beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TƏRBİYƏ-Ümmətin qələbəsi üçün həll yolu

Cübeyr ibn Nüfeyr deyir: Vaxtilə Kipr fəth olunduqda və oranın əhalisi bölündükdə onlar (yerli əhali) bir-birinin üstünə qışqırırdılar. Əbu Dərdanın radıyallahu anhu tək oturub ağladığını gördüm. Ona dedim: Ey Əbu Dərda! Allahın islamı və onun əhlini gücləndirdiyi bir gündə səni ağlamağa vadar edən nədir? O dedi: “Vay olsun sənə, ey Cübeyr! İlahi əmrləri tərk etdikləri zaman məxluqlar Allahın nəzdində necə də dəyərsiz olur. Bizim aramızda bir millət vardı. Onların nəzərə çarpan qədər güc və hökmranlığı var idi. Allahın əmrlərini tərk etdilər və gör başlarına nə gəldi!”.

İmam Əhməd əz-Zühd (2/63) və Əbu Nu'eym Hilyətül-Övliya (l/216-217).

Göründüyü kimi bu açıq-aydın və təkzibedilməz bir dəlildir ki, Allahın əmrləri üzərində-faydalı elm və saleh əməllər etməklə-tərbiyə və təhsil Onun köməyinə nail olmaq üçün əsas vasitədir. Əksinə, həmin əmrləri tərk etmək məğlubiyyətin səbəbidir. “Həqiqətən, Allah sübhənəhu və təala-Öz məxluqları üzərinə müəyyən sünnələr (yollar və səbəblər) təyin etmişdir. Kim onları yerinə yetirərsə müvəffəqiyyətə və səadətə nail olar, onlardan üz çevirən isə həqiqətən yolunu azar. Uca Allah iman etməyənlərin timsalında bu qaydadan bəhs edərək belə buyurur: “(Ey Müsəlmanlar!) Sizdən əvvəl bir çox vaqiələr (ibrətli əhvalatlar) olub keçmişdir. İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün!”. (Ali -İmran 3: 137)

Hər bir nöqsandan uzaq olan Allah buyurur: “Allahın (onlardan) öncə gəlib-getmişlər (münafiqlər) haqqında qayda-qanunu belədir. Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən!”. (əl-Əhzab 33:62)

Bu təyin olunmuş qaydalar sadəcə xüsusi bir millətə, dövrə deyil, bütün millətləri, dövrləri əhatə edir. Hətta bu məsələ əyani şəkildə müsəlmanların öndərlərinə-səhabələrə (Allah onlardan razı olsun) təlim edilirdi. Uhud döyüşü buna bir nümunədir. Allah Rəsulu sallallahu aleyhi və səlləm oxçulara öz yerlərində durmağı əmr etmişdi, bununla belə oxçular onun əmrinə tabe olmamış, nəticədə məğlubiyyətə düçar olmuşdular.

Uhud döyüşündən alacağımız ibrətlər:

Əl-Bəra ibn Aazib radiyallahu anhu deyir: “Biz müşriklər ilə o gün (Uhud günü) rastlaşdıq, peyğəmbər sallallahu aleyhi və səlləm bir dəstə oxçunu yerləşdirdi və Abdullah ibn Cübeyri onların başçısı təyin edərək dedi: “Bu mövqeyinizi tərk etməyin, görsəniz ki biz onlara qalib gəlirik, yenə də mövqeyinizi tərk etməyin. Görsəniz ki, onlar bizə qalib gəlir, bizim köməyimizə gəlməyin. Bununla belə, biz düşmənlə qarşılaşdığımızda onlar (düşmənlər) dabanları üstə qaçdılar. Hətta gördüm ki, onların qadınları ayaqlarının altından paltarlarını qaldıraraq dağa tərəf qaçırlar, topuqlarındakı bilərzikləri görünürdü. Bəzi insanlar belə söyləməyə başladılar: Qənimət, qənimət! Abdullah ibn Cübeyr dedi: Peyğəmbər sallallahu aleyhi və səlləm məndən söz alıb ki, yerimdən tərpənməyim. Bununla belə, onun yoldaşları yerlərində qalmaqdan imtina etdilər. Onlar imtina etikdə, Allah təala onları çaşqınlığa saldı. Belə ki, onlar hara gedəcəklərini bilmədilər; bu səbəbdən dolayı yetmiş nəfər itki verdilər....”. (əl-Buxari, ? 4043)


İmam ibn əl-Qeyyim ( hicrətin 751-ci ilində vəfat etmişdir) demişdir:

“Onların başına gələn bu fəlakət öz əməllərinə görə idi. Rəbbimiz buyurur: “Siz (Bədr müharibəsində yetmiş nəfəri öldürüb, yetmiş nəfəri əsir alaraq) onları ikiqat müsibətə düçar etdiyiniz halda, (Ühüd müharibəsində) başınıza bir müsibət gəldiyi zaman: “Bu haradan gəldi?” – dediniz. (Ya Rəsulum!) Söylə: “Bu sizin özünüzdəndir”. Həqiqətən, Allah hər şeyə qadirdir!”. (Ali-İmran 3:165)

Allah təala Özü bunu zikr etmişdir; belə ki, bu məsələ Məkkə surələrində zikr olunanlardan daha ümumi məna daşıyır. Allah təala buyurur: “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər”. (Şüəra 42:30)

Allah təala buyurur: “(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir. (Ya Rəsulum!) Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna şahid olması (sənə) kifayət edər”. (ən-Nisə 4:79)

Gördüyünüz kimi, xeyir və şər burada nemət və fəlakətdir. Allahın nemətləri Onun sizlərə lütf etdiyi şeylərdir, halbuki fəlakətlər isə sizin öz nəfislərinz və əməllərinizdən ortaya çıxmışdır. Beləliklə, birincisi Allahın lütfü və ikincisi isə Onun ədalətidir. Qul hər zaman Allahın lütfü ilə ədaləti arasındadır. Onun lütfü qulunun üzərindədir, Allahın qulu barəsində hökmü və onun üçün təqdir etdiyi hər bir şey ədalətlidir.

Allah təala birinci ayəni belə buyurmaqla qurtarır:
“Həqiqətən, Allah hər şeyə qadirdir!” (Ya Rəsulum!) Söylə: “Bu sizin özünüzdəndir”-dedikdən sonra onlara Öz Ədaləti ilə yanaşı Öz Qüdrətinin ümumiliyini bildirir və O Ən Adil və Qüdrətli olandır”. (Zadul-Mə'ad; 3/238)


Tarix: 14.04.2013 / 13:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 215 Bölmə: Maraqlı melumatlar