beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HEYVANIN ƏTİNİN YEYİLMƏSİNƏ İCAZƏ VERİLMƏSİ ÜÇÜN ZƏRURİ (VACİB) ŞƏRTLƏR

Yeyilməsinə Icazə Verilən Ət MəhsullarI Iki Qismə Bölünür:
1. Bu o, ət məhsullarıdır ki, onların yeyilməsi üçün heç bir şərt lazım deyil. Bu da suda yaşayan heyvanların ətləridir.
2. Bu da o, heyvanlardır ki, ətlərinin yeyilməsinə icazə verilmişdir, lakin müəyyən şərtlərdən sonra. Necə ki, şəriətə uyğun olaraq onların kəsilməsidir. Bu da aiddir kim kəsir və necə kəsirə.

Birinci Şərt – Heyvanı Kəsən Müsəlman, Yəhudi Və Xaçpərəst Olmalıdır

“Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (Yəhudilərin və Xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!” (əl-Maidə 5). İbn Abbas – radıyallahu anhu – deyir ki: “Kitab əhlinin” – deyildikdə onların kəsdikləri heyvanlar nəzərdə tutulur”. Buxari 4/636.
Bir nəfər Əbu Darda – radıyallahu anhu – dan yemək üçün verilmiş, lakin “Carcas” kilsəsində kəsilmiş qoyun barəsində soruşdu. Onu yeyə bilərəmmi?. Əbu Darda: “Həqiqətən onlar Kitab Əhlidirlər, onların yeməkləri bizə halal edildiyi kimi, bizim yeməklər də onlara halal edilmişdir və o, ətdən yeməyi ona əmr etdi”. Təbəri 6/66, əl-Albani səhih. Həmçinin: İbn Məsud, Əbu Umamə, Mucahid, Said b. Cubeyr, İkrimə, Ata, İbrahim ən-Nəhai – Allah onlardan razı olsun – bu sözləri demişlər. Təfsir İbn Kəsir 2/19.
Kitab Əhli tərəfindən kəsilmiş heyvanın yeyilməsinin icazə verilməsində bütün müsəlman alimlərinin İcma etdiklərini İbn Munzir, İbn AbduBər, İbn Qudamə və İmam Nəvəvi – Allah onlardan razı olsun – öz əsərlərində qeyd etmişlər. Buna yalnız Xəvariclər müxalif olmuşlar.

Qadın Və Uşaq Tərəfindən Kəsilmiş Qurbanlıq

Həmçinin: Müsəlman, Yəhudi və Xaçpərəst qadın tərəfindən kəsilmiş heyvanın ətini də yemək olar. Kəb b. Məlik – radıyallahu anhu - rəvayət edir ki, bir qadın iti bir daşla qoyunu kəsir və bu haqda Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşur. Peyğəmbər – sallallahu aleyhi və səlləm – həmən ətdən yeməsini buyurur”. Buxari 5504, Müslim.
Bu hədisdə olan faydalardan: Qadının qurban kəsməsinə icazə verilməsi, həmçinin əgər bıçaq olmadıqda iti daşla da kəsməyin icazəli olmasıdır. İbrahim ən-Nəhai – rahmətullahi aleyhi - deyir ki: “Qadının və uşağın qurbanlıq heyvanını Allahın adını zikr edərək kəsməsində heç bir problem yoxdur”. İbn Həcər “Fəthul Bəri” 9/575. İbn Munzir – rahmətullahi aleyhi - deyir ki: “Alimlər ittifaq ediblər ki, qadın və uşaq tərəfindən kəsilmiş qurbanlığın yeyilməsində heç bir problem yoxdur”. “İcma” 43.

Mürtəd, Kafir, Zındıq, Dinsizin Və Müşriklərin Kəsdikləri Heyvanların Ətlərinin Yeyilməsi Qadağandır

İbn Abbas – radıyallahu anhu - deyir ki: “Əgər heyvanı Məcusi (odpərəst) kəsərsə, hətta Allahın adını zikr etsədə belə - o, ətdən yeməyin”. AbdurRazzaq 8548, İbn Həcər səhih.
İmam Qurtubi – rahmətullahi aleyhi - deyir ki: “O, ki qaldı Məcusilər tərəfindən kəsilmiş heyvanlara bütün alimlər ittifaq ediblər (yalnız müxalif olanlardan başqa) onların kəsdikləri heyvanların ətlərini yemək və qadınlarına evlənmək qadağandır. Çünki onlar Kitab Əhli deyillər”. “Təfsir Qurtubi” 6/77.


Nə Üçün Kitab Əhlinin Kəsdiyi Heyvanların Ətlərini Yemək Halaldı, Halbuki Onlar Kafirdirlər?

Kitab Əhli olan kimsələr (Yəhudi və Xaçpərəstlər) digər kafirlərdən fərqlənirlər. Çünki onlara Peyğəmbərlər gəlmiş, onlara Səməvi kitablar nazil olmuş (Zəbur, Tövrat, İncil), bu Peyğəmbərlərə iman gətimişlər və s. səbəblər. Lakin sonradan onlar bu kitabları təhrif edib doğru yoldan azmışlar. Buna görə də Allah onların qadınları ilə evlənməyə icazə vermiş və kəsdikləri heyvanların ətlərini yemyi də müsəlmanlara halal etmişdir. “Təfsir Təbəri” 3/467, “Təfsir əs-Sədi” 209. Lakin müsəlman qadına haaramdır Kitab Əhli olan bir kimsəyə ərə getmək. Bu cur nigah doğru deyildir.
İkinci Şərt – Ağlı Başında Olmalıdır
Heyvanı kəsən kimsə ağıllı-başlı olmalı, dəli və içkili olmamalıdır. Kəsən kimsə bilməlidir kimin üçün qurbanı kəsir və kimin adı ilə bunu edir. “Muğni” 8/581.

Üçüncü şərt – Kəsilən Heyvan Yalnız Allah Rızası Üçün Kəsilməlidir

“De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!”. (əl-Ənam 162-163). Amir b. Vəsilə deyir ki: “Bir dəfə Əli b. Əbu Talib – radıyallahu anhu – nun yanında idim. Bir kişi onun yanına gələrək soruşdu: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – sənə sirr olaraq bir şey deyibmi?”. Əli – radıyallahu anhu – qəzəbli halda dedi: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – gizli olaraq mənə heç bir şey deməyib. Yalnız bu dörd şeydən başqa”. Kişi: “Ey Əmirəlmöminin onlar nədir?” deyə soruşdu. Əli: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allahdan qeyrisinə qurban kəsənə Allah lənət etsin...”. Müslim 1978, 13/50.
Həmçinin: Qurbanlıq heyvanını kəsmək olmaz müşriklərin bütlərinin olduğu yerdə və bayramlarının kerildiyi yerlərdə. Sabit b. Dahhaq – radıyallahu anhu - rəvayət edir ki, bir nəfər Buvanə adlanan yerdə dəvə qurban kəsməyi nəzir etmişdi və Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bu haqda fikrini soruşduqda o: “Orada cahiliyyə dövründə insanların ibadət etdiyi büt olubmu?”. O, kimsə: “Xeyr” olmayıb. Peyğəmbər: “Orada müşriklərin hansısa bayramı keçirilibmi?”. Adam: “buyurdu: “Yox” keçirilməyib”. Bu zaman Peyğəmbər: “Əhdinə əməl et”. Əbu Davud 3313 Təbərani 1/134, əl-Albani səhih.

Dördüncü Şərt – Qurbanlıq Kəsilən Zaman Allahın Adını Zikr Etmək

Bu haqda ixtilaf vardır. Bir qrup alimlər Bismilləh kəliməsinin deyilməsini Sünnə (müstəhəb), digərləri isə bunu vacib biliblər. Sünnə (müstəhəb) deyən Şafiilər bu hədisə əsaslanmışlar: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Müsəlman bir kimsənin kəsdiyi heyvan halaldır, hətta Allahın adını zikr etsədə, etməsədə belə”. Əbu Davud “Marasil” 378, əl-Albani “İrva” 2537 zəif hədis.
Lakin bu məsələdə ən səhih rəy qurban kəsilərkən Bismilləh deyilməsinin vacib olduğunu deyənlərin rəyidir. Bu da Quran və Sünnə ilə öz təsdiqini tapmışdır. “Əgər siz Allahın ayələrinə inanan kimsələrsinizsə, üstündə Onun adı çəkilmiş (Bismillah deyilərək kəsilmiş) heyvanları yeyin! Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş (heyvanların) ətindən yeməyəsiniz? Halbuki məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqların artıq O (Allah) müfəssəl şəkildə sizə bildirmişdir. Şübhəsiz ki, çoxları (şəriəti) bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq (xalqı) düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır!”. (əl-Ənam 118-119). “Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik. Sizin üçün bu qurbanlarda (dini və dünyəvi) xeyir vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları) halda kəsərkən üstlərində Allahın adını çəkin (Bismillah deyin). Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə etiraz etməyənə) və dilənçiyə də yedirdin. Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (nemətimizə) şükür edəsiniz!”. (əl-Həcc 36).
Ummu Sələmə – radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Qurbanlıq heyvanlarını kəsin Allahın adını zikr edərək”. Nəsəi 4368, İbn Məcə 3152, əl-Albani səhih. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Mən sizin öz bütləriniz üçün kəsdiyiniz heyvanların ətindən yemirəm və mən Allahın adı ilə kəsilməyən heyvanın ətindən də yemirəm”. Buxari 4/58.
Qurbanlıq heyvanının kəsilməsində Allahın adını zikr edərək kəsməyi vacib görənlər özləri də iki fikrə ayrılıblar. Əgər bir müsəlman qəsdli olmadan Bismilləh kəliməsini deməyi unudubsa. Bu əti yemək olar, yoxsa yox? Allahın adı zikr olunmadan kəsilən heyvanın ətinin yeyilməsini qadağan edən alimlər deyirlər ki: “Kəsilən heyvanın ətinin yeyilməsinin halal olması üçün onun üzərində Allahın adının zikr olunmasına görədir. Buna görə də bir kimsə Bismilləh deməyi unudarsa (qəsdli olmadan) bu ətidən yemək olmaz”. “Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır...”. (əl-Ənam 121). Lakin İbn Abbas – radıyallahu anhu - bu ayənin təfsirində deyir ki: “Bu ayədə söhbət Allah üçün kəsilməyən heyvanlardan gedir”. Buna görə də qəsdli olmadan Allahın adı ilə kəsilməyən heyvanın əti halaldı. Bu fikirdə olub: Əli, İbn Abbas, Sad b. Museyyib, Ata, Tavus, Həsənul Bəsri – Allah onlardan razı olsun - və s. “Bidayatul Muctəhid” 1/448. İbn Abbas – radıyallahu anhu - deyir ki: “Hər bir müsəlmanda Allahın adı vardır (Başqa rəvayətdə: Müsəlmanın bu adı daşıması ona kifayətdir). Heyvanı kəsdiyi zaman Allahın adını zikr etməyi unudarsa qoy o, ətdən yesin (Başqa rəvayətdə: Yediyi zaman Bismilləh desin). Lakin heyvanı Allahın adını zikr edərək Məcusi kəssə o, ətdən yeməyin”. Daraqutni 4/296, AbdurRazzaq 8548, “Buluq əl-Məram” 1345, İbn Həcər “Fəthul Bəri” 9/624 səhih, əl-Albani “İrva” 2547 zəif.
İmam ət-Təbəri – rahmətullahi aleyhi - deyir ki: “Müsəlman bir kimsənin unutqanlıqdan kəsdiyi heyvanın ətini yemək olmaz deyənlərin sözləri haqdan çox uzaqdır və onlar Əhli Sünnətin olduğundan əyilmişlər”. “Təfsir Təbəri” 1/52, 8/21. Lakin bir kimsə qəsdli şəkildə (Bismilləh) deməyin vacib olduğunu bildiyi halda Allahın adını zikr etməzsə o, ətdən yemək olmaz.

Kitab Əhlinin Qurban Kəsərkən Allahın Adını Zikr Etmələri

İmam əş-Şabii – rahmətullahi aleyhi - deyir ki: “Allah Kitab Əhlinin kəsdiyi heyvanların ətlərini bizlərə yeməyi halal etmişdir, onların kəsdikləri zaman nə deyəcəklərini bildiyi halda”.
Bu məsələdə ən gözəl və doğru rəy İmam Zuhri və Həsənul Bəsri – rahmətullahi aleyhi – nin dedikləridir: “Əgər sən (qulağınla) eşitsən ki, onlar heyvanı Allahdan qeyrisinin adı ilə kəsiblər, yemə! Yox əgər sən eşitməmisənsə o, zaman ye! Çünki Allah bunu sənə icazə verib, onların kafir olduğunu bildiyi halda”. “Fəthul Bəri” 9/552, “Təfsir Beydavi” 2/298.

Beşinci Şərt – Qurbanlıq Heyvanının Qanını Axıdmaq, Boğazını Və Qida Borusunu Kəsmək

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Qanı axıdılmış və Allahın adı ilə zikr edilmiş heyvanın ətindən yeyin”. Buxari 2488.
Qurbanlıq heyvanının ətinin yeyilməsi üçün qanının axıdılması vacib şərtlərdən biridir. Ata – rahmətullahi aleyhi - deyir ki: “Qurbanlıq – iki boğaz damarının kəsilməsidir”. İbn Abbas – radıyallahu anhu - deyir ki: “Qurbanlıq heyvanının kəsildiyi yer – boğazıdır”. İbn Ömər, İbn Abbas və Ənəs – Allah onlardan razı olsun – deyirlər ki: “Əgər qurbanlıq heyvanın bütün başını kəsib qoparsan bunda heç bir problem yoxdur”. Buxari 4/573.
İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: “Qurbanlıq heyvanlarını mərhəmətli şəkildə kəsiləcəyi yerə gətirmək, bıçaqı gizlətmək və yalnız kəsilən anda çıxarılmalıdır”. “Cəmiul Ulumul vəl Hikəm” 157. İmam Nəvəvi – rahmətullahi aleyhi - deyir ki: “Bir heyvanı digərinin yanında kəsmək olmaz”. “Şərh Müslim” 13/93. Həmçinin alimlər deyirlər ki: “Kəsiləcək heyvanı sol böyürü üstə uzatmaq (bu kəsməyi asanlaşdırır), bu zaman heyvanın başı onun sol əlində, bıçaq isə sağ əlində olur”. “Şərh Müslim” 13/122.

Qurbanlıq Heyvanı Qibləyə Tərəf Yönəltmək

Qurbanlıq heyvanı Qibləyə tərəf döndərməyin Sünnə, yoxsa vacib olması barəsində Quran və Sünnədə bir şey varid olmayıb. İmam Şaukani – rahmətullahi aleyhi - deyir ki: “Bu barədə Quran və Sünnədə heç dəlil yoxdur. O, ki qaldı qurbanlıq heyvanın qibləyə tərəf döndərilməsinin müstəhəb olmasını deyənlərə - bu düzgün deyildir. Çünki müstəhəb – şəriət qayda-qanunu olduğu üçün onun da dəlilə ehtiyacı vardır”. “Seylul Cərrar” 4/70. Lakin buna baxmayaraq heyvanı Qibləyə tərəf döndərməkdə çətinlik yoxdursa bunu etmək daha yaxşıdır. Çünki İbn Ömər – radıyallahu anhu – qurbanləq zamanı heyvanı qibləyə tərəf döndərməyi sevər və qibləyə tərəf döndərilərək kəsilməyən heyvanların ətini yeməyi də sevməzdi”. AbdurRazzaq 8585, Beyhəqi 9/285, əl-Albani səhih.

Qurbanlıq Heyvanı Nə İlə Kəsmək Olar?Şəriətin qadağan etdiyindən başqa, Qanı istənilən iti bir alət ilə axıdmaq olar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdular: “Biz düşünürük ki, sabah düşmən artıq burada olacaq. Biz heyvanlarımızı qamış ilə kəsə bilərikmi?”. Peyğəmbər: “Qanı axıdılmış və Allahın adı ilə zikr edilərək kəilmiş heyvanların ətidən yeyin. Lakin heyvanları Sinnom və Zufrom ilə kəsməyin. Çünki Sinno – sümük, Zufron – Həbəşilərin bıçaqıdır” deyə buyurdu. Buxari 2488, Müslim 1986. Qanın axıdılması istənilən iti bir alət (şüşə, daş, qamış, dəmir) vasitəsilə ola bilər.


Tarix: 13.04.2013 / 15:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 442 Bölmə: Maraqlı melumatlar