beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Partlayış Törətmədən öncə, Hara Gedəcəyin Barədə O

PARTLAYIŞ TÖRƏTMƏDƏN ÖNCƏ ... HARA GEDƏCƏYIN BARƏDƏ OXU

Biz müsəlmanlar toplumu, təkfir, ter¬ror, ifratçılıq və radikallıq fitnəsinin tüğ¬yan etdiyi bir zamanda yaşayırıq. Artıq iş o yerə gəlib çıxıb ki, terrorizm bütün dünyanı ağuşuna almışdır. Ter¬ro¬rizmi araşdırmaq, köklərini öyrən¬mək və terror mənbəyini boğmaq üçün bir çox müşavirələr və konfranslar keçi¬ril¬mişdir. Amma bu konfranslar ter¬ro¬riz¬min mahiyyəti və onun qarşısının ne¬cə alınması məsələsi barədə müxtəlif rəy¬lərlə qarşı-qarşıya qalmışlar.
Terrorizm barədə söylənilən tərif¬lər müxtəlif olsa da, ümumilikdə de¬mək olar ki, bütün fikirlər bir neçə bənd¬də vahidlik təşkil edir. Ən təhlü¬kə¬li bəndlər, təhdid, təhlükə, nahaq qan axıt¬maq, günahsız insanları qətlə yetir¬mək, yaşayış komplekslərini və ictimai yer¬ləri partlatmaq, abad yerləri və bina¬la¬rı xaraba qoymaq və bu kimi fəsad¬lar¬dır. Halbuki bütün müsəlmanlar bu ki¬mi əməllərin haram, belə əməl sahi¬bi¬nin cihayətkar və yer üzündə fitnə-fə¬sad törədənlərdən olması qənaətində¬dir¬lər.
Heç kəsə gizli deyil ki, terrorizm təkfir fikrinin törəməsidir. Belə ki, bunu ter¬ror faktları və belə işlərlə məşğul olan¬lar isbat edirlər. Bir çox ölkələrdə şa¬hi¬di olduğumuz terror hadisələri, il¬lər boyu yayılan təkfir fikirlərinin nəti¬cə¬sidir. Halbuki biz, daim, gecə-gündüz yo¬rul¬madan kitablarda, məqalələrdə, müha¬zirələrdə və səsli materiallarda bu fikirdən çəkindirmişik.
Alimlərin yekdil rəyinə görə, əs¬lin¬də müsəlmanın dinindən çıxması ba¬rə¬də şəriət dəlillərinə əsasən yəqinlik ol¬ma¬yınca ona müsəlman kimi baxmaq lazımdır. Belə olan halda təkfirçilər mü¬səl¬manlara kafir demək məsələsinə la¬qeyd yanaşmalıydılar. Halbuki bu işdə iki böyük təhlükə vardır:
Birincisi, vəd olunan şiddətli əza¬ba düçar olmaq. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Hər kimsə öz (müsəlman) qardaşına: Ey Kafir! – deyərsə, bu söz onlardan birinə aiddir. Əgər deyilən kimidirsə heç, əks halda isə söz, deyənin özünə qayıdır». Buxari və Müslim rəvayət etmiş¬dir. Digər hədisdə isə belə deyilir: «Kim başqasını fasiqlikdə və ya kafirlikdə ittiham edərsə, ittiham olunan adam deyildiyi kimi deyilsə, söz sahibinə qayıdar» Buxari rəvayət etmişdir.
İkincisi, Allaha yalan iftira atmaq. Çün¬ki təkfir bir şəriət hökmüdür. Yal¬nız, Allah və rəsulunun təkfir etdiyinə ka¬fir deyilməlidir. Başqa sözlə desək, yal¬nız Quran və səhih hədislərdə deyi¬lən və ziddiyatı olmayan dəlil əsasında ki¬mə¬sə kafir demək olar.
Bu azmış kimi, ifratçılar müsəl¬man¬ları ümumi şəkildə təkfir etməklə kifa¬yətlənməyib, palçığın suyunu bir az da çoxaldaraq, özlərinin kor düşün¬cə¬lə¬ri ilə rəhbərləri, dövlətləri və cəmiy¬yət¬lə¬ri təkfir etdilər. Belə halda ümmət tək¬fir fitnəsinin oduna, bundan nəti¬cə¬lə¬nən təhlükələrə və dağıdıcı aqibət¬lə¬rə düçar oldu.
Heç kəsin ağlına belə gəlməzdi ki, ək¬sər müsəlmanların həyatı bu fitnənin «gözəl xidməti» nəticəsində, əcaib ka¬bu¬sa və çıxış yeri olmayan bir cəhən¬nə¬mə çevriləcəkdir.
Doğrudan da bu fitnəkarlar üm¬mət üçün bir bəla olaraq qalmaqda¬dır¬lar. Çünki onlar, Şeyxul İslam İbn Teymiyyənin (Allah ona rəhmət etsin) bu sözləri ilə: «Heç kəs, hətta yahudi və xaçpərəstlər də onlar kimi müsəl¬man¬la¬ra qarşı belə şərr qüvvə olmamışdır. Çünki onlar özlərinə uyğun gəlməyən hər bir müsəlmanı qətlə yetirməkdə, müsəlmanların qanlarını, mallarını ha¬lal görməkdə, onların övladlarını qət¬lə yetirməkdə və onlara kafir de¬mək¬də çox fəal idilər. Onlar kəskin elm¬sizlikləri və azğın bidətləri ilə bu¬nu özlərinə din hesab edirdilər» – vəsf et¬diyi öz qardaşlarına bənzəyirlər.
Sələf və xələf alimləri, kiməsə kafir və ya mürtəd hökmü verərkən tələs¬mək¬dən çəkindirməklə, hakim və məh¬kum müsəlmanların namuslarının tap¬da¬lan¬mamasını, onların qanlarının na¬haq yerə axıdılmamasını nəzərə alır¬dı¬lar.
İbn Əbul İzz əl-Hənəfi (Allah ona rəhmət etsin) demişdir: «Həqiqətən ən böyük zülm, müəyyən bir insan barəsində: Allah onu bağışlamayacaq, rəhm et¬mə¬yəcək, onu əbədi cəhənnəmə vasil edə¬cək – sözlərini deməkdir. Çünki bu, kafirin ölümündən sonrakı hök¬mü¬dür».
İmam Əbu Abdullah Muhəm¬məd ibn Əli əl-Maziri əl-Maliki demiş¬dir: «Kim qiblə əhlindən bir nəfəri tək¬fir edər və təkfir etməyini halal gö¬rər¬sə, özü kafir olar. Əks halda (əgər halal görmürsə) fasiqdir. Belə insan barəsində şikayət təqdim olunan ha¬kim mütləq onu tərbiyələndirməli, onun kimilərə dərs olsun deyə cəza ver¬məlidir. Əgər hakimin imkanı ol¬du¬ğu halda, onu cəzalandırmamış bu¬ra¬xarsa günah qazanar».
Əbu Hamid əl-Qazali əş-Şafii de¬miş¬dir: «Hər kəsin bacardığı qədər uzaq durması gərəkən məsələ, "təkfir"dir. Həqiqətən qibləyə tərəf namaz qı¬lanların, açıq-aşkar "Lə iləhə illəllah, Muhəmmədən Rəsuləllah" kəl¬məsini deyənlərin qanlarını və mal¬larını halal görmək xətadır. Min nə¬fər kafiri həyatda saxlamaq işində səhv etmək, səhvən bir nəfər müsəl¬ma¬nın qanını axıtmaqdan daha yün¬gül işdir».
Təkfir fitnəsinin boğulması dində vacib sayılan bir əməl və ictimai zəru¬rət¬dir. Bu isə yalnız yolunu azmış tək¬fir¬çilərin şübhələrinin dəf edilməsi, onların dü¬şün¬cələrində və qəlblərində Quran, hə¬dis¬lər və alimlərin ifadələrini səhv başa düş¬məyə səbəb olanları silmək la¬zım¬dır.
Amma İslam şəriəti terrorun qarşı¬sı¬nın alınması üçün, terrorun əsasını təş¬kil edən təkfir məsələlərində ifrata var¬maqdan çəkindirməklə kifayətlən¬mə¬mişdir. Terrora aparan bütün səbəb¬lə¬ri, yolları haram etmişdir. Əgər şəriət, ki¬mi¬sə zarafatla qorxutmağı, üzərinə si¬lah çəkməyi və təsadüfən bədənə cı¬zıq xəsarəti yetirməyi haram edibsə, bəs haq¬sız yerə öldürməyi necə?!
Bir dəfə səhabələr (Allah onlardan razı olsun) Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yol gedirdilər. Onlardan biri yat¬mışdı. Bəziləri gedib onun yayını gö¬tür¬dülər. Yatan kimsə oyandıqda tə¬la¬şa düşdü. Bu zaman kənardakılar ona ba¬xıb güldülər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Siz nəyə gülürsünüz?» Onlar dedilər: "Biz sa¬də¬cə olaraq bu adamın yayını götür¬müş¬dük. O isə oyananda təlaşa düşdü". Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Bir müsəlmanın digərini qor¬xutması ona halal deyil!» Əhməd və Əbu Davud rəvayət etmişdir.
İmam Şovkani (Allah ona rəhmət etsin) demişdir: "Hədisə əsasən, hətta zahirən za¬rafat kimi görsənsə də, bunula mü¬səl¬manı qorxutmaq olmaz".
Buxari və Müslimin rəvayət etdik¬lə¬ri hədisdə Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini xatırladır: «Biriniz digər qardaşına silahla işarə etməsin. Heç kəs bilmir, bəlkə də şey¬tan onun əlindən xəta çıxarar və bu¬nun¬la da cəhənnəmin bir quyusuna dü¬çar olar».
İbn Həcər (Allah ona rəhmət etsin) demiş¬dir: Təhlükənin baş verməsi müt¬ləq ol¬ma¬sa da, hədisdə təhlükəyə zarafatla və ya ciddi şəkildə səbəb ola biləcək hal qa¬da¬ğan olunur.
Müslimin "Səhih" əsərində Əbu Hureyrənin (Allah ondan razı olsun) rəvayətində deyilir ki, Əbul Qasim (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: «Kim (din) qardaşının, hətta ata və anadan bir olan qardaşının üzərinə bir dəmir par¬çası ilə gələrsə, onu əlindən salana qədər mələklər ona lənət oxuyarlar».
Buxari və Müslimin (Allah onlara rəhmət etsin) rəvayətində Cabirdən rəvayət olu¬nur ki, «bir kişi oxların ucu görsənən halda məscidə gəlmişdi. Başqa müsəl¬ma¬nın bədənini cızmasın deyə, ona ox¬ların ucundan tutmaq əmr olundu».
Əgər zarafat məqsədi ilə qor¬xut¬maq, yaxud başqasının bədənini səhvən cız¬maq olmazsa, bəs günahsız insan¬la¬rın qanını haqsız yerə axıtmaq necə, olar...?! İslam şəriətinin terrorçulara qar¬şı sərt mövqe tutması heç də qəribə deyildir. Ələlxüsus onlar rəhbərlərə qar¬şı üsyan qaldırmaqla, əhdi və beyəti pozmaqla, xəyanət etməklə, müsəl¬man¬la¬rı, əhd bağlayan və əminamanlıq ve¬ril¬miş kafirləri öldürməklə, İslamın si¬ma¬sını pis şəkildə qələmə vermək və in¬sanları bu dindən yayındırmaqla bu ki¬mi digər böyük səhvlərə, cinayətlərə yol veriblər. Belə olan halda şəriətin bu işlər barədə mövqeyinə, İslamımızın bu terrorçulara vəd etdiyi ilahi cəzalara nə¬zər salmaq heç də pis olmazdı. Bəlkə bu¬nunla da onlar öz çirkin əməl¬lə¬rin¬dən əl çəkər, səhvlərini başa düşərlər. Qoy onlardan həlak olacaq kimsə hə¬qi¬qət ona çatandan sonra həlak olsun. Qoy dinimizi terrorçuluqda və vəh¬şi¬lik¬də ittiham edən xəstə qəlbli insanlar ağız¬larını yumsunlar.

TERRORÇU, MÜSƏLMANLARDAN SAYILMIR
İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim bi¬zə qarşı silah qaldırarsa bizdən de¬yil¬dir» Buxari və Müslim rəvayət et¬miş¬dir.
İbn Məsud (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Müsəl¬ma¬nı söymək fasiqlik, qətlə yetirmək isə küfrdür» Buxari və Müslim rəvayət etmişdir.
Haris əl-Əşari (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim ca¬ma¬atdan bir qarışlıq üz döndərərsə, geri qayıdana qədər boynundan İslam bağını açmış sayılır». Tirmizi rəvayət etmişdir.
Xəttabi (Allah ona rəhmət etsin) adlı alim demişdir: "Hədisdə deyilən bağ, hey¬van qaçmasın deyə onun boynuna bağ¬la¬nan çatı və ya kəndir mənasındadır. Yə¬ni, kim camaat üzərində başçılıq edən rəhbərin itaətindən çıxar, yaxud ha¬mının məqbul saydığı bir işdə on¬lar¬dan üz çevirərsə artıq zəlalətə düşmüş və həlaka düçar olmuşdur. Belə halda onun timsalı, boynunda çatısı olmayan hey¬van kimidir. Çünki belə heyvan itmə, yaxud həlak olma təh¬lü¬kə¬sin¬də¬dir.

TERRORÇU, BÖYÜK GÜNAHLARDAN BİRİNƏ SAHİBDİR

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Yeddi həlak¬edici böyük günahlardan qoru¬nun!»
Orada olanlar dedilər: Ey Allahın elçisi, həmin günahlar hansılardır?
O dedi: «Allaha şərik qoşmaq, sehr etmək, Allahın qətlini haram etdiyi kimsəni haqsız yerə öldürmək, yeti¬¬min malını mənimsəmək, sələm ye¬mək, döyüş günü meydandan qaç¬maq, zinadan bixəbər, namuslu və mö¬min qadınları zinada ittiham etmək» Buxari və Müslim rəvayət etmişdir.
TERRORÇU, ÇIXIŞI OLMAYAN BİR TƏLƏYƏ DÜŞMÜŞDÜR

İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Mömin kimsə haram qan axıdana qədər öz di¬ni¬ni rahat yaşa bilər». Daha sonra İbn Ömər deyir: «İnsanın özünü dolaş¬dır¬dı¬ğı çıxışsız tələ, icazə olmadan haram qan axıtmaqdır» Buxari rəvayət etmiş¬dir.
Hədisin ərəbcəsində deyilən "Fi Fushətin" sözləri, rahatlıqda və köksü açıq halda olmaq mənasındadır. Əgər o haqsız yerə kimisə qətlə yetirərsə, bundan sonra qəlbi sıxılar, yeri daralar. Çünki uca Allah belə əməl sahibinə başqasına vəd etmədiyini vəd etmişdir. Yəni, haqsız yerə günahsız adamı qəsdən öldürməyə görə vəd olunan əzab səbəbi ilə dinində sıxıntı yaşa¬ya¬caq¬dır. İbn Ömərin sözündə işlədilən "tələ" sözü, həlak olmaq, qurtulması çətin olan iş mənasındadır.

ALLAH QATINDA, TERRORÇUNUN ETDİYİNDƏNSƏ, DÜNYANIN MƏHV OLMASI DAHA YÜNGÜLDÜR
Nəsai adlı alim, Bureydədən (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: «Allah üçün, dünyanın yox olması, bir nəfər müsəlmanın qətlə yeti¬ril¬məsindən daha yüngüldür».

TERRORÇUNUN ETDİYİ, KƏBƏNİN HAQQININ TAPDALANMASINDAN PİSDİR
İbn Macə, Abdullah ibn Amrın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: «Mən gördüm ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Kəbəni təvaf edir və deyir: Sən və sənin ətirin necə də gözəldir. Sən və sənin toxu¬nul¬ma¬maz¬lığın necə də əzəmətlidir. Muhəm¬mə¬din nəfsi əlində olana and olsun ki, Allah qatında möminin toxu¬nulma¬maz¬lığı, səninkindən çoxdur. Mömi¬nin malı, qanı toxunulmazdır və onun ba¬rəsində yalnız yaxşı zəndə olmaq lazımdır».


TERRORÇUYA, ALLAHIN, MƏLƏKLƏRİN VƏ BÜTÜN İNSANLARIN LƏNƏTİ VARDIR

Əli (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Müsəlmanların əhd-amanları birdir. Hətta aşağı səviy¬yə¬li müsəlmanın əhd-amanı qorunur. Kim bir müsəlmanın əhd-amanını po¬zar¬sa ona Allahın, mələklərin və bü¬tün insanların lənəti olsun. Belə in¬sa¬nın nə vacib, nə də könüllü əməlləri qə¬bul olunmaz» Buraxi və Müslim rə¬va¬yət etmişdir.
Hədisin mənasına görə müsəl¬man¬ların kafirə aman vermələri məq¬bul¬dur. Əgər hər-hansı müsəlman on¬la¬ra aman versə, onun amanında olduğu müd¬dətdə başqa birinin bu amana xə¬ya¬nət etməsi haramdır. Qeyri müsəl¬ma¬na aman vermək, onların əmin¬aman¬lıq¬da olmaları və rahat yaşamalarını təmin et¬məkdir. Belə olan halda onların qətlə yetirilməsi, namuslarına toxunulması və mallarının alınması haramdır.

TERRORÇU, QİYAMƏT GÜNÜ XƏYANƏT BAYRAĞINI DAŞIYACAQ

İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Qiya¬mət günü xəyanətkar üçün bir bayraq sancılacaq və deyiləcəkdir: bu filankəs oğlu filankəsin xəyanətinin nişa¬nə¬si¬dir» Buxari və Müslim rəvayət et¬miş¬dir.
Hədisdə deyilən bayraq, əlamət və ni¬şanə mənasını verir. Yəni, qiyamət gü¬nü xəyanətkar müəyyən əlamətlə se¬çi¬lə¬cəkdir.
Amr ibn əl-Hamiq (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşit¬dim: «Kim bir nəfərin öldürülməməsi üçün ona aman verər və sonra onu öl¬dü¬rərsə, həmin adam qiyamət günü xə¬yanət bayrağını daşıyacaqdır» Əh¬məd və İbn Macə rəvayət etmişdir. Tər¬ti¬bat İbn Macəyə məxsusdur.
İbn Teymiyyə (Allah ona rəhmət etsin) "Əs-Sarim əl-Məslul" adlı kitabında (1/ 91) deyir: "Məlum olduğu kimi, kim bir kafi¬rə aman verdiyini bildirərsə hə¬min kafiri kafir olduğuna görə öl¬dür¬mək olmaz. Hətta, əgər düşmən kə¬sil¬miş kafir aparılan danışıqdan mü¬səl¬ma¬nın ona aman verməsini düşünərsə, ona əminamanlıq verilməlidir".
"Minhacus Sünnə" adlı kitabında (6/ 425) qeyri müsəlmanların arasında yaşayan müsəlmanın onlarla əlaqəsinin hansı formada olması məsələsinə ay¬dın¬lıq gətirmiş və demişdir: "Müsəlma¬nın qəlbində olan iman, kafirlərin dini ilə razı olmadan onlarla doğru, əma¬nətə sadiq, nəsihətçi və xeyirxah in¬san kimi yaşamasını tələb edir. Allahın sədaqətli peyğəmbəri Yusif (Ona Allahın salamı olsun) kafir olan Misir əhalisi ilə belə davranırdı".


TERRORÇU BAĞIŞLANACAQMI?

Müaviyə (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Allah hər bir günahı bağışlayar. Yal¬nız müşrik kimi öləndən, yaxud başqa mö¬mini qəsdən qətlə yetirən mömin¬dən başqa» Əbu Davud və Hakim rə¬va¬yət etmişdir.
Sindi adlı alim demişdir: "Hədisdə san¬ki deyilir ki, hər bir günahın ilkin andan bağışlanmasına ümid vardır. Yal¬nız möminin qətlə yetirilməsindən qaza¬nılan günahın bağışlanmasına belə ümid yoxdur. Belə günah, əzab görül¬mə¬miş bağışlanan deyil. (Dindən çıxaran böyük) Küfr isə əsla bağışlanan deyil¬dir... Həmçinin bu halı tövbə etmədən ölənlərə aid etmək lazımdır. Çünki gü¬nah¬dan tövbə edən kimsə, sanki günah¬sız kimidir. Elə olacaqdır ki, hətta qatil ilə qətlə yetirilən birlikdə cənnətə daxil ola¬caqlar. Buna, kafir olarkən başqasını qətlə yetirib, sonradan özü də İslamı qəbul edən kimsəni misal çəkmək olar".

TERRORÇUNUN TÖVBƏSİ MƏQBULDURMU?

Bir nəfər İbn Abbasa (Allah ondan razı olsun) sual verdi və dedi: Ey İbn Abbas, qati¬lin tövbəsi qəbul olunarmı? İbn Abbas onun sualından təəccüblənərək dedi: Nə deyirsən? O, sualı yenidən tək¬rarladı. İbn Abbas isə yenə: Nə deyirsən? – deyə soruşdu. Bu iki və ya üç dəfə təkrarlandı. Sonra İbn Abbas dedi: Qatilin tövbəsi necə qəbul olsun? Mən Peyğəmbərinizin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Qətlə yetirilən kimsə bir əli ilə başını, digər əli ilə qatilini tu¬ta¬raq, damarlarından qan axa-axa gə¬lə¬cək və ön sıraya qədər irəliləyəcək. Son¬ra qətlə yetirilən kimsə Allaha de¬yə¬cəkdir: Ey Rəbbim, bu məni öl¬dü¬rüb. İzzət və Cəlal sahibi Allah, qatilə deyə¬cəkdir: Sən xəsarət çəkənlər¬dən¬sən. Sonra isə onu atəşə atacaqlar» Tirmizi və Təbərani rəvayət etmişdir.

TERRORÇU, CAHİLİYYƏT ÖLÜMÜ İLƏ ÖLÜR
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim itaətdən çıxıb, camaatdan ayrılarsa cahi¬liyyət ölümü ilə ölər. Kim başçısı bilinməyən bir bayraq altında dö¬yü¬şər, öz nəfsinə görə qəzəblənər, yaxud ona dəvət edər və ya onun müda¬fi¬əsin¬də dayanarsa onun ölümü cahi¬liy¬yət ölümü kimi olar. Kim ümmətimə qar¬şı çıxıb onların yaxşısını və günah¬ka¬rını (fərq qoymadan) öldürərsə, mö¬min¬lərə görə ehtiyat etməzsə, əhd bağ¬la¬yanın əhdini qorumazsa, o məndən, mən isə ondan deyiləm» Müslim rəvayət etmişdir.

TERRORÇU, ALLAHIN QARŞISINDA OLARKƏN ONUN HEÇ BİR ÜZRÜ OLMAYACAQ!
Abdullah ibn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim itaətdən əlini üzərsə qiyamət günü Allahın hüzurunda onun heç bir üzrü olmaz. Kim boynunda beyət olmadan ölərsə onun ölümü cahiliyyət ölümü kimi olar» Müslim rəvayət etmişdir.

QİYAMƏT GÜNÜ TERRORÇU BİRİNCİ MÜHAKİMƏ OLUNACAQDIR!

İbn Məsud (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Qiya¬mət günü insanların ilk sorğu-sual olu¬nacaqları əməl, qan haqqı ola¬caq¬dır» Buxari və Müslim.

ALLAH, TERRORÇUNUN NƏ FƏRZ, NƏ DƏ NAFİLƏ İBADƏTLƏRİNİ QƏBUL ETMİR!

Ubadə ibn Əs-Samit (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim bir mömini öldürər və özünün bu qətldə dögru iş tutduğunu düşü¬nər¬sə Allah ondan nə fərz, nə də nafilə ibadət qəbul etməz» Əbu Davud rəva¬yət etmişdir.

TERRORÇUNUN TERRORU, ONUN CƏNNƏTƏ DAXİL OLMASINA MANE OLACAQ!

Cundub ibn Abdullah (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim özü ilə cənnət arasında bir maneə olmamasına çalışırsa, sanki bir toyuq kəsirmiş kimi (günahsız insanı öldürüb) əlini bir ovuc qana bulamasın. O hər dəfə cənnətin qapısına yaxınlaşdıqca, bu qan onun cənnətə daxil olmasına mane olacaqdır. Həmçinin kim bacarsa qarnına yaxşı qidadan başqa bir şey aparmasın. Həqiqətən insanın birinci iylənən bədən hissəsi, onun qarnıdır» Təbərani və Beyhəqi rəvayət etmişdir.

TERRORÇU, CƏNNƏTİN İYİNİ DUYAN DEYİL!

Abdullah ibn Amr (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: «Kim əhd bağlayan kafiri öldürərsə cən¬nətin iyini duymaz. Halbuki cən¬nə¬tin iyi qırx illik məsafədən hiss olu¬nur» Buxari rəvayət etmişdir və tərtibat ona məxsusdur. Nəsainin rəvayətində isə deyilir: «Kim zimmilərdən bir nə¬fə¬ri öldürərsə...».

ALLAH, TERRORÇUNU CƏHƏNNƏMƏ ATACAQDIR!

Əbu Səid və Əbu Hureyrə (Allah onlardan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rə¬va¬yət edirlər: «Əgər göy və yer əhli bir nə¬fər möminin qətlində əlbir olsalar, Allah onların hamısını cəhənnəmə salar» Tirmizi rəvayət etmişdir.

TERRORÇU ÜÇÜN CƏHƏNNƏMDƏ ŞİDDƏTLİ ƏZAB VARDIR!

Əbu Səid (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Cəhən¬nəm¬dən bir neçə dəvə çıxıb danışacaq və deyəcəkdir: bu gün mənə üç nəfər tapşırılıb. Onlar: hər bir təkəbbürlü, başqa ilahı Allaha şərik qoşanlar və başqasını haqsız yerə qətlə yetirənlərdir. Sonra dəvə onların üzərinə atılacaq və onları cəhənnəmin dərinliklərinə tullayacaqdır» Əhməd və Təbərani rəvayət etmişdir.

İNTİHAR EDİB TERROR TÖRƏDƏNƏ CƏNNƏT HARAMDIR!

Cundub (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə rəvayət edir: «Sizdən əv¬vəl¬ki ümmətlərdə bir nəfər kişi yara¬lan¬mışdı. Ağrıya dözməyib bir bıçaq gö¬türdü və əlini kəsdi. Qan axıb da¬yan¬madığı üçün öldü. Uca Allah isə buyurdu: Bəndəm öz nəfsini mənə tez təslim etdi, Mən isə cənnəti ona haram etdim» Buxari və Müslim rəvayət etmişdir.


İNTİHAR EDİB TERROR TÖRƏDƏN KİMSƏ, CƏHƏNNƏMDƏ DİYİRLƏNƏCƏKDİR!

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim özü¬nü dağdan atıb intihar edərsə o, əbə¬di olaraq cəhənnəm odunda diyir¬lə¬nəcəkdir. Kim zəhər içib özünü qətlə yeti¬rərsə, zəhər əlində ola-ola əbədi ola¬raq cəhənnəmdə onu içəcəkdir. Kim özünü dəmir parçası ilə öldü¬rər¬sə, cəhənnəm odunda əbədi qalaraq əlin¬dəki dəmir parçası ilə qarnına batıracaqdır» Buxari və Müslim.
Digər hədisdə isə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: «Kim özünü asar¬sa, cəhənnəmdə də özünü asar, kim də özünü yaralayıb öldürərsə, cə¬hən¬nəmdə də özünü yaralayar» Buxari rə¬vayət etmişdir.



Deyilən bu şiddətli əzab vədi: nahaq qan axıdan, insanları öldürən, evləri dağıdan, diyarları xaraba qoyan, öz nəfsini partladıb intihar edən, bir çox cəmiyyətlərdə bəlalara, fitnələrə və çəkişmələrə səbəb olan, başqalarını İslamdan ürküdən, Rəhmanın mərhəmət yolunu kəsən terrorçulara aiddir.
Yalnız tövbə edib, iman gətirən və yaxşı işlər görənlər istisna oluna bilərlər!!!


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 320 Bölmə: Maraqlı melumatlar