beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DİNİN NƏDİR?!

Din
Din kəlməsinin bir neçə mənası var. Ümumi mənada din müqəddəsliyinə və böyüklüyünə/ucalığına inanılan bir güc qarşısında boyun əymək, o gücün varlığını tanımaq və o gücün əmrlərinə tabe olmaq deməkdir.
Varlığına və böyüklüyünə inanılan güc Allah olduğu kimi, insanların inanclarına görə bü güc günəş, ay, ulduz, canlı və ya cansız bütlər, tarixdə ad-san qoyub getmiş bəzi insanlar və s. olur. Qısacası hər kəsin inancına görə üstün hesab etdiyi varlıq onun dinidir. Əgər Allahı ən uca varlıq qəbul edib Onun əmrlətinə tabe olursunuzsa sizin dininiz Allahın dinidir. Əgər uca Allahı deyil başqalarını ən uca varlıq qəbul edir, onların əmrlərinə tabe olursunuzsa deməli o zaman siz onların dinindəsiniz. Din insanın varlığı ilə başlamış və insanın varlığının bitməsi ilə də sona çatacaq. Deməli insanlar heç bir zaman dinsiz yaşamamış, yaşamayacaqlar da. Xalq arasında istifadə olunan “dinsiz” kəlməsi özü də başqa bir dinin adıdır. O kəlmə daha çox İslam dinində olmayanlar üçün istifadə edilir. Lakin bununla belə heç bir insan dinsiz deyil. Ən primitiv toplumlardan ən modern toplumlara qədər bütün toplumlada din var və qiyamətə qədər də davam edəcək. Bu da dinin insanlar üçün nə qədər önəmli olduğunu sübut edir.

Yuxarıda da söylədiyimiz kimi “dinsiz” insan yoxdur. Çünki dinin əsas mənası “yol”dur. Yəni insanın təqib etdiyi, arxasınca düşüb getdiyi düşüncə, fikir və qanunlar onun dinidir. Dinin bir başqa bir mənası “şəriət” (qanun), bir digər mənası da inanc sistemi və ya bir inancın qanunlarıdır. Buna görə də heç kəs inancsız, fikirsiz, qayda-qanunsuz yaşamadığı kimi dinsiz də yaşamır. Deməli din deyəkən alımıza sadəcə İslam dini gəlməməli, bütün digər dinlər, batil inanclar da gəlməlidir.
Doğrudur batil dinə uyan insanları ağıllı insan olaraq qəbul etmək mümkün deyil. Çünki istinad etdikləri, güvəndikləri, yardım istədikləri güc onlar kimi fanidir. İnsanların özləri kimi və ya özlərindən aşağı varlıqlara tapınmalarını məntiqi olaraq qəbul etmək mümkün deyil. Çünki ən güclü insanlar belə bir çox hadisələr qaşısında (xəstəlik, fəlakət, ölüm, qorxu...) çarəsiz qalmış, nəticədə istər-istəməz ilahi yardıma ehtiyaclarını dilə gətirmişlər. Quranın bizə verdiyi mesajlardan da anlayırıq ki, Məkkəli müşriklər təhlükə anında bütlərini unudub Allaha yönəlirdilər.

İslam
Haqq din, uca Allah tərəfindən göndərilən elçilər vasitəsi ilə insanlara təbliğ edilən, onlara dünya və axirətdə səadətin yolunu göstərən ilahi bir sistemdir. Bu ilahi sistemin başqa adı ŞƏRİƏTdir. O da Allahın dini, Allahın yolu deməkdir.
İslam dini, Hz. Adəmdən nəbilərin sonuncusu olan Hz. Muhəmmədə qədər bütün nəbi və rəsulların dinidir. Heç bir peyğəmbər İslamdan başqa bir din ilə mükəlləf tutulmamışdır. Çünki Allahın İslamdan başqa qəbul edib, razı qaldığı başqa heç bir din yoxdur. Bu Hz. Adəm üçün də bir qanundur, Rəsulullah üçün də. Allahın qatında din sadəcə İslamdır. Qurani Kərim bəzi nəbilərdən örnəklər verərək bu iddiamızı təsdiq edir.

“Müsəlmanlardan olmaqla əmr olundum” (Yunus, 72)

Hz. İbrahim və Hz. İsmailin dilindən belə nəql olunur:
“Ey Rəbbimiz bizi müsəlmanlardan qıl” (Bəqərə, 168; Ənam, 163)

Hz. İsa və həvarilərinin dilindən də belə nəql olunur:
“Allaha iman etdik və sən şahid ol ki, biz həqiqətən müsəlmanlardanıq” (Ali-İmran, 52; Maidə 111)

Bu ayələrin sayını kifayət qədər artırmaq olar. Bu ayələrdən də gördük ki, bütün peyğəmbərlər və onlara tabe olanlar müsəlman və İslam dini üzrə olduqları halda Hz. Musanın Yəhudilərin, Hz. İsanın da Xristianların peyəmbəri olduğunu sübt etməyə çalışanların nə etmək istədikıləri anlaşılmır. Bir çox İslam qaynaqlarında və bəzi müsəlmanların düşüncələrində Xristianlıq və Yəhudilik haqq din olaraq bilinir. Onlara bir sual vermək lazımdır: Bu iki din nə zaman Allah tərəfindən göndərildi? Xristianlıq və Yəhudlik Hz. İsa və Hz. Musanın zamanında vardırmı? Əlbəttə yox idi. O halda Yəhudi və Xristianların öz əlləri ilə dəyişdirdikləri dini (islamı) bəzi peyğəmbərlərə istinad etmələri nə qədər doğrudur? Yəni onların “Biz Hz. Musa və ya Hz. İsanın yolundayıq” demələri həqiqətən onları o yola gətirəcəkmi? Xeyir, əsla... Onların dini ayrı, Hz İsa və Hz.Musanın dini ayrıdır. Onların dini şirk və batil, Hz. Musa və Hz.İsanın dini isə Haqq və İslam idi.
O halda bəzi qaynaqlarda ilahi dinlərin Yəhudilik, Xristianlıq və Müsəlmanlıq şəkilində təsnif edilməsi çox yanlışdır. Çünki hər bir ağıllı insan bilir ki, Rəbbimiz İslamdan başqa bir din göndərməmişdir. Və İslamdan başqa heç bir dini də qəbul etməyəcək. Onların özlərini Hz. Musaya və Hz.İsaya nisbət etmələri onları heç bir zaman müsəlman qılmaz. Bu peyğəmbərlər yer üzünə yenidən göndərilməli olsalar onlarla bərabər deyil, müsəlmanlarla bərabər olacaqlar.

Haqq ölçüsü olaraq dinləri təsnif etmək gərəkdirsə dinlərin haqq (İslam) və batil (bəşəri) olmaq üzrə ikiyə ayrıldığını görürük. Haqq din ilahi dindir. Qaynağı tamamən ilahidir. Qayda və qanunlarını Allah qoymuşdur. Ümumi adı isə İslamdır. Batil din isə, haqq olmayan, ilahi olmayan, qanun və qaydalarının əsası insan tərəfindən qoyulmuşdur, yəni bəşəridir. Dünən qoyduqları qanunlar bu gün dəyişdirilmiş, bu gün qoyulan qanunlar da sabah dəyişdiriləcəkdir. Çünki insan nə qədər bilikli və zəki olursa olsun Allah qədər alim, kamil və mükəmməl deyildir. Zaman və məkana görə qanunlar öz funksiyalarını və vacibliklərini itirirlər. Lakin Allahın qanunları əsla dəyişdirilməz. Onu da qeyd edək ki, bəzən insanlar qoyduqları qanunlar İslamın əsaslarına bənzəyə bilər, bəzi halda isə tamaməm İslamdan götürülmüş ola bilər. Lakin bunun heç bir önəmi yoxdur. Önəmli olan Allaha inanaraq, Onun ucalığını və hakimiyyətini qəbul edərək Ona güvənmək və sadəcə Ona qulluq etməkdir.
Yuxarıda da qeyd etdiyimiz kimi bütün peyğəmbərlərin məsul olduqları din İslam dinidir. Bu gün Musəvilik və İsəvilik deyə bilinən dinlər İslam dinin təhrif edilmiş şəklidir. Başqa sözlə desək ilahi mahiyyətini (önəmini) itirmiş, tamaməm bəşəri dinlərə çevriliblər.

İman
İman kəlməsinin klassik tərifi “İslam dinini qəlbən təsdiq, dil ilə iqrar”dır. Bu tərif doğru olsa da tam deyil. İman hər şeydən öncə qəbul etməyə çalışdığımız şeyə etimad etmək, doğruluğuna güvənmək, qane olmaq və onun haqqında əmin olmaqdır. Zatən iman, əmin qılan və əmniyyətə aparan şey deməkdir. İman etdiyimiz varlıq uca Allahdırsa hər şeydən əvvəl Ona güvənməliyik. Ona güvəndikdən sonra, Onun bildirdiklərinə (vəhy) də güvənib etimad etməliyik. İman etdiyimiz Allahın əmr və qadağalarına da iman etməliyik. Yəni bu əmr və qadağaların ən güvənilən və ən çox etimada layiq olduğunu da qəbul etməliyik. Bir insanın “Mən bütün əmr və qadağaları qəbul edirəm” deməsi və sonra da onları qəbul etməmiş kimi davranması, yəni əksini etməsi bir təzad deyilmi? İnsan həm onlara güvənəcək, etimad edəcək, doğrudur deyəcək, həm də əksini edəcək.... Bu davranış ağıllı və iradəsinə sahib olan insanların işi deyil. İnanıram deyən hər ağıllı insan, inanıb güvəndiyi əməlləri yerinə yetirməyə çalışar. İnancı ilə əməli arasında bir təzad olmaz.

Bir az əvvəl dindən danışdıq. İnsanların həyatlarını nizamlayan və onlara əbədi səadət yollarını göstərən ilahi bir qaynaq olduğunu söylədik. Bu ilahi qaynağın var ola bilməsi, yaşaması üçün iman vacibdir. İman insanlara şəxsiyyət qazandırır. Çünki iman edən insan vəhiylə tərbiyə olunur. Allahın sözü ilə, Onun qanunları ilə tərbiyə alan insandan daha tərbiyəli və daha şəxsiyyətli kim ola bilər?

Onu da qeyd edək ki, insanların öz-özlərini müsəlman və imanlı hesab etmələrinin heç bir mənası yoxdur. Önəmli olan Allahın söylədiyi şəkildə müsəlman və mömin olmaqdır. Hz. İbrahimin hənif dinini təhrif edib şirk qoşan müşriklər kimi, Hz. Musa və Hz. İsanın dinlərini təhrif edib özlərini Musəvi və İsəvi olaraq təqdim edən Yəhudu və Xristianlar kimi, Hz. Muhəmmədin gətirdiyi dinlə uzaqdan-yaxından heç bir əlaqəsi qalmamış insanların özlərini Hz. Muhəmməd (sas) nisbət etmələrinin də heç bir mənası yoxdur.
Buna görə ya inananlar kimi iman edib müsəlman olacaqsınız, ya da...
Yəni düşünün... Həm Allahı qəbul edib, iman etdiyinizi söyləyəcəksiniz, həm də Ona şirk qoşacaqsınız...
Həm “mən müsəlmanam” deyəcəksiniz, həm də şəriətə düşmənəm deyəcəksiniz...
Həm iman etdim deyəcəksiniz, həm də küfürlə imanı bir yerdə tutmağa çalışacaqsınız. Bir yandan Həccə gedəcəksiniz, bir yandan da günaha yönələcəksiniz. Bir yandan namaz qılacaqsınız, bir yandan da içki və faizə davam edəcəksiniz. Bir yandan Rəsulullaha tabe olacaqsınız, digər yandan da başqalarını örnək alıb, onlara bənzəməyə çalışacaqsınız. Əgər belə bir düşüncə və inanca sahibsinizsə diqqətli olun: kafir ola bilərsiniz, amma müsəlman əsla...

Tarixdən də bilirik ki, müşriklər Allaha inanır və bəzi ibadətləri icra edirdilər. Buna rəğmən müşrik olmaqdan xilas ola bilmədilər.


Tarix: 05.01.2013 / 16:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 867 Bölmə: Maraqlı melumatlar