beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAH (c.c) düşünən insanları çox sevər...

Bismillahir Rəhmanir Rəhim...Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

ALLAH (c.c) düşünən insanları çox sevər
Namuslu yaşamaq neçəyədir? Tərbiyəli olmaq neçəyədir? Şərəfli yaşamaq neçəyədir? Günahdan qorunmaq neçəyədir?
Bir də Cəhənnəmin Qiymət Tariflərinə baxaq:
Namussuzluq pulla, Qumar pulla, İçki pulla, Zina pulla, Şərəfsizlik pulla, Haramların hamısı pulla, Cəhənnəmə gedən bütün yollar pulla...
Bəziləri pulla Cəhənnəmi qucaqlayır da, pulsuz Cənnətə gəlmir.
Həm Cəhənnəmə girmək üçün yalnız pul da çatmır... Başqa bir qrup xüsusiyyətləriniz də olması lazım;
İnkarçı olacaqsan.
Qurani Kərimi bəyənməyəcəksən.
Dinin əmrlərinə qarşı gələcəksən.
Allahın əmrlərini yaşamağa dəyər görməyəcəksən.
Bu əsrdə Qurani Kərim bizi idarə edə bilməz, deyəcəksən.
İçki, qumar, zina, oğurluq, rusvetcilik günah deyil deyəcəksən.
Faiz alıb-verəcəksən.
Rüşvət alıb-verəcəksən.
Yalan, dedi-qodu, qeybət, böhtan, lağ ilə sarmaş-dolaş olacaqsan.
Haram-halal tanımayacaqsan.
İnsanları aldadacaqsan.
Namaz, oruc, zəkat kimi ibadətlərin səmtinə belə uğramayacaqsan.
Yetim malını mənimsəyəcəksən.
Əlinə keçən imkanları və fürsətləri israf edəcəksən
Qul haqqını mənimsəyəcəksən. Bu haqqla axirətə köçəcəksən.
Danışdığın zaman yalan danışacaqsan. Vəd etdiyin zaman yerinə yetirməyəcəksən. Sənə əmanət edilənə xəyanət edəcəksən.
Zövcənin, qızının, oğulunun dərbədər həyatına göz yumacaqsan.
Mənfəətin üçün müqəddəsatını və müqəddəslərini satacaqsan.
Özün və ailən üçün Müsəlman tərəfindən yaşanacaq bir mühit meydana gətirməyəcəksən.
Nəsilin pozulmasına zəmin hazırlayacaqsan. (özəlliklə bu maddə bir çoxumuzu maraqlandırır yəqin)


Tarix: 06.06.2013 / 19:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 86 Bölmə: Maraqlı melumatlar