beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.s) həyatı-Peyğəmbərliyin başlanğıcı və vəhyin enməyi

Peyğəmbərliyin başlanğıcı və vəhyin enməyi


41. ilin Ramazan ayında Hira mağarasına etiqafa çəkilib Allaha zikr və ibadətlə məşğul olduğu bir məqamda Cəbrayıl (Əleyhissalam) ona peyğəmbərlik və vəhy ilə gəlmişdir. Bu hadisənin təfsilatını Aişə (radiyəllahu anhə)`dən dinləyək :

"Başlanğıcda Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in yuxuları düz çıxırdı. O heç bir yuxu görməzdi ki, sabahın aydınlanmağı kimi ortaya çıxmış olmasın. Sonralar, Allah ona tək qalmağı sevdirmişdir. Hira mağarasında bir guşəyə çəkilir, orada bir neçə gün ardıcıl olaraq qalaraq ibadət edərdi. Bu müddət üçün azuqəsini də özüyə aparırdı. Yemək-içmək qurtardıqda Xədicənin yanına qayıdar, yenidən tədbirini götürərdi. Deyərkən o, Hirada olduğu bir məqamda, ona həqiqət endi. Mələk gəlib ona :

"Oxu" dedi. O da ona :

"Mən oxumağı bilmirəm" deyə cavab verdi.

Peyğəmbər bəhs edir :

Mələk məni əhatə edib elə sıxdı ki, böhrana düşdüm. Sonra məni bıraxdı və yenə : "Oxu!" dedi. Mən (yenə); mən oxuya bilmirəm, deyə cavab verdim. Məni ikinci dəfə qucaqlayıb elə sıxdı ki, böhrana (stresə) düşdüm. Yenə bıraxdı və dedi ki :

اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ ◊ خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ ◊ اقْرَأْ وَرَبُّكَ
الْأَكْرَمُ ◊ الَّذِي عَلَّمَ بِالْقَلَمِ ◊ عَلَّمَ الْإِنسَانَ مَا لَمْ يَعْلَمْ◊

Yaradan Rəbbinin adı ilə oxu!
O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir.
O, qələmlə yazmağı öyrətdi.
İnsana bilmədiklərini öyrətdi. (Ələq 1-5)

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm), bu hadisənin təsiriylə həyəcan içində evə qayıtdı. Xədicə bintu Xuveylidin yanına girərkən : - Məni örtün, məni örtün, dedi.

Onun bu həyəcanı və qorxusu keçənə qədər üstünü örtdülər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm), sonra başına gələn hadisəni Xədicəyə danışdı və belə dedi : Başıma bir şey gələcək deyə qorxdum. Xədicə belə dedi :

Xeyr, Allaha and içirəm ki, Allah (Cəllə Cəlaluhu) səni əsla rəzil etməz. Çünki, sən qohumlarınla maraqlanırsan. Başqalarının ağırlığını yüklənirsən, kasıbın əlindən tutur, qonaq qarşılayar və haqlı olanı müdafiə edirsən. Sonra, Xədicə (r.a) Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`lə birlikdə Varaqa b. Nofəlin yanına getdilər. Bu şəxs Xədicənin əmisi oğlu idi. Cahiliyyə dövründə xristyan olmuşdu. İbranicə yaza bilirdi. Çox yaşlıydı. Son illərində gözlərini də itirmişdi. Xədicə ona :

Əmioğlu, qardaşoğlunu bir az dinləyərsənmi? Dedi. O da Peyğəmbərə : Qardaşım oğlu (danış görək) nələr görürsən? deyə soruşdu. – Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) gördüklərini danışdı. Bunun üzərinə Varaqa :

- Bax bu, Allah tərəfindən Musa (Əleyhissalam)`a endirilən Namusun elə nözüdür. Kaş ki, bu amal uğrunda ediləcək mücadilə vaxtında gənc olsaydım. Kaş ki, millətin səni çıxmağa məcbur etdiyi günlərdə mən sağ olsaydım.
Bu söz üzərinə Hz. Peyğəmbər, ona :

- Demək məni bu ölkədən çıxaracaqlar, eləmi? deyə soruşanda , Varaqa :
- Bəli, sənin gətirdiyin bu xəbəri kim gətirmişsə, mütləq düşmənlik qazanmışdır. Ona görə də sənin mücadilə günlərində sağ qalsam, sənə çox kömək edərəm, - dedi. Varaqa, aradan çox keçməmiş öldü və bir müddət də vəhy gəlmədi.


Tarix: 03.05.2013 / 18:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 49 Bölmə: Maraqlı melumatlar