beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xristian kilsələrinin birliyi

Xristianlıqda bölünmə prosesi hal-hazırda davam etsə də, xüsusilə XX əsrdən başlayaraq əks proses müşahidə olunur. Müasir dünya şəraitində müxtəlif xristian məzhəbləri arasında dialoq və əməkdaşlıq getdikcə artır. 1948-ci ildə yaranan Ümumdünya Kilsələr Şurası hal-hazırda 100-dən artıq ölkədə 330-dan artıq kilsə, məzhəb və icmanı birləşdirir.

Pravoslav kilsəsinin görkəmli nümayəndələri hələ XIX əsrdən Qərb kilsələri ilə dialoqa hazır idilər. 1938-ci ildə protoierey Sergiy Bulqakov tələbə konfransında çıxışında belə demişdir: “Fikir ayrılıqlarına baxmayaraq xristian dünyası indiyədək əsas əqidələrində əsaslı vəhdəti qoruyur, həmin əqidələr bütün xristianlar tərəfindən qəbul edilən əsas iqrar və iman simvollarında (Nikeya, Həvari, Afanasiy simvolları) ifadə olunmuşdur.[4]

Məşhur rus pravoslav alimi və keşişi Aleksandr Men demişdir: “Kilsə mahiyyətcə birdir; xristianları parçalayan əsasən öz məhdudluqları, dar düşüncələri, günahlarıdır. Bu acınacaqlı fakt xristianlıqda baş verən böhranların başlıca səbəblərindən biridir. Yalnız qardaşlarla birliyi qoruyaraq və kilsə həyatının müxtəlif formalarına hörmət edərək biz yenidən qüvvəyə, sülhə və Allahın xeyir-duasına nail olacağımızı ümid edə bilirik”.[5]

Roma papası II İoann Pavelin 25 may 1995-ci il tarixli ensiklikasında katolik kilsəsinin pravoslav və protestant kilsələri ilə birliyi haqqında belə qərar verilmişdir: “Katolik kilsəsi Məsihin bütün şagirdləri ilə birlikdə olaraq Allahın planına əsasən özünü bütün xristianları birliyə gətirmək ekumenik məqsədinə həsr edir”.[6]

Ümumdünya Kilsələr Şurasının yaranmasında böyük rolu olan protestant kilsələrinin nümayəndəsi, hazırda Şuranın baş katibi Olav Fykse Tveit daha irəliyə gedib, başqa din mənsubları ilə dialoqdan bəhs etmişdir: “Başqa imanlara mənsub insanlarla dialoqda olmadan, xristian şəhadəti etmək qeyri-mümkündür. Bu demək deyil ki, siz öz əqidənizdən imtina etməlisiniz. Ancaq heç kəs Allaha iman etdiyini deyib, sonra, “Bizim Allahımız sizə qarşıdır” deyə bilməz. Allah hər kəsin Yaradanıdır...


Tarix: 12.03.2013 / 20:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 257 Bölmə: Kilseler