beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məsihin ikinci gəlişi və qiyamət günü

İsa Məsih göyə qalxdıqdan sonra həvarilər durub, “səmaya baxırdılar. Elə həmin an ağ libaslı iki kişi onların yanında peyda olub soruşdu: «Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq»”.[27]

İsa Məsih Öz şagirdlərinə dünyanın sonunda – qiyamət günündə təkrar gələcəyini dönə-dönə söyləmişdir: “O zaman Bəşər Oğlunun əlaməti göydə görünəcək. O vaxt yer üzünün bütün tayfaları şivən qaldıracaq və Bəşər Oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcək”.[28]

İsa Məsih gələcəyi zaman “dirilərlə ölüləri mühakimə edəcək”.[29] Qiyamət günündə İsa vəfat etmiş möminləri dirildəcək[30] və Rəbbin zühurunadək sağ qalan möminlər heç vəfat etmədən, “son şeypur çalınanda bir andaca, bir göz qırpımındaca” dəyişiləcəklər. Həvari Pavel yazdığı kimi: “ölülər çürüməzliklə diriləcək, bizsə dəyişiləcəyik”.[31]

Bibliyanın axırıncı səhifəsində İsa belə deyir:

“Budur, tezliklə gəlirəm. Verəcəyim mükafat Mənimlədir və hər kəsə öz əməlinə görə əvəz verəcəyəm. Alfa və Omeqa, Birinci və Sonuncu, Başlanğıc və Axır Mənəm!... Mən Davudun Kökü və Nəsli, parlaq Dan Ulduzuyam… Bəli, tezliklə gəlirəm!”[32]

Vəhy Kitabının müəllifi də Ona cavabən

“Amin. Gəl, ya Rəbb İsa!”

deyir. Beləliklə, Bibliya İsa Məsihin Şəxsiyyəti, həyatı, ölümü, dirilməsi və gələcəyi haqqında bu cür mənzərə yaradır. Təqribən iki min ildir ki, xristian möminləri bu mənzərəni mənimsəyərək həqiqət olduğuna inanırlar.


Tarix: 12.03.2013 / 20:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 454 Bölmə: Kilseler