Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Duan Olsun!!!

Dua lüğət anlamı ilə istəmək, çağırmaq, yalvarmaq kimi mənalar ifadə edər. Açıqlaması isə insanın zəif və ehtiyaclı olduğunu dərk edib hər şeyə gücü çatan Allah Təalaya yalvarması, halını ərz etməsi, istəklərini bildirməsidir.

Duanın mahiyyəti:
1. Dua ibadətin təməlidir.
2. Dua ibadətin elə özüdür.
3. Sərhədləri olan insanın hər şeyə Qadir olanı imdada çağırmasıdır.
4. Dua Ruhun Allaha yüksəlməsidir.
5. Qəlbin Allah ilə söhbətidir.
6. Aləmin yaradılma səbəblərindən biridir.
7. Hz. Peyğəmbərin ibadətinin ruhu və əsasıdır. Cənnətin icadına bir səbəbdir.

Duanın zaman və məkanı:
Dua üçün bəlli bir zaman və məkan yoxdur. İnsan hər zaman və hər yerdə dua edə bilər. Bəzi zaman və məkanlar isə onun qəbul olunmasına təsir edə bilər. Zaman olaraq xüsusilə sübh namazından sonra, cümə günü, orucluykən, gecə namazlarında edilən dualar məqbul sayıla bilər. Məkan olaraq isə məscidlər, Kəbə evi, məscidi Nəbi və məscidi Aksada edilən dualar seçilə bilər.
Əsri səadətdə bəzi səhabələr Allah Rəsulundan soruşarlar: “Ya Rəsulallah, Rəbbimiz bizə yaxındırmı ki, səssiz-səssiz dua edək, yoxsa uzaqdırmı ki, yüksək səslə yalvaraq?” Onların bu sualı üzərinə bu ayə nazil olur: “Qullarım səndən məni soruşurlar. De ki, mən onlara çox yaxınam. Dua edən mənə yalvardıqda ona cavab verərəm. Artıq onlar da mənim dəvətimə uysunlar və mənə inansınlar ki, məqsədlərinə nail ola bilsinlər.”

Duada diqqət ediləcək xüsusiyyətlər:
Allah qorxu və ümüdlə dua edin. (Araf 7/ 56)
Rəbbinizə səssiz və gizlicə dua edin, çünki Allah həddi aşanları sevməz. (Araf, 7/56)
Allahın əsma-u Hüsnası vardır. Onlarla Allaha dua edin. (Araf, 7/180)
Dini yalnız Ona xas yaşayaraq xaliz bir şəkildə dua edin. (Mömin, 40/65)


Tarix: 08.06.2013 / 14:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 194 Bölmə: Maraqlı melumatlar
loading...