beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansı halda namazın vaxtına yetişilir?.....

Hansı halda namazın vaxtına yetişilir?
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim günəş çıxmadan öncə Sübh namazının bir rükətini qılarsa, Sübh namazına çatmışdır. Kim günəş batmadan öncə Əsr namazının bir rükətini qılarsa, Əsr namazına çatmışdır»[1].

Bu hökm təkcə Sübh və Əsr namazlarına xas deyil, bütün namazlara aiddir.
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim (namazın vaxtı çıxmadan öncə) namazdan bir rükətə yetişərsə, namaza çatmış sayılır»[2].

Yaddan çıxıb qılınmayan namazların qəzası:
Ənəs (Allah ondan razı olsun) deyir ki, Allahın Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: «Kim bir namazı unudar, yaxud yatıb qalarsa onun kəffarəsi yadına düşən kimi namazı qılmaqdır»[3].

Namazın vaxtı çıxana qədər qəsdən namazı tərk edən kimsə onun qəzasını qılmalıdırmı?
İbn Həzm (Allah ona rəhmət etsin) əl-Muhəllə kitabında (2/ 235) deyir:
«Uca Allah hər bir fərz namaz üçün iki tərəfdən məhdud vaxt təyin etmişdir. Namazın vaxtı müəyyən anda başlayır, müəyyən anda bitir. Namazı vaxtından əvvəl qılanla, vaxtından sonra qılan arasında fərq yoxdur. Çünki hər iki halda namaz vaxtsız qılınmışdır. Həmçinin namazın qəzası da şəriətin əmridir. Şəriət isə yalnız Peyğəmbərin, Uca Allahdan bizə çatdırdığı əmr əsasında olur. Əgər bilərəkdən namazı qəzaya buraxan kimsənin qəza etməsi vacib olsaydı, Uca Allah və Peyğəmbəri bundan qafil olmaz və unutmazdılar. Həmçinin bu haqda bizə xəbər verməyi qəsdən tərk etməzdilər. Uca Allah buyurur: «...Rəbbin (Öz bəndələrini) unudan deyildir...»[4] Quran və sünnə ilə buyurulmayan hər bir şəriət batildir».

___________________________________________________________________

[1] Buxari: 1/ 56/ ? 579. Müslim: 1/ 424/ ? 608. Nəsai: 1/ 273.
[2] Buxari: 1/ 57/ ? 580. Müslim: 1/ 423/ ? 607. Əbu Davud: 3/ 471/ ? 1108. Tirmizi: 2/ 19/ ? 523. Nəsai: 1/ 274.
[3] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 229. Müslim: 1/ 477/ ? 684.
[4] Məryəm: 64.


Tarix: 02.05.2013 / 21:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 107 Bölmə: Maraqlı melumatlar