beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RƏSULULLAHIN ÜMMƏTİ ÜZƏRİNDƏKİ HAQLARI (ikinci)

Ona tabe olmaq və ona asi olmaqdan çəkinməkdir. Ona iman gətirmək və gətirdiklərini təsdiq etmək vacib olduğu kimi, ona iatət etmək də vacibdir. Çünki, bu da onun gətirdiyi şəriətin bir hissəsidir. Allah taala buyurur: “Ey iman gətirənlər! Allaha və Onun Peyğəmbərinə itaət edin, eşitdiyiniz halda, ondan üz döndərməyin!” (əl-Ənfal, 20) Həmçinin, “Peyğəmbər sizə nəyi verirsə, onu götürün, nəyi qadağan edirsə, ondan çəkinin!” (əl-Həşr, 7)

Uca Allah buyurur: “Onun əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (ən-Nur, 63) Başqa bir ayədə Allah sübhənahu və taala belə buyurur: “Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da böyük qurtuluşdur. Hər kəs Allaha və Peyğəm¬bərinə itaət etməyib Onun həd¬lərini aşarsa, onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir”. (ən-Nisə, 13-14)
Əbu Hureyrədən rəvayət olunur ki, rəsulullah (s.a.v.) belə buyurmuşdur: “Kim mənə itaət etsə, Allaha itaət etmiş olar. Və kim mənə asi olsa, Allaha asi olmuş olar”. Bunu Buxari qeyd etmişdir. Əbu Hureyrə başqa bir hədisdə rəvayət edir ki, rəsulullah (s.a.v.) buyurdu: “Ümmətimdən hər kəs Cənnətə daxil olacaq, yalnız üz çevirəndən başqa!” Soruşdular: “Ya rəsulullah, üz çevirən kimdir?” Dedi: “Kim mənə itaət etsə, Cənnətə daxil olar. Və kim mənə asi olsa, üz çevirmiş olar”. Hədis “Səhih Buxari”dədir.
Üçüncü, rəsulullaha (s.a.v.) tebe olmaq, bütün işlərdə ondan örnək götürmək və hidayət yolu ilə getməkdir. Allah taala buyurur: “De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günah¬larınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” (Əli İmran, 31) Digər bir ayədə isə Uca Allah buyurur ki, “Ona tabe olun ki, doğru yol tapasınız!” (əl-Əraf, 158) Onun yolu ilə getmək, sünnətinə sarılmaq və ona qarşı olmaqdan çəkinmək lazımdır. Rəsulullah (s.a.v.) buyurur ki, “Sünnətimi sevməyən biz¬dən deyildir”. Hədisi Buxari və Müslim rəvayət etmişlər.

Səid bin Əli bin Vahf əl-Qahtani


Tarix: 17.04.2013 / 15:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 98 Bölmə: Maraqlı melumatlar