beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Odunda Allah yazısı.

Türkiyənin Yozqat şəhərində ağac kötüyünün içində Allah sözünün yazılması görənləri heyrətə gətirib. Kötüyün içində yazılan sözü Haşim Tayfər adlı Aşağısarıqaya kəndinin sakini müəyyənləşdirib. Tayfər bildirib ki, o, yazıya yandırmaq üçün odun doğrayarkən rast gəlib. Onun sözlərinə görə, yazını ilk dəfə görəndə onun Allah sözü olduğundan əmin olmayıb və bunu müəyyənləşdirmək üçün kötük parçasını kəndin din xadiminə göstərib. Din xadimi isə yazını görən kimi onun Allah sözü olduğunu təsdiqləyib və onu qoruyub saxlamağı məsləhət görüb.

Tayfər qeyd edib ki, o, bu kötük parçasını xüsusi günlərdə məscidə gətirir və Allahın möcüzəsi kimi onu nümayiş etdirir. Kötük parçasını evinin ən gözəl yerində saxlayan Tayfərin sözlərinə görə, bu yazını oxumaq üçün onun evinə hər gün onlarla insan gəlir.


Tarix: 08.06.2013 / 13:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 203 Bölmə: Maraqlı melumatlar