beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cümə məscidi (Şəki)

Şəki Cümə məscidi - qədim Şəki şəhəri ərazisində yerləşən, Azərbaycan Respublikasının ərazisindəki ən qədim məsciddir.

XVIII-XIX əsr abidəsi olan Cümə məscidinin tikintisində yerli inşaat materiallarından istifadə edilmişdir. Plan quruluşuna görə tağlı, sütunlu salondan ibarət olub, daş və ağaclarla bölmələrə ayrılaraq binadakı bu böyük aşırımı örtməyə imkan vermişdir.

Alçaq yaşayış evlərinin və yaşıllıqların fonunda özünün hündürlüyü ilə seçilən minarə məscidinin kompozisiyasında mühüm yer tutur. 28,5 m hündürlüyündə olan minarə məscid binasından bir neçə metr aralı, ayrıca dayanan tikilidir. Yuxarıya doğru nazikləşən minarə kərpic hörgülərlə, relyefli naxışlarla bəzədilmişdir. Minarəni tamamlayan şərəfə hissəsi çox məharətlə işlənmişdir.

Məscidin iç məkanı sadə həll olunmuşdur. Buradan ibadət yeri, hücrələrindən isə mədrəsə kimi istifadə olunur. "N" şəklində olan məscid kompleksi ikimərtəbəlidir. Baş fasad kərpic naxışlarla işlənmişdir.


Tarix: 25.02.2013 / 22:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 150 Bölmə: Məscidlər