beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İncilin təhrif nəzəriyyəsi

Məlum olduğu kimi, müsəlmanların əksəriyyəti İncilin əslinin itirildiyini və hal-hazırda əlimizdə olan İncilin təhrif edildiyini düşünürlər. Bu mövzu xristianlarla müsəlmanların arasında mübahisələrə səbəb olur.

İncilin təhrif edildiyi fikri Qurani Kərimin aşağıdakı ayələrinə əsaslanır:

(Ey müsəlmanlar!) Onlardan (kitab əhlindən) bir zümrə də vardır ki, siz onların oxuduqlarını (Tövratdan) hesab edəsiniz deyə, kitab oxuyan zaman dillərini (qəsdən) o tərəf-bu tərəfə əyirlər (bükürlər). Halbuki onların bu oxuduqları kitabdan (Tövratdan) deyildir...[20]

Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib təhrif edir və dillərini əyərək dinə (islama) tənə vurmaq məqsədilə (sənə qarşı): “Eşitdik və qəbul etmədik; eşit, eşitməz olasan (kar olasan) və raina”, – deyirlər...[21]

Xristianlar bu iddialara cavabən belə deyirlər: “Bu ayədə bəzi yəhudilərin “sözlərin yerini dəyişib təhrif etməsindən” bəhs edilirsə də, bundan dərhal sonra “dillərini əyərək” sözündən aydın olur ki, kitabların mətnində deyil, şifahi olaraq “dəyişdirməkdən” söhbət gedir. Xristianlara gəldikdə, onlar İncili dəyişdirməsi yaxud təhrif etməsində günahlandırılmayıblar”[22]

Xristianlar Allahın İncili təhrifdən qorumağa qadir olduğuna və qoruduğuna inanırlar. Xristian alimləri İncil də daxil edilməklə Müqəddəs Yazıların məzmunu təhrif edilmədən, mətninin qorunub-saxlandığına inanırlar. Xristianlıqda vəhy məfhumu ilahi ilə bəşəri amillərin birləşməsini nəzərdə tutur. Buna görə də, xristianlar İncil əlyazmalarında bir sıra cüzi fərqlərin mövcud olmasını təhrif kimi qəbul etmirlər. Mətn tənqidi adında xüsusi bir elmi fənn qədim əlyazmaları tədqiq edərək kiçik xətaları, buraxılan kəlmələri, səhv oxunmaları və s. aşkar edir. Lakin eramızın II əsrindən bəri Kilsə atalarının çox saylı əsərlərinin tədqiqi göstərir ki, mətndə bəşəri amili kimi rast gəlinən cüzi fərqlər və xətalar Bibliyanın vahid əsas ideyalarına, mahiyyətinə xələl verməz. Bu amillər İncilin məzmununu dəyişdirməz.[23] Dörd Müjdə və ya İncil İsa Məsihin doğulması, həyatı, möcüzələri, ölümü, dirilməsi və göyə qalxması haqqında ən qədim və etibarlı mənbə sayılır.


Tarix: 12.03.2013 / 20:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 193 Bölmə: Kilseler