beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nə üçün bəzi şeylər yadda qalır, bəzisi yox

İnsan yaddaşının formalaşması dendritlərdən – formasına görə ağac budağını xatırladan beyin neyronlarının şaxələnmiş çıxıntılarından asılıdır.
"Nature" jurnalında dərc olunmuş tədqiqatda deyilir ki, məhz dendritlər nəyin yaddaşda qalıb, nəyin unudulmasında həlledici rol oynayır.
Tədqiqatın həmmüəlliflərindən biri, neyrobiologiya dosenti Daniel Dombek deyir: "Yaddaş haqqında nəzəriyyələr çoxdur, lakin ayrı-ayrı neyronların faktiki olaraq informasiyanı necə qoruyub saxladıqları barədə informasiya çox azdır. İndi biz dendritlərdə həmçinin yaddaşın öyrənilməsi üçün çox mühüm hesab etdiyimiz siqnallar aşkara çıxarmışıq. Nəticələrimiz nə üçün bəzi həyəcanların yadda qaldığını, bəzilərinin isə unudulduğunu izah edə bilir".
Alimlər tədqiqatda nadir skanlama mikroskopundan istifadə ediblər. Bu mikroskopun köməyi ilə onlar yaddaşın formalaşması sahəsində neyronların və dendritlərin işini müşahidə ediblər. Tədqiqatçılar belə hesab edirlər ki, xatirələrin qorunub saxlanmasında dendritlərin rolu barədə nəticələr yaddaş pozğunluqlarına və Altsgeymer xəstəliyi kimi ağır xəstəliklərə qarşı mübarizəyə kömək edə bilər.


Tarix: 08.01.2015 / 16:08 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Maraqlı Məlumatlar