beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlinin (r.a) xəlifəliyinə beyət edilməsi:

Əli ibn Əbu Talibin oğlu Məhəmməd ibn əl-Hənəfiyyənin (Allah onların hər ikisindən razı olsun) belə dediyi rəvayət olunur: "Osman qətlə yetirildikdən sonra, Əli (r.a) onun evinə gəldi və içəri daxil olub evin qapısını bağladı. Camaat onun arxasınca gəlib qapını döyərək dedilər: "Bu adam artıq ölüb. Camaata mütləq bir xəlifə lazımdır. Biz səndən başqa heç kəsi bu vəzifəyə layiq görmürük".
Əli (r.a) dedi: "Mənim xəlifə olmağımı istəməyin! Mən xəlifə olmaqdansa, daha yaxşı vəzir olaram".
Onlar dedilər: "Xeyr! Allaha and olsun, biz səndən başqa bu işə layiq olan ikinci adam tanımırıq".
Əli (r.a) dedi: "Əgər siz mənim xəlifə olmağım üçün israr edirsinizsə, onda mənim beyətim gizli olmayacaq. Mən məscidə gedəcəm, istəyən mənə beyət edər". Əli (r.a) məscidə getdi və camaat da ona beyət etdi".
(Əhməd "Fədailus Səhabə" 2/573, ? 696. Hədisin sənədi səhihdir (etibarlıdır)

Mədinədə olan mühacir və ənsarlar da ona beyət etdilər. Rəvayətlərdə deyilir ki, Səd ibn Əbu Vaqqas, Abdullah ibn Ömər, Məhəmməd ibn Məsləmə və başqa səhabələr (r.anhum ) Əliyə beyət etmədilər. Digər rəvayətlərdə isə hamının ona beyət etdiyi bildirilir. Bu daha məşhur məlumatdır. Səd ibn Əbu Vaqqas, Abdullah ibn Ömər və Məhəmməd ibn Məsləmə (r.anhum) beyət etmişdilər, amma onunla döyüşə qatılmamışdılar. (Söhbət Cəməl və Siffin döyüşlərindən gedir. (tərc.)

Auf ibn Əbu Cəmilə belə deyir: "Mən Həsən əl-Bəsrinin yanında idim. Osman qətlə yetirilən vaxt o, Mədinədə olmuşdu. Məclisdə Peyğəmbərin  səhabələri haqda danışılırdı. İbn Covşən əl-Ğətəfani adlı bir nəfər dedi: "Ey Əbu Səid, Əbu Musanın eyibi Əliyə itaət etməsi idi". (Əbu Musa Əliyə itaət etdiyi üçün ona bu iradı tutmuşdular. Çünki onlara görə Əbu Musa Əliyə bu itaətkarlığı göstərməli deyildi.)
Bunu eşidən Həsən əl-Bəsri qəzəbləndi. Bu qəzəb onun üzündə hiss olundu. Həsən hirsli halda bir neçə dəfə bu sözləri dedi: "Bəs kimə itaət etməliydi?! Möminlərin əmiri zülmə məruz qalaraq öldürüldü. İnsanlar da özlərinin ən xeyirlisinə üz tutdular və ona beyət etdilər. Məgər, kimə tabe olunmalı idi?!"
Əhli Sünnə hamılıqla Osmandan (r.a) sonra ən əfzəl səhabənin Əli ibn Əbu Talib (r.a) olduğunu etiqad edir.

İbn Teymiyyə deyir: "Əhməd ibn Hənbəldən nəql edilən mötəbər rəvayətə əsasən, Əlinin (r.a) xilafətinə şübhə edən evindəki uzunqulaqdan da azğın bidətçidir. O, belə insanın cəmiyyətdən təcrid edilməsini əmr etmişdir. Nə İmam Əhməd, nə də Əhli Sünnənin digər alimləri bu işə Əlidən (r.a) başqasının layiq olmaması haqda tərəddüd etməmişlər".
(Əhməd "Fədailus Səhabə" 2/576, ? 976. Hədisin sənədi səhihdir (etibarlıdır).)

Əhli sünnə Peyğəmbərdən (s.a.v) sonra ən əfzəl səhabənin Əbu Bəkr (r.a) , sonra Ömər (r.a) olduğunu etiqad edir. Yuxarıda da qeyd etdiyimiz kimi, Osman (r.a) və Əlinin (r.a) hansının əfzəl olmasında isə müxtəlif fikirlər səslənmişdir. Əksər alimlərin rəyinə görə, Osman (r.a) Əlidən (r.a) əfzəldir və Əli ibn Əbu Talib (r.a) xəlifələrin dördüncüsüdür.
("Məcmu əl-Fətava" 4/438.)


Tarix: 04.05.2013 / 11:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 133 Bölmə: Maraqlı melumatlar