beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siğə (Müvəqqəti Nigah)

Rəhmli və Mərhəmətli Allahın adı ilə!
Həmd olsun Allaha – aləmlərin Rəbbinə! Yerə, nuru Qiyamətə qədər sönməyəcək haqq bir tə'lim gətirən Məhəmməd Peyğəmbərə, həmçinin onun ailəsinə və mö'min əshabələrinə Allahın salamı və salavatı olsun!
Ailə – müsəlman cəmiyyətinin vacib hissəsidir və buna görə Allahın şəriətində ona xüsusi yer ayrılıb. İnsan şəriətə uyğun nigah sayəsində öz təbii ehtiyaclarını ən gözəl şəkildə ödəmək imkanı qazanaraq sakitlik və əminamanlıq əldə edir, nəslini davam etdirib Allahın mükafatına sahib olur, öz həyatını nizamlayır, onda öz ailəsinə və uşaqlarının tərbiyəsinə görə mə'suliyyət hissi oyanır. Amma öz həyatını başqa insanın həyatı ilə bağlayarkən gərək bunu ömürlük edəsən.

Məhəmməd bin Əli Əli bin Əbu Talibdən –radıyallahu anhu- bunu eşidib: “Allahın Rəsulu -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı və eşşək ətini yeməyi qadağan etdi” (əl-Buxari 5/172; Müslim 4/134-135 və 6/63; Malik, səh 335; ət-Tirmizi 1121 və 1794; ən-Nəsai 6/125; Əhməd 1/79; əd-Darimi 1996).

Ər-Rabi bin Subra əl-cuhani atasının belə dediyini rəvayət edib: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- Məkkə fəth olunan il müvəqqəti nigahı qadağan etdi” (Müslim 4/133; Əbu Davud 2072-2073; ən-Nəsai “əl-Kubra”da 3809; Əhməd 3/404; əd-Darimi 2202).

Ər-Rabi bin Subra əl-cuhani rəvayət edir ki, onun atası Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- belə dediyini eşidib: “camaat, mən sizə qadınlarla müvəqqəti nigah balamağa icazə vermişdim. Həqiqətən, indi Allah Qiyamət gününə qədər bunu qadağan etdi. Əgər sizlərdən kimsə bu cür nigahdadırsa, o qadını buraxsın və ona verdiyini geri almasın” (Müslim və İbn Macə rəvayət ediblər. Bax, “Müxtəsər Müslim”, 813 və şeyx əl-Albani “Səhih əl-cami əs-Saqir”, 7887).

İyas bin Sələmə atasının belə dediyini rəvayət edib: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- döyüş illərində üç dəfə müvəqqəti nigaha icazə verdi, sonra isə bunu qadağan etdi” (Müslim, 4/131 və Əhməd, 4/55).

Bir dəfə Ömər bin əl-Xəttab –radıyallahu anhu- xəlifə olarkən xütbə zamanı deyib: “Həqiqətən, Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- bizə üç dəfə müvəqqəti nigaha icazə vermişdi, amma sonra o, bunu qadağan etdi. Allaha and olsun ki, kim evli olaraq müvəqqəti nigah bağlayıb Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- bunu qadağan etdikdən sonra yenidən icazə verdiyini təsdiq edən dörd şahid gətirməsə, mən onu daşqalaq (zinaya görə cəza) edəcəm” (İbn Macə, 1963).
Bəziləri iddia edir ki, siğəni peyğəmbərimiz(sav) deyil də, Ömər bina Xattab qadağan etmişdir.Yuxarıdakı hədis isə onların iddialırının yalan olduğunu üzə çıxardır.

Cüveyra Malikin ona Əli bin Əbu Talibin –radıyallahu anhu- İbn Abbasa –radıyallahu anhu- belə dediyini rəvayət edib: “…Allahın Rəsulu Xeybər günü bizə müvəqqəti nigahı və eşşək ətini haram buyurdu” (Müslim, “əl-cami əs-Səhih”,1407).


Bəziləri bu hədislərlə razılaşmır və öz növbəsində bunun əksini göstərən çoxlu hədis gətirirlər. Onlar böyük əshabə və imam Əli bin Əbu Talibə –radıyallahu anhu- əsaslanırlar. Amma gəlin görək bu hədislər e qəbul olunmuş hədis elminə əsasən səhih sayıla bilərmi?

Əl-Kuleyni “əl-Kafi”də İbn Miskənin Abdullah bin Süleymandan nəql olunan belə bir hədisini rəvayət edir ki, imam cəfər deyib: “Əli deyib: “Əgər məni İbn Xəttab qabaqlamasaydı ən bədbəxtlərdən başqa heç kəs zina etməzdi”.

Hətta cəfərilərə görə bu, qondarma hədisdir. Əl-Məclisi kitablarında bunu namə'lum adlandırıb (Əl-Məclisi, “Mulaz əl-Əhyar” 12/29, hədis 5; və “Mirat əl-Uqul”, 20/227, hədis 2).

Əl-Məclisi “Bihar əl-Ənvar” kitabında Mufaddal bin Ömərdən imam cəfərin belə dediyini göstərən uzun bir hədis rəvayət edir:

“ … Bəli. Mö'minlərin əmiri Əli deyib: “İbn əl-Xəttaba lə'nət olsun! Əgər o olmasaydı ən bədbəxtlərdən başqa heç kəs zina etməzdi, axı müsəlmanlarda böyük ne'mət – müvəqqəti nigah var idi».
Bu, qondarma hədisdir (Əl-Məclisi, “Bihar əl-Ənvar”, 103/105).

ən-Nəcaşi hədisləri rəvayət edənlər haqqında “Ər-Rical” kitabında əl-Mufaddal (yuxarıdakı hədisin rəvayətçisi) haqqında yazır: “Onun baxışları qüsurlu, hədisləri isə dolaşıqdır, onlara əhəmiyyət vermək lazım deyil” (ən-Nəcaşi,“Ər-Rical”, 2/359-360).
Əl-Kahbai “Məcmuə ər-Rical” kitabında onun barəsində yazır: “O, hədislərə çox şeylər əlavə edir və həddini aşır. Onun hədislərini rəvayət etmək olmaz” (Əl-Kahbai, “Məcmuə ər-Rical”, 6/131).

Əl-Ərdəbili “cami ər-Ruvat”, əl-Hulyi “ər-Rical” və başqaları da onun barəsində elə bu fikirdədirlər (Əl-Ərdəbili, “cami ər-Ruvat”, 2/258-259; əl-Hulyi, “ər-Rical”, səh. 258).
Beləliklə, cəfəri alimlərinin özləri, imam Əlinin –radıyallahu anhu- müvəqqəti nigaha icazə verildiyini göstərən hədislərini inkar edirlər.

Bundan əlavə, bəziləri imam Əli bin Əbu Talibin –radıyallahu anhu- bu cur nigaha baxışlarını aydın şəkildə əks etdirən hədislərə rast gəlmək olar.


Qazi əl-Məqribi kitabında Əli bin Əbu Talibin –radıyallahu anhu- sözlərini xatırladır: “Gəlinin vəlisi və iki şahid olmasa nigah bağlamaq olmaz. Bir və ya iki dirhəmə, bir və ya iki günlük nigah bağlamaq olmaz. Bu – əxlaqsızlıqdır və nigahda əvvəlcədən heç bir şərt ola bilməz” (əl-Məğribi, “Daaim əl-İslam”, 2/227-229, hədis 858).
Şeyx Məhəmməd ət-Tusi özünün kitablarında, həmçinin cəfəri alim əl-Hur əl-Amili “Vəsail əş-Şiə” kitabında Amr bin Xalidin Zeyd bin Əlidən onun atası imam Əlinin –radıyallahu anhu- belə dediyini göstərən hədis rəvayət edib: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü ev eşşəyinin ətini və müvəqqəti nigahı qadağan etdi” (Məhəmməd ət-Tusi, “əl-İstibsar”, 3/142 və “Təhzib əl-Əhkam”, 2/186).

Zeydilərin kitablarından “Musnəd imam Zeyd ibn Əli”ni göstərmək olar ki, burada onun atasından və babasından imam Əlinin –radıyallahu anhu- belə dediyini göstərən hədis verilir: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı qadağan etdi” (əs-Siyaqi, “ər-Raud ən-Nadir şərh məcmu əl-Fiqh əl-Kəbir”, 4/23).
Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- İbn əl-Hənəfiyə, imam Baqir, imam Zeyd, imam cəfər kimi digər ailə üzvlərinin (əhli-Beyt) –radıyallahu anhum- baxışlarına gəldikdə isə, onlar da müvəqqəti nigahı qadağan edirdilər. Bu barədə əhli sünnə və şiə alimlərinin kitablarından bir neçə misal gətirək.

İmam əl-Beyhəqi (əhli sünnə və əl-cəmaə) “əs-Sünən əl-Kubra” kitabında Busama əs-Sırfidən onun imam cəfərdən müvəqqqəti nigah haqqında soruşub, onu ona təsvir edib. O isə deyib: “Bu zinakarlıqdır” (əl-Beyhəqi, “əs-Sünən əl-Kubra”, 7/207).

Əs-Siyaqi “Raud ən-Nadir” kitabında yazırdı: “İraq ilahiyyatçısı əl-Həsən bin Yəhya bin Zeyd, rəvayət edir ki, Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- ailə üzvləri (əhli-Beyti) müvəqqəti nigahın qadağan edilməsində həmrəy idilər” (Əs-Siyaqi, “Raud ən-Nadir”, 4/26)

Cəfəri şeyxlər İbn İdris (“əs-Sərair əl-Hava”, səh 483), əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/456) və əl-Məclisi (“Bihar əl-Ənvar”, 100/318), İbn Əbu Umeyrin Xişam bin əl-Hakəmdən imam cəfərin müvəqqəti nigah haqqında bu cür dediyini göstərən hədis rəvayət ediblər: “Yalnız əxlaqsızlar belə edirlər”.

İbn İdris (“əs-Sərair əl-Hava”, səh. 66) və əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/450) həmçinin rəvayət ediblər ki, İbn Sinan imam cəfərdən müvəqqəti nigah barəsində soruşduqda o deyib: “Bununla öz ruhunuzu murdarlamayın”.

Əl-Məğribi “Daaim əl-İslam”, kitabında rəvayət edir ki, imam cəfərdən müvəqqəti nigah haqda soruşurlar. O xahiş edir ki, bunu təsvir etsinlər, ona deyirlər: “Kişi qadına rast gəlib ona bir-iki dirhəmə, bir cinsi akt və ya bir-iki günlük müvəqqəti nigah bağlamağı təklif edir”. İmam deyir: “Bu – zinakarlıqdır və yalnız əxlaqsızlar bu cür hərəkət edirlər” (Əl-Məqribi, “Daaim əl-İslam”, 2/259, hədis 859).
Buna görə bütün mö'min müsəlman alimlər müvəqqəti nigahın Qiyamətə qədər qadağan edilməsində yekdildirlər.

Əl-Məzari yazırdı: “Müsəlman alimlər ittifaq etdilər ki, müvəqqəti nigah şəriətlə qadağan olunub. Bununla yalnız Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- sonradan ləğv etdiyi hədislərə əsaslanan bə'zi yolunu azmışlar razılaşmır. Bu hədislər dəlil ola bilməz” (Bax. “əl-Muallam”, 2/131).

Əl-Xəttabi “Məalim əs-Sünən” kitabında yazır: “Müvəqqəti nigahın qadağan olunmasıyla bə'zi şiələrdən başqa bütün müsəlman alimlər razılaşır. Buna hətta mübahisəli suallarda onların imam Əliyə –radıyallahu anhu- və Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- ailə üzvlərinə istinad etmələri ilə də bəraət qazandırmaq olmaz. Belə ki, imam Əli bin Əbu Talibin –radıyallahu anhu- müvəqqəti nigahın sonradan qadağan edildiyini xəbər verdiyi dəqiq mə'lumdur. Bundan əlavə, əl-Beyhəqi imam cəfərin müvəqqəti nigahı əsil zinakarlıq adlandırdığı sözləri rəvayət edib”.

Görəsən uşaq, özünün belə biabırçı şəkildə doğulmasına icazə verən dinə qarşı hansı hisslər keçirə bilər? Hər hansı müvəqqəti nigah həvəskarı özünün həyata bu cür gəlməsi ilə razılaşa bilərmi? Əgər bir qadın bir ayada iki-üç kişiylə siğə etsə və uşağa qalsa o zaman uşağın atası necə müəyyənləşçdirilicək?


Tarix: 14.04.2013 / 13:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 352 Bölmə: Maraqlı melumatlar