beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ruhu öyrətmək mümkündür?

İnsanın bütün əxlaqı, şəxsiyyəti, özünə xas xüsusiyyətləri, xasiyyətləri, zövqləri və qabiliyyətləri ruhunda şəkillənir. Və əgər insan həqiqətən, ruh gücünü artırmaq istəsə (Allahın icazəsiylə), bu, onun öz əlindədir. Bu mövzuda insanın yolu gedə bildiyi qədər açıqdır. Qərarlı olsa, iradəsindən yaxşı istifadə edər və səbr göstərsə, iman və əxlaqı heç təxmin etmədiyi dərəcədə yüksək bir səviyyəyə çata bilər. Daha əvvəl heç bilmədiyi, heç yaşamadığı bir ruh gücü və ruh zənginliyi əldə edə bilər. Ancaq əlbəttə ki, bunun üçün əvvəlcə bu gerçəyə tam olaraq iman etməsi, bu mövzuda çox şövqlü və istəkli olması və bunu tətbiq etməkdə bir an olsun tərəddüd etmədən, ciddi bir iradə göstərməsi lazımdır. Bu qərarı verdikdən sonra insanın ruhunu dərinləşdirmək, əxlaqını gözəlləşdirmək, şəxsiyyətini inkişaf etdirmək üçün atması lazım olan müəyyən addımlar vardır.


Əvvəlcə insan öz-özünə müəyyən hədəflər seçməli və nə qədər çətinlik çəkirsə-çəksin, bunları tətbiq edə bildiyini, nəfsinə, ruhuna və bədəninə söz keçirə bildiyini öz-özünə göstərməlidir. Qərar verdiyi bir mövzunu həyata keçirmək üçün güzəştə getmədiyini, iradə göstərə bildiyini və imtina etmədiyini özünə isbat etməlidir. Bu mərhələdə təyin edəcəyi hədəflər müəyyən bir müddət rejim saxlamaq, nizamlı idman etmək, ya da 24 saat heç yorulmadan etdiyi bəzi fiziki fəaliyyətlər də ola bilər. Burada əhəmiyyətli olan insanın iradə göstərməyə, verdiyi bir qərarı tətbiq etməkdə çətinlik çəksə də, bundan imtina etməməyə alışmasıdır. Bədənini təhsilə və söz dinləməyə açıq hala gətirə bilməsidir.


Bu mərhələdən sonra isə bədənilə birlikdə ruhuna da söz keçirməyə başlamalıdır. Yenə özünə müxtəlif hədəflər təyin etməli, beynini bu hədəfləri tətbiq etməyə razı salmalıdır. Bunlar heç əsəbiləşməmək, gözəl səs tonu ilə danışmaq, canlı üslub mənimsəmək, əsaslı və aydın danışmağa çalışmaq kimi hədəflər ola bilər. İnsan ruhunu və beynini çox çevik və çalışqan bir səviyyədə tutmağa niyyət edə bilməlidir. Məsələn, sevinci ruhu ilə yasamağa, sevincin rəngini tutmağa, hər şeyə çox yaxşı niyyətlə və optimist bir gözlə baxmağa və bu dünyagörüşünü həyat tərzi halına gətirməyə qərar verə bilər. Ətrafındakı insanların rahatlığını və xoşbəxtliyini hədəfləməyə, özündən çox başqalarını düşünən bir ruh halında yaşamağa yönələ bilər. Və nəticə kimi ruhunu və bədənini bütün bu qərarları tətbiqə məcbur edə bilər.

İnsan Allahın icazəsi ilə diqqətli, iradəli və qərarlı bir çalışma ilə bir neçə gündə çox böyük nəticələr əldə edə bilər. Və hər nəticə əldə etdiyi zaman bir daha niyyət edərək, daha dərin bir ruh halına çatıb, daha dərin bir ruh gücü əldə edə bilər.


İnsanın ruhundakı hər dərinləşmə isə Allahı daha yaxşı tanıyıb təqdir edə bilməsinə, Rəbbimizi daha dərin bir eşq və sevgiylə sevə bilməsinə və daha dərin bir hörmətlə qorxub çəkinə bilməsinə vəsilə olacaq. Allahın yaratdıqlarındakı gözəllikləri, dərin mənaları, dərin işarələri daha aydın bir gözlə görüb, daha çox sevə bilməsini təmin edəcək.

İnsan, ayrıca, ruhunda meydana gələn müsbət dəyişikliklərdən ətrafındakı hər kəs kimi özü də çox zövq alacaq. Həyata, dünyaya, hadisələrə və insanlara daha çox rahat bir ruh halı ilə yaxınlaşmanın verdiyi rahatlıq və gözəlliyi yaşayacaq. Yaşadığı gözəl əxlaqdan ötrü Allah insanların ürəyində o adama qarşı bir sevgi, şəfqət, hörmət və istilik meydana gətirəcək.

Allah Onun razılığı üçün belə səmimi və qərarlı bir səy göstərən qullarını inşaAllah axirətdə də nemətlərin ən gözəli ilə mükafatlandıracaq.


Tarix: 04.06.2013 / 19:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 95 Bölmə: Maraqlı melumatlar