beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tatev monastırı

Tatev monastırı – Qərbi Azərbaycanın (indiki Ermənistan respublikası) Zəngəzur mahalının Gorus rayonunda, Tatev kəndi yaxınlığında alban [1] [2] [3] [4] məbədi.Mündəricat
1 Tarixi
1.1 Adın etimologiyası
2 Memarlıq xüsusiyyətləri
2.1 Kompleksə daxil olan binalar
3 İstinadlar
4 Həmçinin bax


Tarixi

Rəvayətə görə burda ilk kilsə Apostol Faddeyin şagirdi Yevstafey tərəfindən tikilmişdir. [5] VII – IX əsrlərdə monastır kompleksi Sünik arxiyepiskopunun kafedralı olmuş, 1837 – ci ildə Eçmiədzin sinodunun qərarı ilə İrəvanyepiskopuna tabe edilmişdir. [6]

Məbəd əvvəl qara daşdan inşa edilmiş, 899 – 911 – ci illərdə həmin məbəd sökülmüşdür. Sökülən köhnə məbədin yerində yonulmuş daşdan iri günbəzli, beş qurbangahı olan gözəl məbəd ucaldılmışdır. Alban memarlığının ən gözəl nümunələrindən biri kimi dəyərləndirilən [7] monastırın əsas məbəd binasının girişində müsəlman Sasunun (islamı qəbul etmiş alban zadəganlarından biri) qızı, Sünik hakimi Darsaicanın arvadı Aruz Xatunun məzarı yerləşir. [8]

Məbəd 1931 – ci il zəlzələsi zamanı ciddi zədələr almışdır. Son dövrlərdə isə ermənilər tərəfindən bərpa edilərək erməniləşdirilmişdir.

Adın etimologiyası

Məbədin adı türk dilində olmaqla "tat" və "ev" sözlərindən ibarətdir. [9] Tat sözü Azərbaycanda qədim dövrlərdən həyat keçirən türklərə (həmçinin Sasanilərin hakimiyyəti dövründə Azərbaycana köçürülmüş irandilli azsaylı əhaliyə) aid edilməklə yanaşı, "tat ev" ifadəsi "böyük ev" anlamında da işlədilmişdir.

Memarlıq xüsusiyyətləri

Tatev monastırının planı

VIII-X əsrlərdə memarlığın ümumi inkişaf qanunauyğunluğu məbədlərin ölçülərinin kiçilməsi, IV-VII əsrlərdə yaradılmış və onlar üçün xarakterik olmayan çətin və zəngin Kompozisiyaların sadələşdirilməsi ilə özünü büruzə verir. Dekorların mövcud sadəliyi və sərtliyi ilə yanaşı bu dövrün ikinci yarısında memarlıq nümunələrinin təsirliliyini artırmaq üçün dekordan istifadəyə üstünlük verilməsi meylləri yaranır.


Tarix: 09.03.2013 / 23:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 240 Bölmə: Kilseler