beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah bəndəsini qoruyan əməllər (Narahatçılıq və kədərdən qorunma)

İbn Məs‘ud (r.a) rəvayət edirki, peyğəmbər  demişdir: “Bir kimsəyə narahatçılıq və ya kədər üz versə, və o: “Allahım, həqiqətən mən sənin qulunam, və sənin qulunun (ata) övladıyam, və sənin qulunun (ana) övladıyam. Mən Sənə tabehəm, Sənin verdiyin qərərlar mənim üçün mütləqdir, mənin haqqımda verdiyin hökm isə ədalətlidir. Mən Sənin Özünü adlandırdıqın, Kitabında nazil etdiyin, hər hansı bir məxluquna açdıqın, və Səndən başqa hamıdan gizlətdiyin hər bir adla çağırıram, (Allahım) Quranı mənim qəlbimin baharı et, köksümün nuru et və mənə üz verən narahatçılıq və kədərin yox olmasının səbəbi et” –

kəlmələrini desə, Əzəmətli və Qüdrətli Allah mütləq həmin insanı kədərdən azad edər və onun qəmini, sevinclə əvəz edər”. İnsanlar soruşdular: “Ey Allahın rəsulu! Biz bu kəlmələri əzbərləyəkmi?” Peyğəmbər  dedi: “Əlbəttə, bu sözləri eşidən onları əzbərləsin”.
(Əhməd, 1/391; İbn Hibban, 3/972; at-Tabarani, 10352. Hədisin səhih olduqunu hafiz Əbül-Fadl əl-Bağdadi, şeyxulislam İbn Teymiyyə, şeyx ibn Qeyyim və şeyx əl-Albani kimi aimlər təsdiqləmişlər. )

أَللَّهُمَّ إِنِّي عَبْدُكَ، ابْنُ عَبْدِكَ، ابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ مَاضٍ فِي حُكْمُكَ، عَدْلٌ فِي قَضَاؤُكَ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَلَكَ، سَمَّيْتَ بِهِ نَفْسَكَ أَوْأَنْزَلْتَهُ فِي كِتَابِكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوِاسْتَأْ ثَرْتَ بِهِ فِي عِلْمِ الْغَيْبِ عِنْدَكَ أَنْ تَجْعَلَ الْقُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلاَءَ حُزْنِي وَذَهَابَ هَمِّي
/Allahumma inni ‘abduk ibnu ‘abdik ibnu amatik nasıyəti biyədik, madın fi hukmuk, ‘adlün fi qada-uk, as əlükə bikulli-smin hu ualək, səmməytə bihi nəfsək, au ənzəltəhu fi kitabik, au ‘alləmtəhu əhədən min xəlqiq, auuistə sarta bihi fi ‘ilmil-ğeybi ‘indək ən təc‘alə Qurana rabi‘a qəlbi ua nura sadri ua cələ-ə huzni ua zəhəbə həmmi/.


Tarix: 11.04.2013 / 19:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 92 Bölmə: Maraqlı melumatlar