Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Septuaginta

Septuaginta (latın dilində septuaginta – yetmişlərin tərcüməsi; qısaca LXX kimi göstərilir). B.e.ə. III-II əsrlərdə həyata keçirilmiş Tanaxın (Əhdi-Ətiqin) yunan dilinə ilk tərcüməsi.Mündəricat
1 Septuagintanın yaranması
2 Septuagintanın əlyazmaları
3 Septuagintanın xüsusiyyətləri
4 Septuagintanın əhəmiyyəti
5 İstinadlar
6 Mənbə


Septuagintanın yaranması
Xristianlıq

İsa[göstər]
Erkən Dövr[göstər]
Bibliya[göstər]
Teologiya[göstər]
Tarix və Ənənələr[göstər]
Məzhəblər və Hərəkatlar[göstər]
Əsas mövzular[göstər]


Xristianlıq
göstər • müzakirə et • redaktə et


Septuagintaya dair məlumatın ən qədim mənbəyi Aristeasın Məktubudur. Orada bu tərcümənin yaranması haqqında bir əfsanə nağıl edilir. Məktubun müəllifinin dediyinə görə, bu tərcümə II Ptolemey Filadelfin (b.e.ə. 285-247) əmri ilə yaradılıb. II Ptolemey istəyib ki, İsgəndəriyyə kitabxanasında yəhudi Qanununun (Tövratın) yunan dilinə tərcüməsi olsun. Bu məqsədlə o, Qüdsdən 72 alimin İsgəndəriyyəyə gətirilməyini təşkil edib. Yəhudi alimlər Faros adasındakı bir evdə yerləşib və 72 gündən sonra işi başa çatdırıblar.

Əvvəllər yunan dilli yəhudi diasporası Septuagintaya böyük hörmətlə yanaşırdı. Filon "Musanın həyatı" əsərində (11,41-42) Faros adasında yetmişlərin bu tərcüməsini qeyd etmək üçün hər il bayram keçirildiyini nəql edib. Lakin eramızın I əsrində yəhudilər Septuagintanın bir çox yerlərinin Tanaxın ibrani mətninə uyğun gəlmədiyinə görə, bu tərcüməyə şübhə ilə yanaşmağa başlayıblar. Bu uyğunsuzluqlar əsrlər boyunca xristianlar arasında mübahisələrə səbəb olurdu. Hətta yəhudi ilahiyyatçılarının öz mətnlərini qəsdən təhrif etdikləri fərz olunurdu. Lakin XX əsrdə Qumranda edilən kəşflər nəticəsində məlum olub ki, Septuaginta yarandığı zaman ibrani mətnin müxtəlif versiyaları var idi və Septuaginta əlyazma ənənələrindən birinə əsaslanır.

Septuagintanın əlyazmaları

Ən qədim əlyazmalar tərcümənin yazıldığı dövrə – b.e.ə. III-II əsrlərə aid olan papiruslardır. Bunlarda Allahın adı Yahve yunan dilində deyil, qədim ibrani hərflərlə (יהוה) yazılmışdır. Daha sonrakı əlyazmalarda bu ad çox vaxt "Κύριος" (Rəbb) şəklində verilir.


Tarix: 12.03.2013 / 20:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 245 Bölmə: Kilseler
loading...