beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çətinlik mütləq gələcəkdir!

Allah taala öz Rəsuluna (sallAllahu aleyhi və səlləm) “Həqiqətən, biz Quranı sənə nazil etdik” (əl-İnsan, 23) buyurduqda gözlənilirdi ki, arxasınca Allah taala bu Quranın nazil olmasına görə Rəbbin nemətinə şükür edilməsini buyuracaqdı. Lakin, Uca Allah buyurdu: “Rəbbinin hökmünə səbir et!” (əl-İnsan, 24)

Bu ayə sübutdur ki, Qurani-Kərimin buyurduqlarını yerinə yetirən və onları bəyan edən hər bir kəs həqiqi səbrə ehtiyac duyulan çətinliklərlə qarşılaşacaq. [1]
Eləcə də Loğman surəsi 17-ci ayədə, Loğman öz oğluna bu cür nəsihət edir: “Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbr et. ”
Bu ayə dəlildir ki, namaz qılıb, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elədikdən sonra mütləq bir çətinlik gələcəkdir.
[1]- Şeyx Useymin, “Dəvət edənin azuqəsi” kitabı


Tarix: 08.05.2013 / 19:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 71 Bölmə: Maraqlı melumatlar