beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İbadət Ləzzəti (HƏZDƏN MƏHRUM OLMAĞIN TƏZAHÜRÜ)

Ibadət həzzindən məhrum olmaq namazı ağırlaşdırar. Məlum olduğu kimi, bəzi insanlar namaza tənbəl yanaşırlar. Namaza durduqda sanki, ağır bir yükün altına girərlər və imamın namazı tez qıldırıb qurtarmasını istəyərlər. Elələri də var ki, namazın salamı verilər-verilməz məscidi tərk edərlər. Bu qism insanlar məgər haqqında danışdığımız həzzi duya bilərlərmi?

Namazda bu hissi yaşayanlar o kəslərdir ki, onlar əzan səsi eşidildikdə namaza tələsərlər, fərz namazıni yerinə yetirməyə hazırlaşarlar, onu bitirdikdən sonra nafilə namazını qılarlar, zikrlər edərlər. Və bütün bu ibadətləri tam xüşu və ixlasla yerinə yetirərlər. Lakin, qəlbi dünyaya bağlanmış kimsələr üçün bunları yerinə yetirib həzzi duymaq çətindir.
Ibn Qeyyim (Allah ona rəhmət etsin!) mömini namaz qılarkən belə vəsf edir: “Mömin, namazın vaxtı gəldikdə dəstəmaz alar, təmizlənər. Məsciddə birinci sıraya can atar. Namazı bütün şərtləri, rüknləri, nafilələri ilə yerinə yetirər və Allahın qarşısında durarkən xüşu kimi daxili hissləri özündə cəm edər. Namazı qurtardıqdan sonra isə onun qəlbində, bədənində, sifətində və bütün əzalarında ibadətin həzzini yaşadığı duyular. Qəlbində dünya həyatından və onun keçici həzlərindən əl çəkib əbədi həyata meyl etdiyinin səmərəsini hiss edər. Namazını çirkinlikdən qoruyar. Ona Allahla görüşəcəyi gün əziz gələr. Onu Allahdan və Onun ibadətindən uzaqlaşdıran hər bir şeyə nifrət edər və bu kimi əməlləri zindan, namazı isə azadlıq sayar. Namaza durduqda dünya həyatının qəmini, kədərini atar, qəlbinin sevincinə və rahatlığına yenidən qovuşar. Həyat ona yalnız namazla gözəl görünər. Mömin olan kəs bu halları bütün namazlarda özündə cəm edər”.
Rəbbimiz nöqsansızdır, pakdır, vəsf olunanlardan ucadır. Allahın bütün elçilərinə salam, aləmlərin rəbbi olan Allaha həmd olsun!


Tarix: 17.04.2013 / 15:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 92 Bölmə: Maraqlı melumatlar