beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

And içmək barədə

ALLAHdan qeyrisinə and içmək barədə.

ALLAHdan qeyrisinə and içmək olmaz. Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ALLAHın ona salavat və salamı olsun) buyurmuşdur: "Uca ALLAH atanıza and içməyi qadağan edir. Kim and içirsə ya ALLAHa and içsin, ya da sussun”.

Çoxlu and içmək barədə.

Çoxlu and içən şəxs qəlbində ALLAHı lazımınca ucaltmır. Məhz buna görə çolxu and içmək bəyənilmir. Uca ALLAH buyurur: "Andlarınızı qoruyun!”.
Əbu Hureyrə (ALLAH ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ALLAHın ona salavat və salamı olsun) buyurmuşdur: "And içmək malı tez satılan edər, lakin bərəkətini aparar”. Salman əl-Farisi (ALLAH ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ALLAHın ona salavat və salamı olsun) buyurmuşdur: "ALLAH üç adamı (Qiyamət günü) nə danışdırar, nə də təmizə çıxarar və onları üzücü əzab gözləyir. Zinakar qoca, lovğa-lovğa danışan kasıb və ALLAHa and içmədən heç nə almamaqla və ALLAHa and içmədən heç nə satmamaqla ticarətini özünə ilah edən adam”.


Tarix: 04.06.2013 / 19:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 61 Bölmə: Maraqlı melumatlar