beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHIN seçimi daha doğrudur !

Hər birimiz yaradılmış, aciz, zəif və möhtac qul olduğumuzu bilirik. Hamımız hər
şeyə qadir olan Allaha inanırıq və yalnız Ondan diləmək üçün əllərimizi açıb dua
edirik. İnsan acizliyini və möhtaçlığını etiraf edərək əlini açır və hər şeyi yalnız
Allahın verə biləcəyinə inanaraq Ona dua edir. Lakin mömin bir bəndə Allaha tam
inanaraq və güvənərək dua etməlidir.

Duadan sonra nə vaxt qəbul olduğu barədə
şübhələnməməlidir. Darlığa və zorluğa düşən mömin Allaha dua edibsə, qəlbində
qəbulun gecikməsi və ya rədd edilməsi barədə şəkk etməməlidir. İnsan yalnız dua
etməlidir, dua olunan və rica edilən isə hər şeyin maliki, ən hikmətlidir. Əgər
qəbul etməzsə, öz mülkündə istədiyini edib. Yaxud qəbulu gecikdirərsə, hikməti ilə
etmişdir. Əgər bunları daxilində inkar edən varsa, Allahın bəndəsi sifətini itirmiş
sayılır. Həm də bilsin ki, Allahın seçdiyi, onun özünün özünə seçdiyindən daha
xeyirlidir.
İnsan bilmir, qeybi görmür, çox şeyi dərk etmir. Dua edər, sel istəyər, sel gəlib
aparar. Özünə ziyan verən şeyləri ayırd etməyə bilər.
Əgər mömin bəndə tam olaraq Allahın hikməti və hökmü ilə razı olarsa, hər şeyi bu
minvalla Ona təslim edərsə, istədiyi olsa da olmasa da qəlbi rahat olar.
Peyğəmbərimizdən (s.a.s) rəvayət olunan hədisdə deyilir ki; “Hər hansı bir müsəlman
Allaha dua edərsə, mütləq Allah onu qəbul edər. Ya tezliklə, ya gec, ya da Axirət
gününə saxlayar”. Həqiqətən də bir təsəvvür edin ki, qiyamət günü, sorğu-sual və
hesab zamanı, dünyadan axirətə saxlanılan duaları insan gördükdə arzu edəcək ki, kaş
heç bir duası dünyada qəbul olunmayaydı.
Gəlin dua edərkən, hər şeyin sahibi Allah olduğunu xatırlayaq və nə edirsə hikməti
ilə etdiyinə inanaraq, bununla hər şeyi Ona təslim edək. Duanın gec və ya tez, hansı
zamanda qəbul olacağını heç düşünməyək, qəlbimizdə zərrə qədər də şübhə olmasın!


Tarix: 12.04.2013 / 19:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 139 Bölmə: Maraqlı melumatlar