarsız olaraq bir heyvanın başını kəssə, yaxud başı kəsən adam yuxulu, ya məst, ya bihuş, ya uşaq, ya dəli olsa, ya da başqa məqsədlə bıçağı heyvanın başına çəksə və təsadüfən kəssə, halal olmaz.

Əti halal olan heyvanların bədəninin hansı hissələri haramdır?

Əti halal olan heyvanların bədəninin bəzi üzvləri haramdır:
1. Qan.
2. Fəzlə (nəcis).
3. Erkəklik yeri.
4. Dişilik yeri.
5. Balalıq.
6. Düşul adlanan vəz
7. Donbalan adlanan toxum (yumurta).
8. Noxud əndazəsində beynində olan şey.
9. Bel sümüyünün içində olan haram beyin.
10. Vacib ehtiyata əsasən, bel sümüyünün iki tərəfində olan piy.
11. Öd kisəsi.
12. Dalaq.
13. Sidik kisəsi.
14. Gözün hədəqəsi (bəbəyi).

Bunların hamısı quş olmayan, əti halal heyvanlarda, haram olan hissələrdir. Quşlara gəlincə isə onların qan və ğaiti işkalsız haramdır. Amma bu ikisindən başqa, yuxarıda deyilən şeylərdən birisi onlarda olarsa, onun haram olması vacib ehtiyata əsasəndir. Həmçinin, vacib ehtiyata əsasən, balığın qan və fəzləsi, çəyirtkənin fəzləsi də eyni hökmü daşıyır. Bunlardan başqası onlarda haram deyil.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 99 Bölmə: Maraqlı melumatlar