beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gündəlik Namazla nələr qazanırıq?

Namazın bütün ibadətləri içinə alan bir ibadət olduğunu bilirsinizmi?
Mövzuyla əlaqədar bəzi texniki rəqəmlər vermək istəyirəm:
Namaz qılan bir mömin bir günlük namazında nəyi nə qədər zikr edir; heç fikirləşdinizmi? Gəlin ortalama bir rəqəm çıxaraq:
Namaz qılan bir mömin bir gündə ən az:

- 40 dəfə Bismillah çəkir.

- 40 dəfə Fatihə surəsini oxuyur.

- 80 dəfə Rəbbimizin ər-Rəhman adını söyləyir.

- 80 dəfə ər-Rəhm adını söyləyir.

- 213 dəfə Allahu Əkbər deyir.

- 120 dəfə Sübhanə Rabb'iyə'l-Azim, deyir.

- 240 dəfə Sübhane Rabbiyə'l-Ala, deyir.

- 15 dəfə Sübhanəkə duasını oxuyur.

- 40 dəfə Səmi Allahu limən hamidəh deyir.

- 40 dəfə Rabbəna və lək'l-hamd deyir.

- 40 dəfə Amin (Ya Rəbbi! Dualarımı qəbul buyur) deyir.

- 33 dəfə Əlavə Surə oxuyur.

- 21 dəfə Ettahiyyatunu oxuyaraq Peyğəmbərimizə (S.A.V) salam göndərir.

- 26 dəfə çiyinindəki mələklərə və yanlarındakı müsəlmanlara Salam verir.

- 13 dəfə Allahümmə entessalamu və Minkessalam Tebarəktə ya Zelcəlali vəl-ikram, deyir.

- 13 dəfə Rabbəna Atina, duasını oxuyur.

- 13 dəfə Rabbenağfirli, duasını oxuyur.

- 15 dəfə Allahümmə Salli salavatını oxuyur.

- 15 dəfə Allahümmə barik salavatını oxuyur.

- 15 dəfə Euzübillahiminəşşeytanirracim deyərək şeytanın şərindən Allaha sığınır.

Bu zikr etdiklərimiz yalnız namazın içində oxunanlardır. Namazdan əvvəl və sonra oxunanlar və tesbihatlar bu rəqəmlərin xaricindədir.
60 il yaşayıb amma qulluğunun lazım olanlarını yerinə yetirən bir möminin etdiklərini və söylədiklərini bu qədər il hesabıyla hesablayın baxaq, nə çıxacaq qarşınıza.
Bəs qulluq şüurundan uzaq, ibadətlərdən məhrum ömürünü zillətlə keçirmiş bədənini ibadətsizlik xəstəliyi zəbt etmiş olanlara nə deyəcəksiniz. Həqiqətən çox böyük itki içindədirlər elə deyilmi?


Tarix: 05.06.2013 / 21:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 88 Bölmə: Maraqlı melumatlar