beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.v) həyatı-Müşriklərin güzəştləri və Rəsulullaha bərabərlik təklif etmələri

Müşriklərin güzəştləri və Rəsulullaha bərabərlik təklif etmələri

Müşriklər bütün bu cazibədar təkliflərin nəticə vermədiyini görəndə, din barəsində bərabərliyi təmin etməyi düşündülər və Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a sənin xeyrinə olacaq bir təklifimiz var. dedilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) "o nədir?" buyurdu.

Onlar : Bir il sən bizim tanrılarımıza, bir il də biz sənin tanrına ibadət edək. Əgər biz haqq üzərindəyiksə, sən də nəsibini almış olarsan, yox əgər, sən haqq üzərindəsənsə, biz də nəsibimizi almış olarıq. dedilər. Bunun üzərinə Allah : «De: "Ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm......» ayələriylə başlayan Kəfirun surəsini və «De: Mənə Allahdan qeyrisinəmi ibadət etməyi əmr edirsiniz, ey cahillər?» (Zümər / 64) və «De: Allahdan başqa yalvardıqlarınıza ibadət etmək mənə qadağan edilmişdir» (Ənam / 56) ayələri nazil oldu.

Müşriklər özləriylə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) arasındakı ixtilafı həll etməkdə qərarlıydılar. Ona görə də Utbə bin Rəbiənin təkliflərinə başqa təkliflər və güzəştlər əlavə edib Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a təqdim etdilər. Ancaq, ondan da özlərinə güzəşt etməyini istəyirdilər.

«Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!» (Yunus / 15) Allah (Cəllə Cəlaluhu) elçisinə, onlara bu şəkildə cavab verməyini əmr etdi :

«De: Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram.» (Yunus / 15) Allah, elçisini qətiyyətlə onların bu aldadıcı təkliflərindən qorumuşdur : «Müşriklər səni, sənə vəhy etdiyimizdən az qala döndərəcəkdilər ki, Qurandan başqa bir şeyi Bizə aid edəsən. Belə olduğu halda onlar səni özlərinə dost tutacaqdılar. Əgər Biz səni dinində sabit saxlamasaydıq, əlbəttə, azca da olsa onlara meyl edəcəkdin. Belə olacağı təqdirdə sənə həyatın və ölümün əzabını ikiqat daddırardıq. Sonra Bizə qarşı özünə bir köməkçi də tapa bilməzdin.» (İsra / 73-75)


Tarix: 03.05.2013 / 18:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 50 Bölmə: Maraqlı melumatlar