Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zəbur

Zəbur (ərəb dili: زبور, ibrani dili: תְּהִלִּים Təhillim, yunan dili ψαλτήριον Psalterion). Qədim ibrani dilində תְּהִלִּים (Təhillim) kəlməsi “Həmdlər” mənasına gəlir, qədim yunan dilində ψαλτήριον (Psalterion) kəlməsi isə sitraya bənzər çox simli bir alətin adı idi. 150 mədh və dualardan ibarət olan bu kitab yəhudi Müqəddəs Yazıları olan Tanaxın Yazılar (כְּתוּבִים Kətuvim) hissəsində yer alır.Mündəricat
1 Zəburun bölünməsi
2 Zəburun müəllifləri
3 Zəburun əhəmiyyəti
4 Zəburun məzmunu
5 İstinadlar
6 Mənbələr
7 Xarici keçidlər


Zəburun bölünməsi

Zəbur 150 məzmurdan (ruhani nəğmə) ibarətdir. Yəhudi Müqəddəs Yazılarının ən qədim tərcüməsi Septuagintada məzmurların sıra sayı Zəburun ibrani mətnindəkindən bir az fərqlənir. İbrani mətni ilə qədim yunan tərcüməsində (Septuaginta) olan sıra sayının fərqi aşağıdakı cədvəldə göstərilir:Zəburun ibrani mətniQədim yunan tərcüməsinin mətni (Septuaginta)
1–81–8
9-109
11-11310-112
114-115113
116:1-9114
116:10-19115
117-146116-145
147:1-11146
147:12-20147
148-150148-150


Bibliyanın Septuagintadan edilən rus və digər tərcümələrində məzmurların sıra sayı Septuagintaya əsaslanır, lakin 2009-cu ildə nəşr olunan Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində qədim ibrani mətn əsas götürülmüşdür.

Bundan əlavə, Zəbur kitabı ənənəvi olaraq 5 hissəyə bölünür: a) 1-41-ci məzmurlar; b) 42-72-ci məzmurlar; c) 73-89-cu məzmurlar; ç) 90-106-cı məzmurlar; e) 107-150-ci məzmurlar.

Zəburun müəllifləri

Məzmurların əksəriyyətində müəlliflərinin adları qeyd edilmişdir. Ümumiyyətlə, Zəburu çox vaxt “Davudun Zəburu” adlandırırlar. Doğrudan da, ən qədim məzmurların müəllifi Davud peyğəmbər olmuşdur. 150 məzmurdan 73-ü “Davudun məzmuru” sözləri ilə başlayır. 72-ci və 127-ci məzmur Süleymana, 90-cı məzmur isə Musaya aiddir. Asəf kimi başqa müəlliflər də qeyd olunub. Bir sıra məzmurların müəllifləri naməlumdur.

Zəburun əhəmiyyəti

Yəhudi Müqəddəs Yazılarından dünyada ən çox oxunan kitabı Zəburdur. Yəhudilər və xristianlar ibadətlərində Zəburdan geniş istifadə etmişlər və etməkdədirlər. Xristianlar İncil nəşrlərində çox vaxt İncildən sonra Zəbur kitabını da əlavə edirlər. İncildə Zəburdan çoxlu sitatlar gətirilir, İsa Məsih Zəburun ayələri ilə dua edir.


Tarix: 12.03.2013 / 20:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 436 Bölmə: Kilseler
loading...