beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QURAN VƏ SÜNNƏDƏ GÖSTƏRİLƏN QADAĞALAR(Qan)

Qan: Qan Özü Iki Qismə Bölünür
a) Murdar: Bura ön və arxa ifrazat çıxışlarından gələn qan, axar qanı olan və ətinin yeyilməsi haram buyurulmuş heyvanın qanı, ölmüş və ya şəriət qayda-qanunu ilə kəsilməmiş heyvanın qanı daxildir.
b) Təmiz: Bura insan qanı, balıq qanı, axar qanı olmayan həşəratların qanı (Axar qanı olmayan milçək, ağcaqanad, mətbəx-böcəyi, əqrəb və digər həşəratlar («əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi» 1/534.) şəriət qayda-qanunu ilə kəsilmiş heyvanın cəsədində qalan qan daxildir.

“Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?”. (əl-Maidə 90-91). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Bütün sərxoş edici şeylər içkidir və sərxoş edici nə varsa haramdır”. Müslim 3/1587. Az və ya çox olmasından aslı olmayaraq ağılı dumanlandıran və sərxoş edən hər bir şey haramdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sərxoş edici şeylərin azı da, çoxu da haramdır”. Səhih Əbu Davud 3128. İbn Ömər və Əbu Hureyrə – radıyallahu anhum - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Hər kim dünyada ikən şərab içər və bu günahdan tövbə etməzsə Axirətdə Cənnət şərabından məhrum olar və ondan içməz (Başqa rəvayətdə: Hər Xamr haramdır). Müslim 2002,2004. )

Ölü (Leş - Kəsilmədən Ölüb Murdar Olmuş) Dəniz Heyvanları Icazə Veriləndir
Suda, yalnız suda nə yaşayırsa yeyilməsi icazə veriləndir. Istər ölü (leş) olsun, istərsə də diri. Əbu Hureyrə – radıyallahu anhu - rəvayət edir ki, bir kişi gəlib Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdu: “Ey Allahın Rəsulu! Biz dənizə çıxdığımız zaman özümüzlə az miqdarda su götürürük. Onunla dəstəmaz alarıqsa, içməyə suyumuz qalmaz. Elə isə dəniz suyu ilə dəstəmaz ala bilərikmi?”. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Dənizin suyu təmizdir və içərisində ölmüş su heyvanları da halaldır”. Əbu Davud 1/83, Tirmizi 1/69, Nəsəi 1/176, «Muvatta» 1/22 – 12-ci hədis, «Müsnəd» 2/237, “İrvaul-Ğalil” 1/42–9-cu hədis.
İmam əs-Sənani – rahmətullahi aleyhi - deyir ki: “Bu hədisdən də göründüyü kimi, dənizdə yaşayan su heyvanlarının ölüsü (leş) belə halaldır (icazə verilən). Hətta zahirən belə onlar itə və donuza oxşasalarda”. “Subus Salam” 1/23.
Timsaha gəldikdə isə: Alimlər timsahın yeyilməsini qadağan ediblər. Çünki o, suda yaşadığı kimi, quruda da yaşayır. “Təfsir İbn Kəsir” 3/197.
Ölmüş heyvanlardan aşağıdakılar təmiz hesab olunur: Balıq(Suda-quruda yaşayanlar bura daxil deyildir.) və çəyirtkə: İbn Ömər – radıyallahu anhu - demişdir: “İki leş və İki qan bizə halal edilmişdir. İki leş balıq və çəyirtkədir, iki qan isə ciyər və dalaqdır”. İbn Məcə, Həkim, Beyhəqi, «Müsnəd» 2/97; İrvaul-Ğalil, 8/164–2526-cı hədis, “Səhihul Cəmi” 210.
Şəriət qayda-qanunu ilə kəsilmiş heyvanın cəsədində qalan qan da təmiz sayılır. “Səhih Fiqhu Sunnə” 2/338. Rəvayət edilir ki, Aişə – radıyallahu anhə - şəriət qayda-qanunu ilə kəsilmiş heyvanın cəsədində qalan qanda və ətin qızartılığında bir problem olmadığını görürdü”. Təbəri 8/71.

Istənilən Növ Pendirin Yeməkdə Istifadə Edilməsi
Alimlər heyvanların mədəsindən götürülərək pendirə qatılan qursağın “İnfaxa” yeyilməsində fikir ayrılığıdadırlar. Bir çox alimlər (çoxluq) qeyd edirlər ki: Müsəlmanların və Kitab Əhlinin hazırladıqları pendiri yemək olar, çünki qeyrilərnin (kafirlərin, bütpərəstlərin və s.) kəsdikləri heyvanların ətləri ölü (leş) sayıldığı üçün hazırladıqları pendirləri də yemək olmaz.
İkinci qrup alimlər: Əbu Hənifə və Hənbəlilərdən bəziləri müşriklərin belə hazırladıqları pendirin yeyilməsinə icazə vermişlər. Onlar qeyd edirlər ki: Ölü (leş) sayılan heyvanın qursağı və südü nəcis sayılmır(1)

Bu da səhabələrin söz və əməllərinə əsaslanaraq deyilən ən səhih rəydir. “Əhkamul Quran” 1/168, “Bahrur Raik” 1/112. Ömər – radıyallahu anhu - dan ölü (leş) heyvanın mədəsindən götürülərək tərkibinə qursaq qatılmış pendir barəsində soruşdilar o: “Allahın adını zikr edərək yeyin” deyə cavab verdi”. İbn Əbi Şeybə 5/130, AbdurRazzaq 4/538, İmam Əhməd “Səhih”. Həmçinin: Təlhə b. Ubeydullah – radıyallahu anhu – bıçaq ilə bir dilim pendir kəsdi və Allahı adını zikr edərək yedi”. İbn Əbi Şeybə 5/131. Həmçinin: Salman Farisi və Həsən bə Əli – radıyallahu anhum – dan belə rəvayətlər varid olmuşdur. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Bütpərəstlərin hazırladıqları pendiri yemək olar. Çünki səhabələr İraqı istila etdikləri (aldıqları) zaman atəşpərəstlərin pendirlərini yeyirdilər”. “Məcmuu Fətava” 21/101.

Köpək Dişi Olan Heyvanların Yeyilməsi Qadağandır
Əbu Hureyrə – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Köpək dişi olan vəhşi heyvanların yeyilməsi qadağandır”. Müslim 1933. Bura daxildir: Aslan, Pələng, canavar, Tülkü, Ayı, Fil və s. İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: “Fil müsəlmanların qidasından sayılmaz”. “Əhkamu Zəbaih” 139.
Bu qadağadan istisnadır Kaftar (goreşən): İbn Əbu Ammar rəvayət edir ki, bir Cabir – radıyallahu anhu - dan soruşdum: “Kaftarı ovlamaq olarmı?”. O: “Bəli” dedi. Mən: “Allahı Rəsulu buna icazə veribmi?”. O: “Bəli” deyə cavab verdi. Əbu Davud 3801, Tirmizi 851, Nəsəi 5/191, əl-Albani “Səhih”(Kaftarın qadağan olunması barəsində Tirmizidə gələn hədis isə zəifdir. )

İcazəlidir yemək ev və çöl dovşanını: Ənəs – radıyallahu anhu - rəvayət edir ki, günlərin birində insanlar Marr az-Zahranədə dovşanı qovaraq tutmaq istəyirdilər. Lakin yorulub əldən düşdülər. Mən isə qaçaraq onu tutdum. Dovşanı Əbu Təlhə – radıyallahu anhu - nun yanına gətirdim. Əbu Təlhə – radıyallahu anhu - onu kəsərək budunu (arxa ayaqlarını) Peyğəmbər – sallallahu aleyhi və səlləm – göndərdi”. Buxari 2672, Müslim 1953.
Bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında kirpi barəsində söz etdilər. Peyğəmbər: “Bu – nə isə iyrənc (pis bir) şeydir”. Əhməd, Əbu Davud, Beyhəqi, İbn Həcər “Zəif” hədis. İmam Sənani – rahmətullahi aleyhi - deyir ki: “Bu məsələdə səhih rəy kirpi ətinin yeyilməsini icazə verən alimlərin rəyidir. Çünkü kirpi ətinin yeyilməsini qadağa edən səhih dəlilin olmamasıdır. Bu məsələdə özül (təməl) odur ki, hər bir şey halaldı (icazə verilən), qadağan olunandan başqa”. “Subus Salam” 4/108.


(1) Həmçinin: Ölü (leş) heyvanın Sümüyü, buynuuz, dırnağı, yunu, tükləri nəcis sayılmır. Lakin əti, qanı, dərisi nəcis sayılır.
Həmçinin: İstənilə heyvanın, hətta donuzun belə dərisi yalnız aşılandıqdan sonra təmiz hesab olunur. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İstənilən dəri aşılandıqdan sonra təmiz olur”. Müslim 1/105, Əbu Davud 4123, Tirmizi 1728, Nəsəi 3/173. İmam Sənani – rahmətullahi aleyhi - deyir ki: “Bu hədis açıq-aydın dəlildir ki, istənilən heyvanın dərisi aşılandıqdan sonra çöl və içəri tərəfdən təmizlənmiş olur. Buna da “İstənilən dəri” sözləri əyani sübutdur”. “Subus Salam” 1/42. Bu da dəri barəsində olan 7 rəydən ən doğrusudur. Bu rəydə həmçinin olmuşlar: Əli b. Abu Talib, İbn Məsud, Davud, Abu Yusuf, Sanani, Şovkani və Şeyx əl-Albani – Allah onlardan razı olsun -. Bəzi alimlər qeyd edirlər ki: Hədisdə söhbət yalnız əti yeyiləsi heyvanların dərisindən “İhab” gedir. Lakin bu sözlərin heç bir əsası yoxdur. Necə ki, bu haqda İmam Şovkani – rahmətullahi aleyhi - “Neylul Əvtar” da qeyd edir: “Hədisi bu cür anlamaq Nadr b. Şamilin dediklərinə də ziddir. İhab – aşılanmış dəridir. Bu da ən səhih olan rəydir. Dilçilər də öz kitablarında buna işarə etmişlər. əs-Səhih, Qamus, Nihayə və s. Əgər biz bu kitablar yönəlmiş olsaq İhab – sözünün yalnız yeyilməsi icazə verilən heyvanların dərisi olmadığını görərik”. Bütün bu deyilənlərdən aydın olur ki, istənilən növ heyvanın dərisi aşılandıqdan sonra təmiz sayılır. Qadağa yalnız vəhşi köpək dişləri olan heyvanların dərilərindən istəfadə etməyə gəlib.
Həmçinin: Qadağandır köpək dişləri olan heyvanların dərisindən istifadə etmək geyimdə və üstündə oturmada. Valid b. Əbu Malik rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qadağan edib vəhşi heyvanların dərisindən istifadə etməyi”. Həkim, əl-Albani “Səhih Cəmi” 6953, “Subus Salam” 1/42-44, Şovkani “Neylul Əvtar” 1/55-59, əl-Albani “Samrul Mustatab” 1/34. Huzeyfə – radıyallahu anhum - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qızıl və gümüş qablardan içməyimizi, yeməyimizi, ipək və atlas geyinməyimizi və bunların üzərində oturmağımızı bizə qadağan etdi”. Buxari 5232. Muaviyə – radıyallahu anhum - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ipək və pələng dərisi ilə örtülmüş miniklərə minməyimizi qadağan etdi”. Əbu Davud 4129. Əbu Məlih atasından rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – vəhşi heyvanların dərilərindən istifadə etməyi qadağan etmişdir (Başqa rəvayətdə: Yataqları bəzəməyi də qadağan etmişdir”. Əbu Davud 4132, Tirmizi 1771, Nəsəi 7/176.


Tarix: 13.04.2013 / 15:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 411 Bölmə: Maraqlı melumatlar