beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəl, Ağam, Gəl

Gəl, Ağam, gəl.

Dözmür ürək intizara.

Anan Fatimə (s.ə.) canı, gəl.

Sənsiz nə qədər sübhlərim olacaq?

Sənsiz nə qədər günlərim ötəcək?

Sənsiz nə qədər Mövlam deyəcəm?

Gəl, Ağam, gəl.

Sənə ehtiyacımız var.

Hər kəsdən çox sənə ehtiyacımız var.

Dərdlərimin ortağı, gəl, dayanma.

Sirlərimin ortağı, gəl, dayanma.

Qəlbimin pənahı, gəl, dayanma.

Ey mənim Mövlam, and verirəm səni ağam Hüseynə (ə), gəl dayanma.

Gəl, Ağam, gəl bu dərdli qəlbimin məlhəmi, gəl, dayanma.

Sınıq könlümün səfası, gəl dayanma.

Sənsizlik çətindir, gəl, Ağam, gəl, dayanma.

Səni çox axtardım Ağam, Ərafatda, çox.

Divanə kimi getdim gah sağa, gah da sola.

Görmədim Ağam, görmədim səni.

Qaçdım hər əza məclisinə, bəlkə səni görəm, görmədim.
Ağam, sən necə, gördünmü məni?

Necə avara qaldığımı gördünmü?

Necə səni axtardığımı gördünmü?

Sənsizliyin necə olduğunu gördünmü?

Gördünmü Ağam, gördünmü?

Gördünmü təvaf edərkən necə səni axtardığımı?

Gördünmü səy edərkən necə səni axtardığımı?

Gördünmü Məkkənin küçələrində sübhlər mərsiyə deyərək səni necə axtardığımı?

Gördünmü Ağam, bunları gördünmü?

Yoxsa yanımdan keçdin, mən səni tanımadım?

Yoxsa mənə salam verdin, mən səni tanımadım?

Yoxsa təvaf edərkən mənimlə birlikdə etdin, mən səni tanımadım?

Yoxsa Ərəfatda sənin yanından ötüb keçdim, mən səni tanımadım?

Gəl Ağam gəl, sənsizlik çətindir mənə, gəl Ağam gəl.

Mən istəyirəm dərdli qəlbimlə gəlim sənin yanına.

Mənim üçün dua edəsən.

Axı Rəbbim səni çox istəyir, sənin dualarını geri qaytarmaz.
Ağam, sənin gəlməyini bir də ən çox ona görə istəyirəm ki, axı sən gələndə anan Zəhranın (s) gizlin qalan qəbrini aşkar edəcəksən.

Ağam, mənim o pünhan qəbrə olan ehtiyacım - pərvanənin yanan şama olan ehtiyacından çoxdur.

Ağam, mənim o qəbrə olan ehtiyacım - aşiqin məşuqa olan ehtiyacından çoxdur.

Ağam, mənim o qəbrə olan ehtiyacım - hər kəsə olan ehtiyacımdan çoxdur

Sənə olan ehtiyacımdan da böyükdür, bağışla məni, Ağam

Ağam, o qəbri də çox axtardım Bəqidə.

Ağam, o qəbri də çox axtardım, çox.

Ağam, bu dünyada heç nə istəmirəm, Rəbbimdən məni o qəbrin yanında bir qara daş etməsini istəyirəm.

Bu, mənim bəsimdir.

Həmişə o qəbrin yanında olum, Ağam həmişə.

Gəl, Ağam, gəl.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 103 Bölmə: Maraqlı melumatlar