Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namazdan sonra edilən zikr və dualar

Namazdan sonra edilən zikr və dualar:
1. Sovban deyir ki, Peyğəmbər namazını bitirdikdən sonra üç dəfə istiğfar edər (əstəğfirullah deyər) və sonra belə deyərdi:

«اللَّهُمَّ أَنْتَ السَّلاَمُ وَمِنْكَ السَّلاَمُ تَبَارَكْتَ ذَا الْجَلاَلِ وَالإِكْرَامِ

«Allahummə əntəs salam və minkəs salam, təbarəktə ya zəl-cəlali vəl ikram».
Duanın tərcüməsi: “Ey Allahım, Sən bütün naqisliklərdən və eyiblərdən salamatsan. Əminamanlıq bəxş edən Sənsən. Ey qüvvət və lütf sahibi, Sən həqiqətən böyüksən”. Valid deyir ki, mən Ovzaiyə dedim: İstiğfar necə edilir? O dedi ki, belə: «Əstəğfirullah, əstəğfirullah»[1].
2. Əbuz Zubeyr deyir ki, İbn əz-Zubeyr hər dəfə salam verib namazı bitirdikdən sonra belə deyərdi:
« لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَىْءٍ قَدِيرٌ لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَلاَ نَعْبُدُ إِلاَّ إِيَّاهُ لَهُ النِّعْمَةُ وَلَهُ الْفَضْلُ وَلَهُ الثَّنَاءُ الْحَسَنُ لاَ إِلَهَ إِلاَّ اللَّهُ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ »
«Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu, ləhul mulku və ləhul həmdu vəhuvə alə kulli şeyin qadir. Lə havlə vələ quvvətə illə billəh. Lə iləhə illəllah, valə nəbudu illə iyyahu. Ləhun nimətu və ləhul fadlu və ləhus sənaul həsən. Lə iləhə illəllahu, muxlisinə ləhud din, vəlav kərihəl kəfirun».
Duanın tərcüməsi: “Allahdan başqa ibadətə layiq haqq olan məbud yoxdur. O təkdir, heç bir şəriki yoxdur. Malikanə və həmd-səna Ona məxsusdur. O hər şeyə qadirdir. Günahlardan qorunmaq və itaətlərin icrasına müvəffəq olmaq yalnız Allahladır. Allahdan başqa ibadətə layiq haqq olan məbud yoxdur. Biz Ondan başqasına ibadət etmirik. Nemət də, lütf də, gözəl tərif də Ona məxsusdur. Allahdan başqa ibadətə layiq haqq olan məbud yoxdur. Kafirlər istəməsələr də bizim etdiklərimiz yalnız Onun üçündür”.
Sonra İbn əz-Zubeyr deyərdi ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hər namazdan sonra bu duanı oxuyardı[2].
3. Muğirə ibn Şöbənin köləsi Vərrad deyir ki, Muğirə ibn Şöbə Müaviyəyə məktub yazır və deyir: Həqiqətən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) salam verib namazını bitirdikdən sonra belə deyərdi: «Lə iləhə illəllah, vəhdəhu lə şərikə ləhu, ləhul mulku və ləhul həmdu və huvə alə kulli şeyin qadir. Allahummə lə maniə limə atəyt, vələ mutiyə limə mənət, vələ yənfəu zəl cəddi minkəl cədd»[3].
Duanın tərcüməsi: “Allahdan başqa ibadətə layiq haqq olan məbud yoxdur. O təkdir, heç bir şəriki yoxdur. Malikanə və həmd-səna Ona məxsusdur. O hər şeyə qadirdir. Sənin əta etdiyinə heç kəs mane ola bilməz. Sənin qadağan etdiyini isə heç kəs əta edə bilməz. (mal dövləti və cah-cəlalı ilə) Güclü olan insan, bununla Səndən (Sənin əzabından) qurtula bilməz”.
4. Kəəb ibn Ucrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Hər namazdan sonra edilən zikrlər vardır ki, onları deyənlər və ya edənlər xəsarətə uğramazlar. Otuz üç dəfə təsbih (Sübhənəllah), otuz üç dəfə təhmid (Əlhəmdulilləh) və otuz üç dəfə təkbir (Allahu əkbər)»[4].
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim hər namazdan sonra otuz üç dəfə təsbih edər (Sübhənəllah), otuz üç dəfə Allaha həmd edər (Əlhəmdulilləh) və otuz üç dəfə təkbir (Allahu əkbər) - deyərsə, bu doxsan doqquz edər. Yüzü tamamlamaq üçün isə “Lə iləhə illəllah vəhdəhu lə şərikə ləhu ləhul mulku və ləhul həmdu vəhuvə alə kulli şeyin qadir”, (Allahdan başqa ibadətə layiq haqq olan məbud yoxdur. O təkdir, heç bir şəriki yoxdur. Malikanə və həmd-səna Ona məxsusdur. O hər şeyə qadirdir) – deyərsə, onun günahları hətta dənizin köpükləri kimi olsa belə, yenə də bağışlanar[5]»[6].
5. Muaz ibn Cəbəl deyir ki, «bir gün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənim əlimdən tutdu və dedi: Ey Muaz, Allaha and olsun ki, mən səni sevirəm». Mən dedim: Atam, anam sənə fəda olsun, Allaha and olsun ki, mən də səni sevirəm. O dedi: Ey Muaz, mən sənə tövsiyə edirəm ki, namazdan sonra bunları deməyi tərk etmə: «Allahummə əinni alə zikrikə və şukrikə və husni ibadətikə». «Ey Allahım, Səni zikr etməyim, Sənə şükrlü olmağım və gözəl ibadət etməyim üçün mənə kömək ol»[7].
6. Əbu Umamə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim hər fərz namazdan sonra “Ayətəl Kursi”ni oxuyarsa, onun cənnətə daxil olması üçün yalnız ölüm maneəsi kifayətdir»[8]. Məhəmməd ibn İbrahim onun bu rəvayətinə “Qul huvəllahu əhəd”i də əlavə etmişdir.
7. Uqbə ibn Amir deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənə hər (fərz) namazdan sonra “Muəvvizatı” (yəni, ixlas, fələq və nas surələrini) oxumağı əmr etmişdir»[9].
Ummu Sələmə deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) salam verib sübh namazını bitirdikdən sonra belə deyərdi: «Allahummə inni əsəlukə ilmən nafiən və rizqan tayyibən və amələn mutəqabbələn». «Ey Allahım, mən Səndən faydalı elm, halal ruzi və məqbul əməl diləyirəm»[10].

___________________________________________________________
[1] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 756. Müslim: 1/ 414/ ? 591. Tirmizi: 1/ 184/ ? 299. Nəsai: 3/ 68. Əbu Davud: 4/ 377/ ? 1499. İbn Macə: 1/ 300/ ? 928.
[2] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 1272. Müslim: 1/ 415/ ? 594. Əbu Davud: 4/ 372/ ? 1493. Nəsai: 3/ 70.
[3] Buxari: 2/ 325/ ? 844. Müslim: 1/ 414/ ? 593. Əbu Davud: 4/ 371/ ? 1491.
[4] Hədis səhihdir. Səhih Sünən Nəsai: q2, 1278. Müslim: 1/ 418/ ? 596. Tirmizi: 5/ 144/ ? 3473. Nəsai: 3/ 75.
[5] Diqqət: Bəzi rəvayətlərdə bu zikrlərin on-on (Buxari: 11/ 132/ ? 6329), bəzilərində on bir - on bir (Müslim: 1/ 417/ ? 595), iyirmi beş – iyirmi beş (Nəsai: 3/ 76. Səhih Sünən Nəsai: ? 1279) - deyilməsi və sonra “Lə iləhə illəlllah...” zikrinin əlavə edilməsi qeyd olunur. Namazqılan kimsə bəzən bu sayda, bəzən də başqa sayda zikr edə bilər.
[6] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 314. Müslim: 1/ 418/ ? 597.
[7] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 7969. Əbu Davud: 4/ 384/ ? 1508. Nəsai: 3/ 53.
[8] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 6464. Təbərani: 8/ 134/ ? 7532.
[9] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 1268. Əbu Davud: 4/ 385/ ? 1509. Nəsai: 3/ 68.
[10] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 753. İbn Macə: 1/ 298/ ? 925. Əhməd: 4/ 55/ ? 776.


Tarix: 01.05.2013 / 18:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 243 Bölmə: Maraqlı melumatlar
loading...