beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mikroçip ilə EKQ dövrü başladı

Döş qəfəsinə yerləşdirilən test cihazı xəstələrin təhlillərini xəstəxanaya getməyə ehtiyac olmadan həkimə çatdıracaq.
Məlumata görə son texnoloji nailiyyətlər sayəsində inkişaf etdirilən və 3 il istifadəyə yararlı olan mikroçiplər, ürək ritimlərini ölçməyə imkan verir.
Bunun sayəsində insanlar xəstəxanaya getmədən həkimləri xəstəliyin gedişatı haqqında məlumatlandıracaq. Mikroçipin dəri altına yerləşdirilməsi isə sadəcə 15 dəqiqə vaxt alır. Onuda qeyd etmək lazımdır ki, bu texnolji üsula 1997-ci ildə də baxılıb. 2013-cü ilə qədər təkmiləşdirilərək mikroçip halına gətirildiyi bildirilir.
Portuqaliya ilə birlikdə bir çox Avropa xəstəxanalarında istifadə edilən bu üsul, yaranan çətinliklər üçün ideal seçimdir.
Daha çox xəstəxanadan 2-3 saat uzaqlıqda yaşayan ürək xəstələrinə sərfəlidir. Kardioloq Vitor Sanfins də bunun haqqında danışıb.
Onun sözlərindən aydın olur ki, ürək xəstələri xəstəxanaya getmədən bu cihazdan istifadə etməklə həm vaxtlarına həm də pullarına qənaət etmiş olurlar.


Tarix: 16.01.2015 / 12:55 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Kardiologiya