beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayət-əl kürsinin

Ayət-əl kürsinin fəziləti çoxdur. Bir neçə hədisi şərifdə belə deyilir:

Ayət-əl kürsi ayələrin seyididir. Bir yerdə oxununca şeytan orada qala bilməyib mütləq qaçar. [Hakim]

Ayət-əl kürsi Qurani Kərimin dörddə biridir. [Əbu-ş-şeyx]

Evində Fatihə və Ayət-əl kürsi oxuyana, o gün üçün şeytan zərər verə bilməz. Nəzər dəyməz. [Deylemi]

Yatarkən Ayət-əl kürsi oxuyana şeytan yaxınlaşa bilməz. [Şevahid-ün-nübüvve]

Kim hər gecə yatarkən Ayət-əl kürsünü oxuyarsa, öz ailəsini, qonşularını, qonşularının qonşularını sabaha qədər gələn zərərdən qorumuş olur.

Hər fərz namazından sonra Ayət-əl kürsini oxuyanın Cənnətə girməsi üçün heç bir maneə yoxdur. [İbni Hibban, Beyheki Taberani]

Evindən çıxarkən Ayət-əl kürsi oxuyana yetmiş mələk evinə dönənə qədər dua və istiğfar edər. Yola çıxınca da Ayət-əl kürsi oxumaq qəzanın-bəlanın qarşısını alar.

Ayət-əl kürsini ixlas ilə oxuyanın fərz borclarından başqa bütün günahları əfv olar. Yəni tövbələri qəbul olar.

Həzrəti Əli qəbir əzabından xilas olmaq üçün Ayət-əl-kürsini çox oxumağı buyurur.

Namazdan sonra Ayət-əl kürsini oxuyana hər hərfi üçün 40 savab verilər.

Bir adam namazdan sonra dərhal bir dəfə Ayət-əl kürsini oxusa, o ayə Ərşi alaya qədər gedər və orada dayanmadan hərəkət edərək "Ya Rəbbi, məni oxuyan qulunu bağışla!" deyər. Haqq təala məkandan və cəhətdən münəzzəh olaraq "Ey mələklərim, şahid olun, namazdan sonra Ayət-əl kürsini oxuyan qulumun günahlarını bağışladım" buyurar.

Fərz namazı bitirdikdən sonra bir dəfə Ayət-əl-kürsini oxuyub, 33 dəfə Sübhanallah, 33 dəfə Əlhəmdülillah, 33 dəfə Allahu Əkbər, bir dəfə də La ilahə illallahü vahdəhü la şərikə ləh ləhülmülkü və ləhül həmdi və hüvə ala küllü şeyin kadir deyənin günahlarını Allah bağışlayar.

Bu isə Bəqərə surəsindəki 255-ci ayədəki Ayət-əl kürsü:

Allahü lâ ilâhə illâ hüvəl hayyül kayyûm. Lâ tə’huzühû sinətün və lâ nəvm. Ləhû mâ fis-səmâvâti vəmâ fil ard. Mənzəlləzî yəşfəu indəhû illâ biiznihi. ya’ləmü mâ bəynə əydîhim vəmâ halfəhüm vəlâ yühîtûnə bişəy’in min ilmihî illâ bimâ şâə vəsia kürsiyyühüssəmâvâti vəl ard. Vəlâ yəûdühü hıfzuhumâ və hüvəl aliyyül azîm.

TƏRCÜMƏSİ:

Allahdan başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsünü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!


Tarix: 08.06.2013 / 13:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 195 Bölmə: Maraqlı melumatlar