Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Camaat namazı və bu namaz mövzusunda qadınlarla bağlı hökmlər...

Camaat namazı
Hökmü:
Üzürlü hallar istisna olmaqla, camaat namazı fərdi şəkildə hər bir namazqılana vacibdir:
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Nəfsim əlində olana and olsun, istəyirəm bir nəfərə odun toplamağı, sonra azan verib camaatı namaza çağırmağı əmr edim. Sonra öz yerimə bir nəfəri imam təyin edib, gedib bəzi kişilərin evlərini yandırım. Nəfsim əlində olana and olsun, əgər onlardan bir namaza gəlməklə ətli sümük və ya yaxşı heyvan dırnağı əldə edəcəyini bilsəydi İşa namazını camaatla qılardı»[1].

Əbu Hureyrə deyir ki, bir nəfər kor kişi Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib: «Ey Allahın elçisi, məni məscidə gətirən bir kimsə yoxdur – deyib, namazı evində qılmaq üçün Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) rüsxət istədi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də ona icazə verdi. Kişi üzünü çevirib getmək istədikdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onu çağırıb: Sən azanı eşidirsənmi? – deyə soruşdu. Kişi: Bəli – deyə cavab verdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Onda çağırışa cavab ver»[2].
Abdullah deyir ki, kim sabah Allahın qarşısına müsəlman kimi çıxmaq istəyirsə, çağırılan bu beş vaxt namaza davamiyyətli olsun. Allah, Peyğəmbəriniz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) üçün hidayət yolu qoymuşdur. Camaat namazları da hidayət yolundandır. Əgər siz də namazları, müxalif çıxan bu adam kimi evinizdə qılsanız Peyğəmbərinizin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yolunu tərk etmiş olarsınız. Peyğəmbərinizin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yolunu tərk etdikdə isə yolunuzu azarsınız. Əgər kimsə öz evində gözəl şəkildə dəstəmaz alıb sonra bu məscidlərdən birinə üz tutarsa Allah, onun atdığı hər addıma savab yazar, dərəcəsini qaldırar və günahını bağışlar. Bizim vaxtımızda yalnız ikiüzlülüyü ilə tanınan münafiqlər camaat namazından yayınardılar. Hətta ayaq üstə dayana bilməyən kimsə namaza gələr və iki nəfərin arasına daxil olub onlara söykənərək səfdə dayanardı[3].
İbn Abbas, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim azanı eşidib, üzürü olmadan camaat namazına gəlməzsə onun namazı naqis olar»[4].

Fəziləti:
İbn Ömər Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Camaat namazı tək qılınan namazdan iyirmi yeddi dərəcə üstündür»[5].
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kişinin camaat ilə qıldığı namaz, evində və ya bazarda qıldığı namazdan iyirmi beş dəfə üstündür. Demək kimsə gözəl şəkildə dəstəmaz alar, sonra yalnız namaza getmək məqsədi ilə evindən çıxıb məscidə gedərsə, atdığı hər addımla bir dərəcə yüksələr, bir günahı bağışlanar. O namaz qıldığı müddətdə mələklər də onun üçün dua edər və deyərlər: Ey Allahım, ona xeyir-bərəkət ver və onu bağışla. Siz namazı gözlədiyiniz müddətdə namazda olmuş kimi sayılırsınız»[6].
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim məscidə gedib qayıdarsa Allah onun üçün cənnətdə ziyafət qurar. Hər dəfə gedib-gəldikdə bu təkrarlanar»[7].

Qadınlar camaat namazına getməlidirlərmi?
Qadınlar, şəhvət oyandıran və fitnəyə səbəb olan bər-bəzək və ətirlərdən istifadə etməmək şərti ilə, məscidə gedib camaat namazında iştirak edə bilərlər[8].
İbn Ömər Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Qadınlarınıza məscidə getməyi qadağan etməyin. Lakin evləri onlar üçün daha xeyirlidir»[9].
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Ətir vuran qadınlar bizimlə İşa namazını qılmasınlar»[10].
Digər hədisdə Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Allahın qadın bəndələrini, Allahın evlərinə getməyi qadağan etməyin. Qoyun getsinlər, amma ətirlənməsinlər»[11].

Evləri onlar üçün daha xeyirlidir:
Qadının məscidə getməsinə icazə var. Lakin namazını evində qılması daha yaxşıdır. Ummu Humeyd əs-Saidiyyə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlir və deyir: «Ey Allahın elçisi, mən səninlə namaz qılmağı xoşlayıram. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Bilirəm, sən mənimlə namaz qılmağı xoşlayırsan. Amma evində namaz qılmağın otağında namaz qılmağından daha xeyirlidir. Otağında namaz qılmağın isə həyətində namaz qılmağından daha xeyirlidir. Həyətində namaz qılmağın öz tayfanın məscidində namaz qımağından daha xeyirlidir. Öz qövminin məscidində namaz qımağın mənim məscidimdə namaz qılmağından daha xeyirlidir»[12].


----------------------------------------------------------------------------------------------------
[1] Buxari: 2/ 125/ ? 644. Rəvayətin bu mətni onundur. Müslim: 1/ 451/ ? 651. Oxşar rəvayətlə. Əbu Davud: 2/ 251/ ? 544. İbn Macə: 1/ 259/ ? 791. Onların rəvayətlərində sonuncu cümlə yoxdur. Nəsai: 2/ 107. Buxarinin rəvayətinə uyğun.
[2] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 320. Müslim: 1/ 452/ ? 653. Nəsai: 2/ 109.
[3] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 631. Müslim: 1/ 453/ ? 654. Nəsai: 2/ 108. Əbu Davud: 2/ 254/ ? 546. İbn Macə: 1/ 255/ ? 777.
[4] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 645. İbn Macə: 1/ 260/ ? 793. Hakim: 1/ 245. Beyhəqi: 3/ 174.
[5] Buxari: 2/ 131/ ? 647. Müslim: 1/ 450/ ? 650. Tirmizi: 1/ 138/ ? 215. Nəsai: 2/ 103. İbn Macə: 1/ 259/ ? 789.
[6] Buxari: 2/ 131/ ? 647. Müslim: 1/ 459/ ? 649. Əbu Davud: 2/ 265/ ? 555.
[7] Buxari: 2/ 148/ ? 662. Müslim: 1/ 463/ ? 669.
[8] Fiqhus Sünnə: 1/ 193.
[9] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 530. Əbu Davud: 2/ 274/ ? 563. Əhməd: 5/ 195/ ? 1333.
[10] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 2704. Müslim: 1/ 328/ ? 444. Əbu Davud: 11/ 231/ ? 4157. Nəsai: 8/ 154.
[11] Həsənun Səhih. Səhih Sünən Əbu Davud: ? 529. Əbu Davud: 2/ 273/ ? 561. Əhməd: 5/ 193/ ? 1328.
[12] Hədis həsəndir. Əhməd: 5/ 198/ ? 1337. İbn Xuzeymə: 3/ 95/ ? 1689


Tarix: 01.05.2013 / 18:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 188 Bölmə: Maraqlı melumatlar
loading...