beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

CƏNAZƏNİN MÜXTƏSƏR HÖKMLƏRİ (MEYİDİN YUYULMASI VƏ KƏFƏNLƏNMƏSİ)

1. Meyidin yuyulması və kəfənlənməsi qaydası
Meyidin yuyulması və kəfənlənməsi qaydasını bilmək fardu-kifayədir . Bəzi müsəlmanlar onu yerinə yetirə bilsə, bəsdir. Digərlərinin bunu bilməməsi günah deyil.

2. Meyidi kimlər yuya bilər?
Meyidi yuyan şəxsin müsəlman, etibarlı, inanılan və qüsl qaydalarını bilən olması şərtdir. Ölən şəxs kişidirsə, onun yuyulması kişilərə həvalə olunur. Zövcəsindən başqa onu heç bir qadın yuya bilməz. Yalnız həyat yoldaşı öz ərinə qüsl verə bilər. Əgər ölən şəxs qadındırsa, onu qadınlar yumalıdırlar. Kişilərdən isə yalnız əri ona qüsl verə bilər. Əgər ölən şəxs yeddi yaşına çatmamış uşaqdırsa, onu bütün qadın və kişilər yuya bilər

3. Qüsl verərkən hansı sudan istifadə edilməlidir?
Su təmiz olmalıdır. Daha yaxşı olar ki, soyuq su olsun. Lakin ehtiyac duyulan zaman isti sudan istifadə etmək olar. Məsələn, meyidin üzərindəki kiri aparmaqdan ötrü və ya şaxtalı havada isti su ilə qüsl vermək caizdir.

4. Meyidə harada qüsl vermək olar?
Qüsl verilən yerin imkan daxilində ev və ya çadır kimi gözlərdən uzaq və qapalı olması məqsədə uyğundur.

5. Meyidə qüsl verməzdən əvvəl nə etmək lazımdır?
Meyidi göbəkdən dizə qədər örtmək vacibdir. Sonra paltarı çıxardılır və ayaqları maili formada olan yuyulacaq taxta qoyulur ki, su oradan axsın və qıraqlara tökülməsin.

6. Kimlər yuyulmada iştirak edə bilər?
Bu zaman meyidi yuyan şəxs və ona kömək edənlər iştirak edə bilər. Qalanlarının isə orada olması bəyənilmir.

7. Qüslün forması
İlk öncə yuyucu meyidin başını özünün oturduğu yerə yaxın etməlidir. Sonra isə əlini meyidin qarnına sürtməli və onu sıxmalıdır ki, güman edilən hər şey bədəndən tamamilə xaric olsun. Sonra isə yuyucu bir parçanı əlinə sarıyır və meyidi təmizləməyə başlayır. Sonra isə su ilə yuyur. Daha sonra qüslə niyyət edir, "bismilləh" deyir. Namaz üçün alınan dəstəmaz kimi dəstəmaz aldırır. Lakin bunun bir fərqli cəhəti var ki, ağıza və burna su alınmır. Yuyucunun yaş barmaqları və yaxud nəm bir parça ilə meyidin dişlərinə və burun dəliklərinə sürtməsi kifayətdir. Meyidin ağzına və burnuna su daxil olmamalıdır. Daha sonra meyidin başı və saqqalı sidr və ya sabun köpüyü ilə yuyulur. Əvvəlcə kürəyinin sağ tərəfi, sonra isə sağ əli, sağ çiyni və sinəsinin sağ tərəfi, sağ böyrü, sağ budu, baldırı və ayağı yuyulur. Sonra isə sol tərəfə çevirirlər ki, kürəyinin sağ tərəfi yuyulsun. Eyni qayda ilə də, meyidin bədəninin sol tərəfləri yuyulur. Meyidi yuyan şəxs sidrdən və ya sabundan istifadə edə bilər. Yaxşı olar ki, yuyan zaman parçadan istifadə edilsin.

8. Qüslün sayı
Təmizlik əldə edilirsə, bir dəfə qüsl vermək kifayətdir. Meyidi üç dəfə də yumaq olar. Əgər təmizlik əldə edilmirsə, meyidi yeddi dəfəyə qədər qüsl etmək olar . Axırıncı dəfə qüsl verərkən kafurdan istifadə etmək müstəhəbdir. Çünki, o, meyidin bədənini bərkidir, təmizləyir və soyudur. Həmçinin kafurdan sonda istifadə edilir ki, onun izi qalsın.

9. Qüsldən sonra meyidə nə edirlər?
Meyit paltar və ya bir parça ilə qurulanır, bığlarının uclarından götürülür, dırnaqları uzanıbsa, tutulur. Qoltuq altı tüklər təmizlənir və meyitlə birgə kəfənə qoyulur. Qadının saçlarına isə üç yerdən hörük vurularaq kürəyinə uzadılır.

10. Üzürlü səbəbdən meyidi yumaq mümkün olmasa, nə edilir?
Suyun olmaması ucbatından və ya kəsik və yanıq olduğundan, yuyulması ilə parçalanacağı ehtimalı varsa və ya ölən şəxs qadın olarsa və orada həmin qadının əri yox, yad kişilər olarsa, yaxud əksinə ölən şəxs kişi olarsa və orada həmin kişinin zövcəsi yox, başqa qadınlar olarsa, meyit bu hallarda məsh edənin əlində dəsmal və ya əlcək kimi bir ayırıcı olmaq şərti ilə meyidin üzü və ovucları torpaqla məsh edilərək təyəmmüm edilir. Meyidin bəzi hissələrinin yuyulması çətin olduqda, mümkün olan yerləri yuyulur, qalan yerlər üçün isə təyəmmüm edilir.

11. Qüsldən sonra meyidi yuyan şəxs nə etməlidir?
Meyidi yuyan şəxsin sonra qüsl alması bəyənilir. Lakin, bu vacib deyil.

Saleh bin Fövzan bin Abdullah əl-Fövzan


Tarix: 17.04.2013 / 15:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 573 Bölmə: Maraqlı melumatlar