beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Müslim (İman kitabı ) Tovhid əhli olan kimsələrin Cəhənnəmdən çıxarılması.

Əlli doqquzuncu fəsil: Tovhid əhli olan kimsələrin Cəhənnəmdən çıxarılması.

Əbu Səid əl-Xudri (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Amma Cəhənnəm əhli olub, əbədiyyən Cəhənnəmdə qalan kimsələr orada nə (yaşayıb) diriləcək, nə də öləcəklər. Lakin sizlərdən olan insanlar, bəzilərinə günahlarına (və yaxud xəta etdiklərinə) görə Cəhənnəm atəşi toxunsa, Allah-Təala onları öldürəcək, elə ki yanıb (közə) kömürə dönəcəklər, şəfaət etməyə izn veriləcək, onları dəstə-dəstə gətirib Cənnətin çaylarına səpələyəcəklər. Sonra belə deyiləcək: “Ey Cənnət əhli, onların üzərinə su səpin və onlar selin suyunda yabanı otun bitdiyi kimi bitəcəklər. Orada olan kişilərdən biri belə dedi: “Sanki Peyğəmbər çöldə (səhrada) olub (yaşayıb).”

Ənəs, o da İbn Abbasdan (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Cənnətə ən son girən insan bəzən gedir, bəzən üzü üstə düşür, bəzən də od onu yandırır. Elə ki, Cəhənnəmdən uzaqlaşdı, ona tərəf çevrilib belə dedi: “Məni səndən qurtaran Allah necə Ucadır. Allah-Təala mənə, məndən əvvəlki və axırıncılara vermədiyi bir şey vermişdir.” Ona bir ağac göstəriləcək, O: “Ey Rəbbim, məni o ağaca yaxınlaşdır ki, onun kölgəsində kölgələnim, onun suyundan içim” deyə Allaha dua edəcək. Allah-Təala ona belə buyuracaq: “Ey Adəm övladı, yəqin ki, sənə onu versəm, məndən, başqa bir şeylər də diləyəcəksən.” O: “Xeyr, ey Pəbbim” deyə cavab verdikdə, ondan, başqa heç bir şey istəməyəcəyinə əhd-peyman alanadək və Allah-Təala onu üzürlü sayacaq, çünki o, ona səbr etməsi mümkün olmayan bir şeyi görürdü. Onu ağaca yaxınlaşdıracaq, o, ağacın kölgəsində kölgələnib, suyundan içəcək. Sonra ona əvvəlkindən də gözəl bir ağac göstəriləcək. O: “Ey Rəbbim, məni o ağaca yaxınlaşdır ki, onun suyundan içim və onun kölgəsində kölgələnim, bundan başqa səndən heç bir şey diləmirəm” deyə Allaha dua edəcək. Allah-Təala ona belə buyuracaq: “Məgər səndən əhd-peyman almadım ki, məndən başqa heç nə diləməyəcəksən. O: “Bəli, ya Rəbbim, daha heç nə diləməyəcəm” deyə cavab verdikdə, Allah-Təala ona belə deyəcək: “Yəqin ki, sənə onu versəm, başqa şeylər də diləyəcəksən?” Və Allah-Təala onu üzürlü sayacaq, çünki O, ona səbr etməsi mümkün olmayan bir şeyi görürdü. Onu ağaca yaxınlaşdıracaq, o, onun kölgəsində kölgələnib, suyundan içəcək. Sonra ona Cənnətin qapısının yanında bir ağac göstəriləcək. O, əvvəlki ağaclardan daha da gözəl idi. O: “Ey Rəbbim, məni o ağaca yaxınlaşdır ki, onun suyundan
içim və onun kölgəsində kölgələnim, bundan başqa səndən heç bir şey diləmirəm” deyə Allaha dua edəcək. Allah-Təala ona belə buyuracaq: “Məgər səndən əhd-peyman almadım ki, məndən başqa heç nə diləməyəcəksən.” O: “Bəli, ya Rəbbim, daha heç nə diləməyəcəm” deyə cavab verəcək. Allah-Təala onu üzürlü sayacaq, çünki O, ona səbr etməsi mümkün olmayan bir şeyi görürdü. Onu ağaca yaxınlaşdırdıqda, Cənnət əhlinin səslərini eşidəcək və deyəcək: “Ey Rəbbim, məni ora daxil et.” Allah-Təala ondan: “Ey Adəm oğlu, Mənə sənin Məndən istədiklərin təsir etməz, istəyirsənsə sənə dünya və onun mislində olanı verim?” deyə soruşduqda, o, Ona belə cavab verəcək: “Ey Rəbbim, sən Aləmlərin Rəbbisən, mənə istehza edirsən.” İbn Məsud güldü, üzünü ətrafındakılara tutub: “Məgər mənim nəyə güldüyümlə maraqlanmayacaqsınız?” deyə soruşdu . Onlar: “Nəyə gülürsən?” deyə soruşdular. O belə buyurdu: “Peyğəmbər (s.a.v) də belə güləndə ondan nəyə güldüyünü soruşdular. O: “Aləmlərin Rəbbinin gülüşünə, ona belə dedikdə: “Sən Aləmlərin Rəbbisən, mənə istehza edirsən.” Allah-Təala ona deyəcək: “Mən sənə istehza etmirəm, lakin Mən istədiyim hər şeyə qadirəm”.

Əbu Zubeyr (r.a) belə rəvayət edir: Cabir ibn Abdullahdan (r.a) qiyamət günü toplanış haqqda soruşulduqda, belə dediyini eşitdim: “Qiyamət günü biz bu və bu tərəflərdən gələcəyik. Bax! (yəni bu insanların üzərindədir). Ümmətlər öz bütləri və ibadət etdikləri ilə öncəkilərdən başlayaraq bir-birinin ardınca çağırılacaqlar. Ondan sonra Rəbbimiz gələcək və belə soruşacaq: “Kimi gözləyirsiniz”? Onlar: “Rəbbimizi” deyə cavab verdikdə, O, onlara belə deyəcək: “Mən sizin Rəbbinizəm” Onlar: “Sənə baxmayınca, xeyr.” Onda O, gülərək onlara görünəcək və onları ardınca aparacaq. Onlar mömin və ya münafiq olsa belə hər birinə nur veriləcək və onlar Ona tabe olaraq Onun ardınca gedəcəklər. Cəhənnəm körpüsünün üzərində qarmaqlar və iynə kimi tikanlar var. O tikanlar Allahın istədiyi kimsələri tutacaq. Sonra münafiqlərin nuru sönəcək və möminlər nicat tapacaqlar. Ən birinci nicat tapan toplunun üzləri Ayın bədr gecəsi olduğu kimi olacaq. Yetmiş min nəfərə sorğu-sual çəkilməz. Onlardan sonrakılar səmadakı ulduzun parıltısı kimi olacaq. Nəhayət gələnlər də həmçinin. Sonra şəfaətə izn veriləcək. Cəhənnəmdən, qəlbində buğda dənəciyi qədər xeyir olan, Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına şəhadət verən kimsə çıxanadək şəfaət olunacaq. Onu Cənnətin içinə salacaqlar və Cənnət əhli onun üzərinə su səpəcək. O selin axarında
yabanı ot kimi bitəcək və yanmış yaraları sağalacaq. Sonra ona dünya və onun on mislində verilənə qədər diləyib istəyəcək.”

Yezid əl-Fəqir belə rəvayət edir: “Xəvariclərin fikirlərindən bir fikir qəlbimə girmişdi. Bir neçə nəfərlik dəstə ilə həccə çıxdıq. Həcc edəndən sonra insanlara qarşı çıxmağı düşünürdük. Mədinə şəhərinə gəldik. Cabir ibn Abdullah (r.a) bir dirəyə söykənib insanlara Peyğəmbərdən (s.a.v) hədis danışırdı. Birdən Cəhənnəmlik olanları xatırlatdı. Mən ona belə dedim: “Ey Peyğəmbərin (s.a.v) səhabəsi, sən nə danışırsan? Məgər Allah-Təala belə buyurmur: “Ey Rəbbimiz! Sən Cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz!” (“Ali-İmran” /192) və “Onlar hər dəfə oddan çıxmaq istədikdə yenə ora qaytarılacaq” (“əs-Səcdə” /120). Bəs sənin danışdıqların nədir?!” O məndən: “Sən Quran oxuyursan?” deyə soruşdu. Mən: “Bəli” deyə cavab verdikdə, o məndən yenə soruşdu: “Muhəmmədin (s.a.v) məqamı (yəni, Allah-Təalanın onu qiyamət günü dirildəcəyi yer) haqda eşitmisən?” Mən: “Bəli” deyə cavab verdikdə, o mənə belə dedi: “Muhəmmədin (s.a.v) “Mahmud”(Təriflənmiş, tanınmış, şöhrətlənmiş) məqamıdır ki, Allah-Təala ona görə istədiyi kimsələri (Cəhənnəmdən) çıxaracaq.” Sonra Sirat körpüsünün qoyulmasından və insanların onun üzərindən keçməsini vəsf etməyə başladı. Qorxuram ki, o yerini əzbərləməmiş olum, ancaq bəzi insanların Cəhənnəmə düşdükdən sonra oradan çıxmalarını iddia edərək belə dedi: “Yəni oradan çıxdıqda
qaralmış küncüt çöplərinə bənzəyəcəklər. Cənnət çaylarından birinə girib oradan kağız səhifəsi kimi ağ çıxacaqlar.” Biz qayıtdıq və belə dedik: “Vay olsun sizə, Şeyxin Peyğəmbərin (s.a.v) adından yalan danışdığını zənn edirsiniz. Biz fikrimizdən daşındıq. And olsun Allaha ki, bir kişidən başqa heç birimiz çıxmadı. Yaxud Əbu Nueymin dediyi kimi.”

Ənəs ibn Malik (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Cəhənnəmdən dörd kişi çıxacaq və Allah-Təalaya göstəriləcək. Onlardan biri dönüb Ondan belə diləyəcək: “Ey Rəbbim, məni oradan çıxartdın, bir daha məni ora qaytarma” və Allah onu oradan xilas edəcək.”


Tarix: 24.04.2013 / 21:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 193 Bölmə: Maraqlı melumatlar