beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QİYAMƏT NƏ ZAMAN QOPACAQDIR?

Bəzi alimlər uydurma hədisə əsaslanaraq Qiyamətin 7000 ildən sonra qopacağını söyləyirlər. Lakin səhih görüş odur ki, bu hədis alimlər tərəfindən zəif və uydurma qəbul edilmiş və Qiyamətin qopma vaxtını Allahdan başqa heç kəs bilməz.

Bəzi alimlər uydurma hədisə əsaslanaraq Qiyamətin 7000 ildən sonra qopacağını söyləyirlər. Lakin səhih görüş odur ki, bu hədis alimlər tərəfindən zəif və uydurma qəbul edilmiş və Qiyamətin qopma vaxtını Allahdan başqa heç kəs bilməz. (-Albani “Camius Sağirin Zəifləri” 3/160, H. 3013 uydurma. )

İbn Qeyyim – rahmətullahi aleyhi - deyir ki: “Uydurma hədisin Quranın sözlərinə zidd olmasıdır. Dünyanın ömrü 7000 min ildir. Biz indi yeddinci minillikdəyik – hədisi kimi. Bu çox açıq bir yalandır. Hədis səhih olsaydı bizim zamanımızdan Qiyamətə qədər düz 250 il qaldığını hər kəs bilərdi” (“Mənarul Munif” səh. 80, “Məcmuul Fətava” 4/342. )

Çünki İbn Qeyyim – rahmətullahi aleyhi - Hicri 8-ci ildə yaşamışdır və bu sözü öz zamanında söyləmişdir. Onun bu sözünün üzərindən 650 il keçdi lakin dünya hələ də durur.
Qurani Kərimdəki ayələr və Peyğəmbər – sallallahu aleyhi və səlləm –in hədislərində keçdiyi kimi Qiyamətin nə zaman qopacağını Allahdan başqa kimsə bilməz. Onun nə zaman olacağını Allah bilir, nə bir mələyə, nə də bir Peyğəmbərə bildirməmişdir. Qiyamətin nə zaman baş verəcəyini Allahdan başqa kimsə bilməz. Əhli Sünnə Qiyamətin qopma vaxtını Allah tərəfindən bilindiyinə, Allahdan başqa kimsənin onu bilmədiyinə inanırlar. «Həqiqətən qiyamətin qopacağı vaxtı ancaq Allah bilir». (Loğman 34). (Ya Muhəmməd!) Səndən Qiyamət haqqında soruşurlar ki, nə vaxt qopacaq? De ki: «O, ancaq Rəbbimə məlumdur. Qiyamətin qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz». (əl-Əraf 187). (Ya Muhəmməd! Müşriklər) Səndən qiyamətin nə vaxt qopacağı barəsində soruşurlar. Sən onun vaxtını nə bilirsən? Onu bütün təfərrüatı ilə bilmək ancaq sənin Rəbbinə məxsusdur». (ən-Nəziat 42-44). Başa düşüldüyü kimi onun nə zaman olacağına ən son Allah qərar verəcəkdir.
Ömər - radıyallahu anhu – nun rəvayət etdiyi hədisdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən Qiyamət saatı haqqında soruşan Cəbrail – əleyhissəlam – a Rəsulullah – sallallahu aleyhi və səlləm – belə cavab vermişdi: «Soruşulan soruşandan cox bilmir» (Buxari, Müslim. )

Göründüyü kimi həm Cəbrail – əleyhissəlam – həm də Peyğəmbər – sallallahu aleyhi və səlləm – Qiyamətin nə zaman baş verəcəyini bilmirlər. Yenə də Qiyamətə yaxın enməsi böyük əlamətlərdən olan İsa – əleyhissəlam – ın belə Qiyamətin nə zaman olacağını bilmir. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Merac gecəsi İbrahim, Musa və İsa – əleyhimussəlam – ilə qarşılaşdım. Qiyamətin nə zaman olacağını müzakirə edirdilər. İbrahim: “Nə zaman olacağını bilmirəm” dedi. Musa: “Nə zaman olacağını bilmirəm” dedi. İsa: “Nə zaman olacağını Allahdan başqa kimsə bilməz. Allah Dəccəlin çıxdığını mənə xəbər verdi. Mənim əlimdə iki uclu oraq (nizə) olacaq. Dəccal məni gördükdə qurğuşunun əridiyi kimi əriyər və ya Allah onu öldürür” dedi (İmam Əhməd “Musnəd” 5/189, H. 3556, İbn Məcə 2/1365, əl-Albani “Cəmius Sağir” zəif hədis, 5/20-21, H. 4712.)

Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Məndən Qiyamətin nə zaman olacağını soruşursunuz? Onu yalnız Allah bilir. Allaha and olsun ki, yüz il sonra bu gün həyatda olanlardan heç kimsə qalmayacaqdır” deyə buyurdu.(İmam Nəvəvi “Şərh Müslim” “Səhabələrin Fəziləti” 16/90,91. )

Lakin sünnə ilə həmən günün hansı olduğu barədə məlumat gəlmişdir. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Günlərin ən xeyirlisi cümə günüdür. O gün Adəm – əleyhissəlam – yaradıldı, o gün Cənnətə salındı, o gün Cənnətdən qovuldu və o gün qiyamət qopacaqdır (Başqa rəvayətdə: «Cümə günü bütün heyvanlar şəfəqdən gün doğuncaya qədər Qiyamət qopar deyə qorxudan qulaqlarını şəkiliyərək dinləyərlər. Yalnız cinlər və insanlar bundan qafildirlər)» ( Müslim, İmam Məlik «Muvatta» 1/108.)

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Günlərin ən xeyirlisi cümə günüdür. O gün Adəm yaradıldı, o gündə vəfat etdi. O, gün sura üflənəcəkdir. O, gündə göydəkilər də, yerdəkilər də öləcəklər. O, gün mənə çox salavat gətirin. Sizin salavatınız harada olsanız mənə çatacaqdır». Biri: «Ey Allahın Rəsulu! Sən çürüdükdən sonra salavatımız sənə necə çatacaqdır?» deyə soruşdu. Peyğəmbər: «Doğrusu Allah Peyğəmbərlərin cəsədlərini yeməyi torpağa haram etmişdir» deyə buyurdu.
(Nəsai «Cümə» 3/5.)

Qiyamətin nə zaman baş verəcəyini heç kəs bilmədiyi kimi, onun əlamətlərinin də nə zaman başlayacağını heç kimsə bilməz.


Tarix: 11.04.2013 / 19:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 277 Bölmə: Maraqlı melumatlar