beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Barnaba İncili

Barnaba İncilinin əlimizdə olan ən qədim nüsxəsi italyan dilindədir. 1709-cu ildə Hollandiyanın Amsterdam şəhərində saxlanılan bu nüsxə ən nikbin təxminlərə görə XV əsrin sonları və ya XVI əsrin əvvəllərində yazılmışdır. Bu İncilin ispan dilində yazılmış bir nüsxəsi də var. Həmin nüsxənin ilk səhifələrində italyan dilindən tərcümə edildiyi qeyd olunur. Ancaq italyan dilindəki nüsxənin başqa bir dildən tərcümə edilib-edilməməsinə yaxud hansısa dildən tərcümə edilməsinə dair heç bir dəlil yoxdur.[15]

Kitabda yer alan çox sayda səhvlərə görə həm xristian, həm də müsəlman alimlər[16] bu əsərin XVI əsrə aid olduğunu təsdiqləyirlər.

Barnaba İncilini yazan adamın hətta İsa Məsihin yaşadığı yerləri belə görmədiyini sübut edən maraqlı bir parça var:

İsa, Qalileya dənizinə getdi və bir gəmiyə minib Nazaretə sarı yollandı. Bu arada dənizdə böyük bir fırtına qopdu... İsa, gözlərini göyə dikib dedi: “Ey Elohim, qullarına mərhəmət et”. İsa bunu deyən kimi birdən külək durdu və dəniz sakitləşdi. Bunun üzərinə dənizçilər qorxuya düşüb dedilər: “Bu kimdir, dəniz və külək Ona tabe olur?” Nazaret şəhərinə çatanda dənizçilər İsa nə edibsə, hamısını yaydılar.[17]

Kitabın birinci bölümündə müəllif özünü “Məsih deyilən Nazaretli İsanın həvarisi Barnaba” deyə təqdim edir, sonra isə “Çox əziz, uca və ulu Allah, böyük təlim və möcüzələr mərhəmətindən bu son günlərdə peyğəmbəri İsa Məsih vasitəsilə bizləri ziyarət etmişdir...” deyir. Lakin kitabın başqa yerlərində İsa Özünün Məsih olmadığını elan edir:

Qadın dedi: “Ey Rəbb, bəlkə də sən Məsihsən”. İsa cavab verib dedi: “Mən, şübhəsiz İsrail ailəsinə bir xilas peyğəmbəri olaraq göndərilmişəm. Lakin məndən sonra Allahın bütün dünyaya göndərdiyi Məsih gələcək; onun üçün yaratmışdır Allah dünyanı. Və o zaman bütün dünyada Allaha ibadət ediləcək və insanlar rəhmətə nail olacaqlar – o qədər ki, indi yüz ildə bir gələn sevinc ili Məsihlə hər yerdə hər (bir) ilə enəcək”.[18]

Həqiqətən mən Məsih deyiləm, çünki O məndən əvvəl yaradılmış və məndən sonra gələcəkdir.[19]

Qurani Kərimdə Əl-Məsih və ya Məsih adı İsadan başqa heç kimə verilmir. Bu baxımdan Barnabas İncilinin həm xristianların, həm də müsəlmanların Müqəddəs Yazılarına zidd olduğu göz qabağındadır.


Tarix: 12.03.2013 / 20:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 241 Bölmə: Kilseler