beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təkidlə əmr olunan və olunmayan nafilə namazlar və bu namazlarda oxunan surələr...

Təkidlə əmr olunan namazlar on rükətdir:
İbn Ömər deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) on rükət namaz qıldığını yadımda saxlamışam: «Zöhrdən öncə iki, sonra iki, Məğribdən sonra iki, İşadan sonra iki, Sübhdən öncə iki rükət. Bu vaxt Peyğəmbərin yanına daxil olmaq münasib deyildi. Hafsa mənə dedi ki, Sübh vaxtı daxil olduqdan və azan oxunduqdan sonra iki rükət qılardı»[1].

Aişə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zöhrdən öncə dörd və sübhdən öncə iki rükət namazı tərk etməzdi»[2].

Təkidlə əmr olunmayan nafilə namazlar, Əsr, Məğrib və İşa namazlarından öncə qılınan namazlardır:
Abdullah ibn Muğəffəl Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Hər bir azan və iqamə arasında namaz vardır. Hər bir azan və iqamə arasında namaz vardır». Üçüncüdə isə dedi ki, «Bu, istəyənlər üçündür»[3].

Əsr namazından öncə dörd rükəti daim qılmaq müstəhəbdir (bəyəniləndir):
Əli deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əsrdən öncə dörd rükət qılardı. Bu dörd rükəti mələklərə və onlara tabe olan müsəlmanlara və möminlərə salam verməklə ayırardı (iki-iki qılardı)»[4].
İbn Ömər Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə rəvayət edir: «Əsrdən öncə dörd rükət qılana Allah rəhm etsin»[5].

Bu namazların bəzisində Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) oxuduğu surələr haqqında:
Aişə deyr ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə deyərdi: «Bu iki surə, “qulhuvəllahu əhəd” və “qul yə əyyuhəl kəfirun” - Sübh namazından öncə qılınan iki rükətdə oxunmaq üçün necə də gözəldir»[6].
Əbu Hureyrə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Sübh namazının iki rükətində “qul yə əyyuhəl kəfirun” və “qulhuvəllahu əhəd” surələrini oxudu»[7].
İbn Abbas deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Sübh namazının iki rükətinin birincisində əl-Bəqərə surəsindən olan, “qulu əmənnə billəhi vəmə unzilə iləynə...”[8]
– ayəsini oxuyardı. İkinci rükətdə isə, “əmənnə billəhi vəşhəd biənnə muslimun”[9] – ayəsini oxuyardı»[10].
İbn Məsud deyir: «Neçə dəfə eşitdiyimi deyə bilmərəm. Amma Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) çox vaxt Məğribdən sonra və Sübhdən öncə qıldığı iki rükət namazda “qul yə əyyuhəl kəfirun” və “qulhuvəllahu əhəd” surələrini oxuyardı»[11].

_______________________________________________________
[1] Hədis səhihdir. əl-İrva: ? 440. Buxari: 3/ 58/ ? 1181. Rəvayətin bu mətni onundur. Tirmizi: 1/ 271/ ? 431. Oxşar şəkildə.
[2] Hədis səhihdir. Səhih Sünən ən-Nəsai: ? 1658. Buxari: 3/ 58/ ? 1182. Əbu Davud: 4/ 134/ ? 1240. Nəsai: 3/ 251.
[3] Buxari: 2/ 110/ ? 627. Müslim: 1/ 573/ ? 838. Əbu Davud: 4/ 162/ ? 1269. Tirmizi: 1/ 120/ ? 185. Nəsai: 2/ 28. İbn Macə: 1/ 368/ ? 1162.
[4] Hədis həsəndir. Səhih Sünən Tirmizi: ? 353. Tirmizi: 1/ 269/ ? 427.
[5] Hədis həsəndir. Səhih Sünən Tirmizi: ? 354. Tirmizi: 1/ 270/ ? 428. Əbu Davud: 4/ 149/ ? 1257.
[6] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 944. İbn Xuzeymə: 2/ 163/ ? 1114. Əhməd: 4/ 225/ ? 987. İbn Macə: 1/ 363/ ? 1150.
[7] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 360. Müslim: 1/ 502/ ? 726. Əbu Davud: 4/ 135/ ? 1243. Nəsai: 2/ 156. İbn Macə: 1/ 363/ ? 1148.
[8] əl-Bəqərə: 136.
[9] Ali İmran: 52.
[10] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 905. Müslim: 1/ 502/ ? 727. Nəsai: 2/ 155. Əbu Davud: 4/ 137/ ? 1246.
[11] Həsənun Səhih. Səhih Sünən Tirmizi: ? 355. Tirmizi: 1/ 270/ ? 429.


Tarix: 01.05.2013 / 17:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 104 Bölmə: Maraqlı melumatlar