beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.s) həyatı- Peyğəmbərliyin və ilk enən vəhyin tarixi

Peyğəmbərliyin və ilk enən vəhyin tarixi

Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`ə peyğəmbərliyin verilməsi və ilk vəhyin enməsi bu şəkildə olmuşdur. Bu hadisə, Ramazan ayınının qədr gecəsində meydana gəlmişdir. Allah belə buyurur : "İçində quranın endirildiyi Ramazan ayı…" və "Biz onu qədr gecəsində endirdik."

Bizə çatan bir çox səhih hədisdən, bu hadisənin bazar ertəsi gecəsi, səhərə yaxın, dan yeri ağarmadan gerçəkləşdiyi bildirilməkdədir.

Qədr gecəsi, Ramazanın son on gününün tək sayılan gecələrində axtarılmaqdadır. Elmi olaraq sabitdir ki, vəhy ilk dəfə Ramazanın 21-ci gecəsində, bazar ertəsi günü, doğulmağının 41-ci ilində gəlmişdir. O vaxtlar Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in 40 yaşından 6 ay 12 gün keçmişdi. (Qəməri təqvimə görə) Miladi olaraq 10 avqust 610-cu ilə təsadüf etişdir. O halda miladi təqvimə görə, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) o vaxtlar 39 yaşından 3 ay 23 gün keçirmişdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`in bisəti şəmsi 40-cı ilin başlanğıcında gerçəkləşmişdir.


Tarix: 03.05.2013 / 18:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 38 Bölmə: Maraqlı melumatlar