beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

VAHİD - VİTR

VAHİD - VİTR
əl-Vahid – Tək var olan, yanında bir başqası olmayan, ortağı və şəriki olmayan, zatında, sifətlərində, isimlərində, fellərində ortağı və bənzəri olmayan, misli və bənzəri olmayan deməkdir. Bu isim Qurani Kərimdə 21 yerdə keçməkdədir. «Sizin tanrınız tək olan (VAHİD) Allahdır». (əl-Bəqərə 163). Bu məqam Allahdan başqa ilah olmadığına şahidlik etmə məqamıdır. Çünki Allahdan başqa ilah olması, batil və belə bir şey mümkün deyildir. Ondan başqa ilah yoxdur. Ondan başqa heç kəs ibadət edilməyə və səcdə edilməyə layiq deyildir. «(Ya Peyğəmbər!) De ki: «Əgər Rəhmanın bir övladı olsa, (ona) ibadət edənlərin birincisi mən olaram». (əz-Zuxruf 81). «Halbuki Allaha özünə övlad götürmək yaraşmaz. Çünki göylərdə və yerdə olan bütün məxluqlardan bir eləsi yoxdur ki, (Qiyamət günü) Rəhmanın hüzuruna bir qul kimi gəlməsin». (Məryəm 92). Ondan başqa birisinin ilah olması o, kimsəyə əzabdır. Ondan başqa bir kimsənin heç bir şeyə möhtac olmaması sapıqlıqdır, Ondan başqa bir kimsənin izzət sahibi olması zillət və alçağlıqdır. Ondan başqa bir kimsənin hər şeyi çoxaldıb, artırması dəyərsiz və önəmsizdir. Yaradılmış bir varlığın Ondan başqa Rəbbi olması və İlahı olması mümkün deyildir. Onunla birlikdə başqa bir ilahın olması mümkün deyildir. Çünki həqiqətdə ilah heç bir şeyə möhtac deyildir, hər şey Ona möhtacdır, heç bir kimsəyə möhtac deyildir, hər şey Onunla var olmuşdur və varlığı başqa bir şeyə bağlı deyildir. Kainatda iki ilahın da olması imkansızdır. Əgər kainatda iki ilah olsa kainatın müvazinəti çox böyük bir fəsadla pozular və böyük bir pozğunluqla bir-birinə qarışar. «Əgər yerdə və göydə Allahdan başqa tanrılar olsaydı onların ikisi də (müvazinətdən çıxıb) pozulardı. Ərşin sahibi olan Allah müşriklərin aid etdikləri sifətlərdən təmamilə uzaqdır». (əl-Ənbiya 22). «Allah özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı heç bir tanrı yoxdur. Əgər belə olsaydı onda hər bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər və onların bir qismi (dünyadakı padşahlar kimi) digərinə üstün olmağa çalışardı. Allah müşriklərin (Ona) aid etdikləri sifətlərdən tamamilə kənardır». (əl-Muminun 91). Bil ki, qulun bir olan Allaha ibadət etməsi, sevgi xüsusunda Ona heç bir şeyi ortaq qoşmaması, Ondan qorxma, Ona ümüd bağlama, Ona təvəkkül etmə, Onun üçün saleh əməl etmə, Onun adına and içmək, Onun üçün nəzir etmək, Onua boyun əymə, Ona xuşu duyma, təzim etmək, səcdəyə qapanmaq, Allaha ehtiyac duymaq, bədənin ruha və gözün işığa ehtiyac duymasından daha böyükdür. Bu ehtiyac duymağa müqayisə edilə biləcək bənzər bir şey daha yoxdur. Çünkü qul ruh və qəlbdən meydana gəlməkdədir.
Qulun ilahı hər halda və hər vaxta ona gərəkli olandır. O, həqiqi ilah olub Ondan başqa qalan bütün ilahlar batildir. Qul harada olursa olsun Allah sıxıntı anında və ehtiyac duyduqda onunla birlikdədir. Yox olub gedən ilahlar heç bir zaman işə yaramaz. Buna görə də İbrahim  buyurmuşdur: «Gecə qaranlığı İbrahimi bürüdükdə o, bir ulduz görüb: «Bu mənim Rəbbimdir» dedi. Ulduz batdıqda isə: «Mən batanları sevmirəm» dedi. Doğan ayı görüb: «Bu mənim Rəbbimdir» dedi. Ay batdıqda isə: «Doğuran da əgər Rəbbim məni doğru yola yönəltməsydi mən zəlalətə düşənlərdən olardım» dedi. Doğan günəşi görüb: «Bu mənim Rəbbimdir. Bu daha böyükdür» dedi. Günəş batdıqda isə: «Ey cəmaatım! Mən həqiqətən də sizin Allaha şərik qoşduqlarınızdan uzağam».(əl-Ənam76,78).

əl-Vitr
«Sizin ilahınız tək bir İlahdır. Ondan başqa heç bir İlah yoxdur». (əl-Bəqərə 163). Əli (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: «Həqiqətən Allahın oxşarı yoxdur və O, təkdir. Allahı tək olanı sevir. Ey Quran oxuyanlar! Vitr namazını qılın»
(Əbu Davud, Tirmizi. )
Rəsulullah 9s.a.v) buyurur: “Allahın doxsan doqquz – yüzdən bir əskik adı vardır. Kim bu isimləri sayarsa (yəni adların mənalarına əməl edərsə) Cənnətə girər. Allah təkdir və tək olanı da sevir”
(Buxari “Kitabu Dəuvə”, “Fəthul Bəri” 11/214, H. 6410, Müslim 4/2062, H. 3507. )


Tarix: 05.05.2013 / 13:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 142 Bölmə: Maraqlı melumatlar