beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günaha batma olayı

Xristian antropologiyasının ən mühüm məsələlərindən biri də insanın günaha batması və günahkar halıdır. Tövratın ilk kitabı olan Yaradılış insanların arasında şərin meydana gəlməsini təsvir edir. Tövrat Allahın şərin mənbəyi olmadığını təsdiq edir; insan öz iradəsi, azad seçimi ilə, şüurlu surətdə günah edib, Allahın yolundan azmağı qərara aldı. Günaha batma hekayəsi belə sözlərlə başlanır:

"Rəbb Allahın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi".[12]

Bu ilanın qadınla söhbət etdiyinə görə, həqiqi mənada ilan olmadığı bəlli olur. İlanın xarici görkəmi Misirin və Babilin abidələrindəki əjdəhanı xatırladır. Tövratın ilk oxucuları bu hekayəni oxuyanda bütpərəstlərin sürünən heyvanlara pərəstişlərini təsəvvürlərinə gətirə bilirdilər. İlanın başqa heyvanlarla müqayisə edilməsi ilə onun yaradılmış təbiəti vurğulanır. Əhdi-Cədiddə əjdəha açıq şəkildə ilanla müqayisə edilir:

“O böyük əjdaha – iblis və Şeytan deyilən, bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı...”[13]

Həvvanın yoldan çıxarılması Bibliyada belә nәql edilir:

"İlan qadına dedi: «Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?» Qadın ilana dedi: «Bağdakı ağacların bəhrələrindən yeyə bilərik. Amma bağın ortasındakı ağacın meyvələri barədə Allah deyib: “Ondan yeməyin və ona toxunmayın, yoxsa öləcəksiniz!”» İlan qadına dedi: «Yox, əsla ölməzsiniz. Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız». Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi. O vaxt ikisinin də gözləri açıldı və çılpaq olduqlarını bildilər. Buna görə də əncir yarpaqlarını bir-birinə hörüb özlərinə fitə düzəltdilər".[14]

İlan Allahın qarşısında insanlara iftira edir, qadın aldanaraq Allahın sözündәn çıxır vә әri ilә birlikdә qadağan olunan meyvәdәn yeyir.

Günaha batmanın nəticələri:
İlk insanların cinsiyyәtlәrindәn utanmaları[15] kişi ilә qadının arasındakı intim әlaqәnin günah olduğu mәnasını vermir. Çünki Allah Özü təzəcə yaratdığı insana törәyib çoxalmağı buyurdu.[16] Əksər xristian şərhçilər bunda insanın artıq öz bәdәninә hakim ola bilmәdiyi gerçəkliyini görür.
İnsan Allaha inamını itirdi. İnsan Allahdan gizlәnmәk, günahının әsl sәbәbini (Allah kimi olmaq istәyi) gizlәtmәk istәdi.
İnsan öz ürәyindә vә başqa insanlarla münasibәtlәrindә ahәngi itirdi.[17]
İnsan ilә tәbiәt arasında ahәng pozuldu. Tәbiәt artıq insana tabe olmur.[18]
Adәm vә Hәvvanın Edәn bağından qovulması ilә insanların Allahla yaxınlığı itirmәlәri tәsvir olunur. İnsan ruhәn öldü vә bәdәninin dә ölәcәyini bildi.
Ölümün hökmranlığı.[19] Allahla ünsiyyәtdә qalaraq, insan ölümә qalib gәlә bilәrdi (həyat ağacının meyvəsindən dərib yeməsinin mənası). Yaradanla әlaqәsini itirәn Adәm ölümә düçar olur. Fiziki ölüm ruhun Yaradana qayıtması olduğu halda, ruhun ölümü әbәdi cәza mәnasına gәlir.


Tarix: 12.03.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 416 Bölmə: Kilseler