beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DÜNYANIN HƏQİQƏTİNİ AÇIQLAYAN MİSALLAR (Beşinci misal)

Beşinci Misal
Allahın elçisi (sav) dünyanı və dünya əhlini ağacın kölgəsinə bənzətmişdir. İnsan isə bu dünyada Allaha doğru gedən bir müsafirdir. Bu müsafir qızmar bir yay günündə ağacın altında kölgələnib, sonra isə durub oranı tərk edir.

Bu misalın gözəlliyi və reallığa nə qədər uyğun olduğu barəsində dərindən fikirləş. Çünki dünya yaşıllığında ağaca, sürətli keçməsində və yavaşyavaş yığılmasında isə kölgəyə bənzəyir. Qul öz Rəbbinə doğru bir yolçudur. Yolçu qızmar bir yay günündə ağaca rast gəldikdə onun altında ev tikməsi və orada qərar tutması yaxşı olmaz. Əksinə, ehtiyacı olan qədər ağacın altında kölgələnər, bunu uzatdığı təqdirdə isə yoldaşlarından geri qalmış olar.


Tarix: 15.04.2013 / 19:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 111 Bölmə: Maraqlı melumatlar