beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Öyüd-nəsihət

Möminlərə öz aralarında bir-birlərinə öyüd-nəsihət verməyi əmr etmək İslam şəriətinin əzəmət və mərhə¬mə¬tini göstərir. Hər bir müsəlman öz qardaşına öyüd-nəsihətlə, onu yaxşı işlərə təşviq edir və şər işlərdən isə çəkindirir.
Öyüd-nəsihət möminlərin simalarındandır. Bu haqda Allah taala buyurur:
"And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına) ki, İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir? Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!)" (əl-Əsr: 1-3).

Bu ayələrdə Allah taala, iman gətirib, yaxşı əməl görən, haqqı, səbri tövsiyə və öyüd-nəsihət edənlərdən başqa bütün insanların ziyan içində olduqlarını qeyd edir.
İslam, öyüd-nəsihəti müsəlmanın qardaşlıq haqlarından etmişdir. Bir müsəlman mülayim şəkildə digərinin səhvlərini ona çatdırmalı və ona öyüd-nəsihət etməlidir. Onu insanlar qarşısında rüsvay etməməlidir. Əs¬lində onun öyüd-nəsihətdə məqsədi qardaşının xətasını düzəltmək və ona tövsiyə etmək olmalıdır. Çox vaxt insan öz xətalarından qafil olduğu üçün bir müsəlmanın digərinə nəsihət etməsi əmr edilmişdir. Peyğəmbər  hədislərinin birində buyurur:
"Bir müsəlmanın digəri üzərində altı haqqı vardır". Səhabələr: onlar hansılardır? – deyə soruşdular. O buyurdu: "Səninlə qarşılaşdıqda ona salam ver, səni qonaq çağırdıqda onun dəvətini qəbul et, səndən öyüd-nəsihət istədikdə ona öyüd-nəsihət ver, asqırıb Əlhəmdulilləh dedikdə, ona Yərhəmukəllah de, xəstələndikdə onu ziyarət et və öldükdə onun cənazəsini müşayiət et" .
Heç şübhə yoxdur ki, öyüd-nəsihət cəmiyyətin islah edilməsi üçün ən gözəl vasitədir. Öyüd-nəsihətlə xətalar düzələr, şərəf və ləyaqət yayılar, zəlalətdə olan doğru yola gələr, qafil insan qəflətdən ayılar.


Tarix: 18.04.2013 / 13:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 100 Bölmə: Maraqlı melumatlar